Ermənistan Prezidenti Cey Di Venslə görüşüb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Ermənistan Prezidenti Vaaqn Xaçatryan rəsmi səfərlə İrəvana gələn ABŞ-ın vitse-prezidenti Cey Di Venslə görüş keçirib.
APA xəbər verir ki, bu barədə "Armenpress" agentliyi Ermənistan prezidentinin aparatının ictimaiyyətlə əlaqələr idarəsinə istinadla məlumat yayıb.
Məlumata görə, Vaaqn Xaçatryan ABŞ vitse-prezidentinin səfərini alqışlayaraq bunun Ermənistanla ABŞ arasında münasibətlərin yüksək səviyyəsini əks etdirdiyini bildirib.
Prezident regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və bu kontekstdə ABŞ prezidenti Donald Trampın rolunu qeyd edib.
Görüşdə, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsinə və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 09 Fevral 2026 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















