Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Yol nəqliyyat hadisələrin sayı

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

Ukraynalı deputat Trampın sülh planını açıqladı

Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı

QƏRBİN SINAQDAN KEÇMƏYƏN VƏDLƏRİ Ukrayna geosiyasi masada alver predmetinə çevrilir

QƏRBİN SINAQDAN KEÇMƏYƏN VƏDLƏRİ Ukrayna geosiyasi masada alver predmetinə çevrilir

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna faktiki olaraq böyük güclərin hesablamalarında “tənha döyüşən əsgər” roluna salınıb

Samir Əsədli

VHP Mərkəzi İcra Aparatının rəhbəri

Hazırda Ukrayna son dərəcə ağır və həssas dönəmin astanasındadır. Zelenski xalqa son müraciətində durumu ən sərt və açıq formada ifadə edib: ya ləyaqətimizi, ya da strateji tərəfdaşımızı itirməliyik. 

Zelenskinin son bəyanatlarında üzə çıxan sarsıntı yalnız bir liderin iç ağrısı deyil, bütün dünyanın gözü qarşısında bir ölkənin geosiyasi masada alver predmetinə çevrilməsinin acı etirafıdır. Ukrayna faktiki olaraq böyük güclərin hesablamalarında “tənha döyüşən əsgər” roluna salınıb. Bu, ilk nümunə deyil… Müasir beynəlxalq sistemin çatları məhz belə məqamlarda daha qabarıq görünür.

SSRİ-nin dağılmasından sonra yaranan yeni geosiyasi nizamda ən böyük çətinliyi məhz imperiyadan ayrılıb müstəqilliyini elan edən dövlətlər yaşadı. Onlar Qərbin “demokratiya”, “təhlükəsizlik” və “dayanıqlıq” vədlərinə inanaraq yeni dünya nizamında özlərinə yer tapmağa çalışdılar. Lakin zaman göstərdi ki, bu vədlərin əksəriyyəti yalnız diplomatik ritorika səviyyəsindədir. Son otuz ilin siyasi mənzərəsi dəfələrlə sübut etdi ki, böyük güclərlə maraqları üst-üstə düşməyən, yaxud onların prioritet siyahısında olmayan dövlətlər böhran anında tək buraxılır. Qlobal siyasətdə ideallar çox zaman maraqların kölgəsində qalır.

Bu reallığın ən kəskin nümunəsini isə Ukrayna ikinci dəfə yaşayır. 1994-cü ildə Budapeşt Memorandumu imzalanarkən Kiyevə “təhlükəsizlik zəmanətləri” verilmişdi. Ukrayna nüvə arsenalından imtina etdi, qarşılığında ABŞ və Böyük Britaniya onun təhlükəsizliyinin “qarantı” olacaqlarını bəyan etdilər. Lakin sənəd hüquqi öhdəlik daşımırdı və bunun fəsadları 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi ilə dərhal üzə çıxdı. 

Qərbin reaksiyası yalnız bəyanatlar, sanksiyalar və diplomatik narahatlıq ifadələrindən ibarət qaldı. 2022-ci ildə genişmiqyaslı müharibə başlayanda isə Qərbin yardımı Ukraynanın tam süqut etməsinə mane olsa da, işğalın qarşısını almağa və ya Ukraynanın qələbəsini təmin etməyə yetmədi. Milyonlarla insanın qaçqına çevrilməsi, şəhərlərin dağıdılması və bu gün də davam edən müharibə göstərir ki, böyük güclərin böyük sözləri çox zaman yalnız kağız üzərində yaşayır. Bu, Qərbin təhlükəsizlik memarlığının nə qədər selektiv olduğunu bir daha nümayiş etdirdi.

Qonşu Gürcüstan da eyni acı reallığı yaşadı. Saakaşvilinin hakimiyyəti dövründə Qərbin ən sevimli tərəfdaşlarından biri kimi təqdim olunan Gürcüstan 2008-ci ildə Rusiya ilə beş günlük müharibədə tək qaldı. NATO inteqrasiyası vəd edilirdi, Qərb liderləri Tbilisidə çıxışlar edir, dəstək mesajları verirdilər. Amma müharibə başlayanda həmin sözlərin heç biri reallığa çevrilmədi. Qərb yalnız siyasi bəyanatlarla kifayətləndi — nə hərbi dəstək verildi, nə də Rusiyanın qarşısı alınmağa çalışıldı. Nəticədə Abxaziya və Cənubi Osetiya faktiki olaraq Rusiyanın nəzarəti altında qaldı. Gürcüstan üçün bu hadisə Qərb institutlarına güvənin nə qədər kövrək ola biləcəyini göstərən dönüş nöqtəsinə çevrildi.

Moldova isə 30 ildən artıqdır ki, beynəlxalq hüquqa zidd olan Transnistriya problemi ilə yaşamağa məhkum edilib. Avropa yönümlü siyasət kursunu seçsə də, Qərbdən gələn dəstək yalnız söz səviyyəsində qaldı. Separatçı bölgənin aradan qaldırılması üçün nə real addım atıldı, nə də Moldovanın təhlükəsizlik sisteminə praktik zəmanət verildi. Nəticədə Moldova geosiyasi qeyri-müəyyənliyin sərhədində tənha qaldı. Bu tənha gözlənti illərdir davam edir və ölkənin siyasi kursunu da daim risk altında saxlayır.

Azərbaycanın yaşadığı təcrübə isə bu xəttin ən ağrılı, ən dramatik nümunələrindən biridir. 1990-cı illərin əvvəllərindən başlayaraq Qarabağın işğalı və bir milyon qaçqın-məcburi köçkün problemi Azərbaycan tarixinin ən ağır səhifələrini yazdı. Bu illər ərzində Qərbin reaksiyaları yalnız “narahatlıq ifadələri”, “danışıqlara çağırış” və “humanitar mesajlar”la məhdudlaşdı. Ermənistanın işğal siyasətinə qarşı heç bir sanksiya tətbiq edilmədi, heç bir real beynəlxalq təzyiq göstərilmədi. Dünya Azərbaycanın ərazi bütövlüyünü tanısa da, onu qorumaq üçün heç nə etmədi. Azərbaycan uzun illər tək qaldı və öz gücünə güvənərək problemi özü həll etmək məcburiyyətində qaldı. Bu, regionda gücün söz sahibinə çevrilməsinin ən real nümunəsi oldu.

Bu hadisələrin hamısı bir həqiqəti ortaya qoyur: Qərb postsovet məkanına münasibətdə hələ də tərəddüdlü, bəzən romantik, bəzən isə tamamilə praqmatik davranır. Onun verdiyi vədlərin əksəriyyətinin arxasında nə davamlı siyasi iradə, nə hüquqi öhdəlik, nə də real hərbi mexanizm dayanır. Bu da sovetdən ayrılmış müstəqil dövlətləri hər böhran anında eyni sualla üz-üzə qoyur: “Biz kimin arxasında dayandığına həqiqətən güvənə bilərik?” Bu sualın cavabı isə hər ölkənin öz təhlükəsizlik fəlsəfəsində gizlidir.

Bütün bu təcrübələr bir vacib dərsi ortaya çıxarır: heç bir dövlət yalnız xaricdən verilən vədlərə güvənərək varlığını qoruya bilməz. Beynəlxalq münasibətlər romantik duyğular üzərində deyil, güc balansı, maraqlar və soyuq hesablamalar üzərində qurulub. Hər bir dövlət öz təhlükəsizlik sistemini çoxsahəli şəkildə qurmalı, bir güc mərkəzinə tam bağlanmamalı, siyasi və hərbi müstəqilliyinə maksimum dərəcədə sahib olmalıdır.

Qlobal güclərin dəstəyi önəmlidir, amma heç vaxt mütləq təminat deyil. Bunun ən gözəl örnəyi Azərbaycandır. ABŞ və Avropa ilə ən yaxın münasibətlərdə olan, bəzi istisnalar çıxmaqla Rusiya ilə ən yüksək səviyyədə əməkdaşlıq edən Azərbaycan heç bir güc mərkəzindən asılı deyil. Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya kimi dövlətlərlə bərabərhüquqlu münasibətlər ölkəmizin ideal təhlükəsizlik çətirini formalaşdırıb. Bu balanslaşdırılmış siyasət Azərbaycanın regional güc mərkəzinə çevrilməsinin əsas səbəblərindən biridir. Çağdaş dünyada sabitliyi beynəlxalq təşkilatlar, supergüclər deyil, dövlətlər özü qurur. Bu isə “Dünya beşdən böyükdür” fikrini bir daha təsdiq edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see223

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see219

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see213

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see195

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see184

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see161

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see152

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see151

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see151

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see142

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see139

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see136

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see135

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see133

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see133

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see132

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

20 Noyabr 2025 16:13see128

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

20 Noyabr 2025 16:03see126

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see124

Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı

20 Noyabr 2025 16:08see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri