Icma.az
close
up
RU
Ermənistan prosesi uzatmaq və seçkilərə qədər vaxt qazanmaq istəyir ŞƏRH

Ermənistan prosesi uzatmaq və seçkilərə qədər vaxt qazanmaq istəyir ŞƏRH

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Azərbaycan bir daha qonşu Ermənistanla bağlı addım atdı. Bu isə onlar üçün böyük bir töhfədir. Çünki biz iki istiqamətdən tranzit marşrutlarına start vermişik.Məqsəd yüklərin tez gəlib çatması, vaxtında ünvanına yetişməsidir və bu addımımızdan həm də qarşı tərəf mənfəət qazanacaq. Amma təəssüf ki, bu vəziyyəti bütün sahələrə şamil etmək olmaz. Çünki biz Ermənistanın maraqlarına cavab verən hər hansı bir addım atanda, onlar bunu bizim borcumuz kimi qəbul edirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 
"Əslində isə bizim heç bir borcumuz yoxdur. Əksinə, Ermənistanın bizə borcu var, onlar konpensassiya ödəməlidirlər. Ölkəmizin iyirmi faiz torpağını viran qoyublar, bizə külli miqdarda ziyan vurublar.
Özlərini elə aparırlar ki, guya hamı onlara borcludur. Sülh danışıqlarında da yenə imitasiya meylləri görünür. Aydın şəkildə görünür ki, Ermənistan bu məsələdə oyunbazlıq edir.
Onların siyasi manevrləri tək bir məqsədə yönəlib, prosesi uzatmaq və seçkilərə qədər vaxt qazanmaq. Bu isə bizə sərf etmir. Onlar deyirlər ki, dialoqa hazırıq, amma bu, sadəcə görüntüdür. Bizim bir əsas tələbimiz var, Ermənistan Konstitusiyasını dəyişməli, orada Azərbaycanın ərazi bütövlüyünə qarşı olan müddəaları çıxarmalıdır".
O bildirib ki, Azərbaycan hər şeyə hazırdır:
"Paşinyan baş nazir kimi, Ararat Mirzoyan xarici işlər naziri kimi, Mher Qriqoryan isə Təhlükəsizlik Şurasının rəhbəri kimi tez-tez bəyanatlar verirlər və bildirirlər ki, guya kommunikasiya xətlərinin açılması üçün böyük hazırlıq işləri görüblər. Amma əslində, onların tərəfindən heç bir real addım atılmayıb.
Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib və regionda yeni şəraitin formalaşması üçün ciddi addımlar atıb. Ermənilərsə hələ də yalnız danışmaqla məşğuldurlar".
Onlar deyirlər ki, dialoqa hazırıq, sülh müqaviləsinə razıyıq, amma əslində, bunların hamısı əks mənada başa düşülməlidir. Əgər Ermənistanın rəhbərliyi avqustun səkkizində Vaşinqtonda sülh sazişi imzalandığını və sülhün artıq bölgəyə gəldiyini bildirirsə, bu, yanlış və yalan fikirdir".
Politoloq deyib ki, Ermənistan sülhün qarşısını alır:
"Paraflanmış sənədin imzalanması hələ sülh sazişi demək deyil, bu sadəcə ona yol açan bir sənəddir.
Ermənistan bu prosesləri ciddi təhlil etməli, məsuliyyətdən yayınmamalıdır. Azərbaycan Prezidentinin dediyi kimi, götürdüyü öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirməlidir. Ermənistan bu proseslərdən yayınaraq manipulyasiya edir və sadəcə görüntü yaratmağa çalışır ki, guya hərəkət edir.
Amma əslində hərəkət edən Azərbaycandır. Bu da onu göstərir ki, Azərbaycan əməli şəkildə əməkdaşlığa hazırdır və sülh prosesinin həm ideoloji, həm siyasi əsaslarını üzərinə götürür. Ermənistanın isə bu istiqamətdə hələ heç bir real addımı yoxdur".
Onun sözlərinə görə, Avropadan gəlmiş qondarma müşahidəçilərin missiyası da hələ ölkəni tərk etməyib:
"Azərbaycan 2023-cü ilin sentyabrında antiterror əməliyyatlarını uğurla başa çatdırdıqdan sonra Rusiya sülhməramlı kontingenti bölgəni tərk etdi. Onların burada qalmasına ehtiyac yoxdur.
Bəs niyə Ermənistan ərazisində Avropa İttifaqının qondarma müşahidəçiləri qalır? Bunların hamısı yalandır. Ermənistan özü günahkardır ki, hər gələnə qapılarını açır və nə istəyirsinizsə edin deyir.
Bu da Nikol Paşinyanın hamıya xoş gəlmək cəhdidir. Amma bu proseslərin sonu Ermənistan üçün yaxşı qurtarmayacaq. Əgər Ermənistan sülh prosesində prinsipial mövqe tutmasa və normal şəkildə Azərbaycanla saziş imzalamasa, mütləq Konstitusiyasını dəyişməli, oradan müstəqilliklə bağlı təhrif olunmuş müddəaları çıxarmalı və bundan sonra sülh sazişinə gəlməlidir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri