Icma.az
close
up
RU
Ermənistan Qərbin geosiyasi girovuna çevrilir?

Ermənistan Qərbin geosiyasi girovuna çevrilir?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rüstəm Qaraxanlı yazır...

Donald Trampın imzaladığı ilk fərmanlardan biri digər dövlətlərə edilən maliyyə yardımının dayandırılması oldu. Vaşinqtonun pulqabısı hələlik üç ay ərzində bağlı olacaq, ancaq müddətin uzadılma ehtimalı böyükdür. Bir müdrik deyimə görə, insanın bir ağzı bağlı olsa, yaxşıdır, bir də pul kisəsi. Yaxın 90 gün ərzində ABŞ-nin yeni administrasiyası edilən maliyyə yardımlarının nə qədər əsaslı olduğunu araşdırmaqla yanaşı, tətbiq olunan moratorium ərzində audit nəticələrinin ictimailəşməməsinə də çalışacaq.

Bu günə məlum olanlar isə bunlardır: Ukraynanın silahlanmasına yönələn xərclər xaric dünyanın istənilən ölkəsinə edilən maddi dəstək dayandırılır. Söhbət vergi ödəyiciləri hesabına göndərilən pullarla yanaşı, ABŞ hökumətinə bağlı olan ən iri agentlik - USAID xətti ilə icra edilən proqramlardan da gedir.

ABŞ-nin xarici yardımları, adətən, dövlət büdcəsinin bir faizini keçməməlidir. Odur ki, Vaşinqtonun maliyyə dəstəyi iqtisadi əhəmiyyətli addımdan çox, siyasi simpatiyanın təzahürüdür. Yeni administrasiyanın "kəmərləri sıx bağlamaq" kursu fonunda İrəvanda Qərbə doğru edilən reveransların aqibəti dumanlı görünür. Trampın Kapitoliyə çıxışına cəmi bir həftə qalmış imzalanan strateji münasibətlərə dair kəmfürsət xartiya həyata vəsiqə qazana biləcək, yoxsa "ölü doğulmuş"ların siyahısında növbətisi olacaq?

Demokratların hakimiyyətdən getmədən öncə Ermənistanla imzaladıqları strateji müttəfiqlik sazişinin əsası ötən ilin sentyabrında qoyulub. Beynəlxalq inkişaf agentliyi - USAID-lə Ermənistan hökuməti arasında yardımlaşma paketinin iki dəfədən çox artırılmasına dair razılaşma Vaşinqtonla İrəvanın münasibətlərini strateji səviyyəyə qaldırıb. Bayden administrasiyasının bu razılaşma ilə Ermənistana 120 milyondan 250 milyona yüksələn maliyyə dəstəyi standart istiqamətlərlə yanaşı, kibertəhlükəsizlik və sərhədlərin qorunmasının təkmilləşdirilməsi kimi sahələrə də toxunur. Ermənistan sərhədlərinin mühafizəsi Vaşinqtonun demokratlar administrasiyası üçün həm də ayrıca mövzu idi. USAID-in ermənipərəstliyi ilə tanınan rəhbəri Samanta Pauer bu məqama məxsusi dəyər verirdi . İndi vaxtilə Paşinyanın müşaviri olmuş Arsen Xaratyanın ABŞ-nin Ermənistanda İrana qarşı kəşfiyyat məlumatlarını toplamasını bəyan etməsi "sərhədlərin mühafizəsi" deyilərkən nələrin nəzərdə tutulduğunun üzərindən pərdəni götürmüş olur. Paşinyanın yanında işləmiş bir şəxsin İranla sərhəddə ABŞ-nin "insan ticarəti ilə mübarizə üçün müasir vasitələrinin yerləşdirilməsi"nə dair açıqlaması çox mətləblərdən xəbər verir.

Trampın anons etdiyi xarici siyasət hədəflərini hesaba alsaq, Paşinyanın yenicə pöhrələmiş ümidlərinin suya düşdüyünü ehtimal etmək olar. Ağ Evin yeni sahibi üçün xarici siyasət prioritetləri o istiqamətlərdə fəal olmalıdır ki, xərc deyil, qazancla müşayiət olunsun - neftli Venesuela və Kanadadan tutmuş, dünyanın ən iri ticarət arteriyası olan Panama kanalı və faydalı qazıntılarla bol Arktikayadək. Ermənilərin ümumxalq portfoliosunda ən azı bir dəfə də olsa belə, kiməsə çörək vermələrinə dair hər hansı tarixi fakt yoxdur. Pulu qazanmaq kimi xərcləməyi də bacaran ABŞ-nin yeni prezidenti Ermənistana edilən yardımın birtərəfli məhəbbətə bənzədiyini yaxşı anlayır. Görünür, bunu İrəvanda da başa düşürlər, yoxsa Xarici Kəşfiyyat Xidmətinin xətti ilə yayılan hesabatda qarşıdakı il ərzində Moskvanın orbitindən uzaq düşməmək kimi üstüörtülü tövsiyə yer almazdı.

Paşinyan Ermənistanının Qərblə inteqrasiya planlarının digər istiqaməti Avropa İttifaqı məkanı ilə kooperasiyadır. Bunun üçün ilkin addım atılıb - üzvlük prosesinin başlanması qanunverici orqan müstəvisinə çıxarılıb. Parlamentin profil komissiyası Aİ-yə üzvlüyə dair qanunverici təşəbbüsün deputatların müzakirəsinə ötürülməsinə dəstək verib. Fevralın 11-də başlayacaq müzakirələrin ayın 14-də - Sevgililər günündə simvolik məntiqinə varacağı mümkün ssenarilərdəndir.

Sirr deyil ki, Ermənistanın Qərbə doğru "U" dönüşü ABŞ-nin sponsorluğu olmadan reallığa çevrilə bilməzdi. Nə Avropa, nə də bu təşəbbüsün başlıca hamisi olan Fransa o haldadırlar ki, iş-güclərini atıb Ermənistanla məşğul olsunlar. Bayden dövründə bu, mümkün idi ki, nəticəsi də özünü ötən ilin 5 aprelində Brüsseldə Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında İrəvan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanmasında göstərdi. İndi Trampın ABŞ-nin prioritetlərini dəyişməsi fonunda gələcəyi qaranlıq görünən daha bir izdivac Qərbin Ermənistanla həmin Brüssel anlaşmasıdır.

İrəvanın Aİ məkanına inteqrasiya cəhdləri siyasi məsələ olmaqla yanaşı, həm də coğrafi problemdir. Ermənistan özünün daxili qanunvericiliyi, siyasi-hüquqi sistemi, tənəzzüldə olan iqtisadiyyatı ilə Aİ standartlarından çox uzaqdır. Ancaq bu maneələr Brüsselin istəyi olduğu halda çözülə biləcək məsələlərdir. Əsas problem ondadır ki, coğrafi baxımdan çox uzaq olan Ermənistan Avropa üçün həm də Cənubi Qafqazdakı anklavdır. Qərbin Tbilisiyə qarşı ədalətsiz yanaşması ilə nəinki pisləşən, ümumiyyətlə sıfır həddinə enən münasibətlər fonunda İrəvanın Aİ sevdasının hansı coğrafi bağlantıya ümid etməsi anlaşılan deyil. Belə bir amorf reallıqda Ermənistanın kollektiv Qərb üçün bölgədə ilişib qalmaq naminə geosiyasi ada rolunu oynamaqdan savayı önəmi qalmır. Nə prezident seçkisi kampaniyasında, nə də seçiləndən sonra bir dəfə belə olsun Cənubi Qafqazdan danışmayan Tramp reallıqları fonunda isə ümumiyyətlə. İrəvanda toydur, Qərbin...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:305
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Yanvar 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri