Icma.az
close
up
RU
Ermənistan referendum keçirəcəkmi?

Ermənistan referendum keçirəcəkmi?

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paşinyan bu kampaniyadan siyasi dividend qazanmaq niyyətindədir

Azərbaycanla bağlanacaq sülh müqaviləsinin zəmin şərtlərindən biri sayılan Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi, sənədin preambula hissəsindəki Azərbaycan torpaqlarına iddiadan rəsmi imtina Paşinyan hakimiyyətinin əsas gündəm müzakirəsidir. Belə ki, Konstitusiyaya dəyişikliyin məhz referendum yolu ilə baş tutması məqsədəuyğun sayılsa da, bəzən rəsmi İrəvan məsələyə dolayısı ilə fərqli don geyindirməyə, hətta bir sıra strukturların “əli ilə” bu işi həyata keçirməyə çalışdığına işarə vurur. Amma bəllidir ki, Konstitusiya dəyişikliyi məhz referendum yolu ilə baş tutur.

2023-cü il antiterror tədbirlərindən sonra zərurətə çevrilən sülh müqaviləsinin bölgədə dayanıqlı və əbədi normallaşmaya yol açması üçün bu addım atılmalıdır. Paşinyanın bu məsələ ilə bağlı mövqeyi dəyişkən olsa da, Azərbaycan öz tələbində qətidir.

Ermənistan isə hətta bir müddətdir aktuallıq daşıyan Aİ üzvlüyünə namizəd olmaq məsələsini referenduma çıxarmaq ideyasında sabit fikrə malik deyil. Məsələn, ötən ilin yayında Paşinyan Aİ üzvlüyü ilə bağlı referendumu məqsədəuyğun saymamışdı - səbəbini isə, guya, ermənilərnin bu ideyanı dəstəkləməsi ilə əlaqələndirmişdi. Ötən ilin noyabrında isə özünün mövqeyini tam dəyişərək referendumun keçirilməsinin vacibliyini önə çəkib. Bu ilin yanvarında da sonuncu mövqeyini yenidən təkrarlayıb. Beləliklə, Ermənistan rəhbərliyi bu və ya digər dəyişkənfikirliyi ilə referendum məsələsini uzadır - beləliklə, ortaya haqlı suallar çıxır: Paşinyanın belə dəyişkən mövqeyi nədən qaynaqlanır və ümumiyyətlə, Ermənistan referendum keçirmək istəyirmi?

Konstitusiya dəyişikliyi növbəti seçkilərin əsas təbliğat vasitəsi ola bilər

Əvvələr referendum dəyişikliyi vurğulandığı kimi Aİ üzərindən “müzakirə edilirdisə”, artıq Paşinyan Azərbaycanın haqlı tələbinə açıq cavab vermək məcburiyyətində qalıb. Erməni baş nazir Ermənistan Konstitusiyasındakı 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasına dair bildirib ki, yeni konstitusiyada həmin bəyannaməyə istinad olmamalıdır. Paşinyanın bu fikri qəbulediləndir - amma bunun dəyişməsinin qısa zamanda həyata keçirilməsi barədə danışılmaması bir daha onu göstərir ki, erməni tərəfi manipulyasiyadan əl çəkmir. Referendumun bəzən 2026, bəzən isə 2027-ci ildə keçirilməsi, yeni Konstitusiyanın qəbul ediləcəyi ilə bağlı fikirlər bildirilir. Hər bir halda Paşinyan “Konstitusiya kartı”ndan istifadə edərək özünün siyasi ömrünü uzatmağa çalışır. Ötən il yeni konstitusiyanın qəbulu ilə bağlı müddət kimi 2026-cı il (parlament seçkilərindən sonra) göstərilsə də, yenidən məsələnin gündəmə gəlməsi maraqlı hipotez yaradır - bir sıra ekspertlər iddia edirlər ki, Paşinyan hazırda əlində olan münbit situasiyadan istifadə etmək qərarına gəlib. Revanşist müxalifətin zəif olmasından, bu qruplaşmanın daxilində lider probleminin yaşanmasından istifadə etmək üçün parlament seçkilərini önə çəkə bilər. Daxili auditoriya üçün təbliğat vasitəsi kimi isə sülh amili ön plana çıxarılacaq. Beləliklə, siyasi analitiklər birgə keçirilməsi ehtimal olunmaqla referendum və parlament seçkilərinin bu ilinin sonuna qədər reallaşması ehtimalını önə çəkirlər.

Paşinyan yenə də ikili mövqe tutur - çıxış yolu dəyişiklikdir

Konstitusiyadan Azərbaycan torpaqlarına rəsmi iddianın çıxarılmasının bölgədə yeni reallıqlar yaradacağını Paşinyan da dərk edir - sadəcə olaraq, bunun “siyasi zəminini” yaratmaq üçün erməni baş nazir “köhnə taktika”dan istifadə etmək istəyir. Diqqət yetirsək, son dövrlərdə Paşinyan özünü tam sığortalamaq üçün tez-tez mövqe dəyişikliyinə gedir. Bəzən “məsuliyyəti” üzərindən atmaq üçün qərarın “xalq tərəfindən” verilməli olduğunu önə çəkir. Bəzən isə bu tezisi özü üçün təhlükə sayır - düşünür ki, minimal hesabla belə proses onun arzulamadığı trayektoriya ilə davam edərsə, bu onun siyasi sonunu gətirə bilər. Məhz bu səbəbdəndir ki, erməni baş nazir qeyri-adekvat fikilərlə yadda qalır. Məsələn, həm Bakının, həm də beynəlxalq aləmin sülhlə bağlı mövqeyinin qarşısında duruş gətirə bilməyən Paşinyan “xalq qərar verməlidir” deyirdisə,  indi tamam fərqli tezislər irəli sürür - o bildirir ki, “Ermənistanda keçirilən heç bir konstitusiya referendumu xalqın iradəsini əks etdirməyib. Onun sözlərinə görə, Ermənistanda qanunçuluq və cəmiyyət arasında uçurumun səbəbi də budur. “Və bu uçurum digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumları zamanı ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə etmədiyi və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır”, - Paşinyan bildirib. O, hesab edir ki, mövcud hüquqi nizamla cəmiyyət arasında üzvi əlaqə olmalıdır.

Beləliklə, gah 2027-ci ildə, gah da 2026-cı ilin referendum ili olacağını söyləyən Paşinyan ən pis ssenariyə də hazır olduğunu bildirir. O, özünün siyasi rəqiblərinə (xüsusilə revanşist cinaha) anlatmağa çalışır ki, prosesin axarını məhz “özü tənzimləyəcək”.

3 referendum, 2 dəyişiklik - son səsvermə təxirə düşdü...

Qeyd edək ki, Ermənistan Konstitusiyası ilə bağlı indiyə qədər üç dəfə referendum keçirilib. Bu referendumların hər birində fərqli məsələlər gündəmdə olub. Məsələn, 1995-ci il in iyulun 5-də baş tutan referendumla ölkənin ilk Konstitusiyası qəbul olunub. Nəticədə, Ermənistanda “prezidentli idarəetmə” formasına əsaslanan sistem quruldu.

İkinci referendum isə 2005-ci ilin noyabrın 27-də baş tutub. Bu səsvermə zamanı ölkənin Avropa Şurasına daxil olması ilə bağlı götürülən öhdəliklər müzakirəyə təqdim olundu - nəticədə, insan hüquqları ilə bağlı bölmə genişləndirildi, Avropa standartlarına yaxın islahatlar aparıldı və nəhayət, prezidentin səlahiyyətləri bir qədər azaldıldı, Milli Məclisin və hökumətin idarəetmədəki rolu müəyyən qədər gücləndirildi. Qeyd edildiyi kimi, bu referendum xüsusilə Avropa Şurası və digər beynəlxalq qurumların diktəsi ilə reallaşdı.

2015-ci ilin dekabrında baş tutan referendumda isə ən əsas dəyişiklik kimi “prezidentli respublikadan” “parlamentli respublika” modelinə keçid irəli sürüldü. Konstitusiya dəyişikliyinə əsasən prezidentin səlahiyyətləri məhdudlaşdırıldı, daha çox simvolik fiqura çevrildi - baş nazir ölkədə əsas icra orqanı kimi mahiyyət daşımağa başladı. Paralel olaraq parlamentin səlahiyyətləri və rolu da gücləndirildi. Vurğulayaq ki, bu dəyişikliklər 2018-ci il parlament seçkilərindən sonra qüvvəyə mindi və məhz həmin ildən Ermənistan parlamentli respublika oldu.

2020-ci ildə Konstitusiya Məhkəməsinin tərkibi ilə bağlı Ermənistan parlamentində ciddi müzakirələr aparıldı və dəyişikliklər baş verdi, amma bu referendum yolu ilə yox, qanunverici orqanın vasitəsilə edildi - 2020-ci il üçün planlaşdırılan referendum (Konstitusiya Məhkəməsinin tərkibinin dəyişdirilməsi üçün) COVID-19 pandemiyasına görə təxirə salındı.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Aprel 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see271

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri