“Ermənistan Aİyə yalnız referendum yolu ilə qəbul edilə bilər”
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ermənistan Avropa İttifaqına (Aİ) yalnız referendum yolu ilə qəbul edilə bilər, başqa variant yoxdur”.
Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökümətin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, istənilən ssenaridə Ermənistan Aİ-yə yalnız o halda üzv ola bilər ki, referendum təyin edilsin.
"Amma onu da qeyd etmək lazımdır ki, bu qanunun qəbulu zamanı bizim müəyyən hərəkətlər barədə təsəvvürümüz olmalıdır. Mənim fikrim odur ki, bu qanunun qəbulundan sonra qanuna uyğun olaraq, biz Aİ ilə onların təsəvvür etdiyi yol xəritəsini müzakirə etməliyik və bizim təsəvvür etdiyimiz yol xəritəsini birlikdə hazırlamalıyıq”, - deyə Paşinyan bildirib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Yanvar 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















