Icma.az
close
up
RU
Ermənistan Rusiyanın Gümrüdəki 102 ci hərbi bazasının çıxarılması məsələsini gündəmə gətirə bilər ERMƏNİ EKSPERT

Ermənistan Rusiyanın Gümrüdəki 102 ci hərbi bazasının çıxarılması məsələsini gündəmə gətirə bilər ERMƏNİ EKSPERT

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla mümkün yeni razılaşmalar fonunda Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini qaldıra bilər.

Bu barədə Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev Sputnik Armenia-ya müsahibəsində bildirib.

Ekspertin sözlərinə görə, İrəvan və Moskva arasında münasibətlərin son bir ildə ciddi şəkildə soyuqlaşması, habelə regionda siyasi balansların dəyişməsi bu mövzunun rəsmi gündəmə düşməsini real edir.

Areşev qeyd edir ki, Ermənistan hakimiyyəti hazırda Türkiyə və Azərbaycanla danışıqlarda yeni mərhələyə keçib və bu proses fonunda Rusiyanın Gümrüdəki bazası “öz funksional əhəmiyyətini itirmiş kimi” təqdim oluna bilər:

“Hakimiyyət bazanın artıq Ermənistanın təhlükəsizliyi üçün zəruri olmadığını iddia edə və onun çıxarılmasını legitimləşdirə bilər. Bunun üçün “funksiyanın tükənməsi” arqumentindən istifadə olunacaq.”

Ekspert həmçinin bildirir ki, Ermənistanda siyasi vəziyyət kəskinləşmək üzrədir, seçkilər və mümkün hökumət dəyişiklikləri fonunda hakimiyyət “narazı mərkəzləri” zəiflətməyə çalışır:

“Sürətli və burulğanlı siyasi proseslər başlayıb. Hakimiyyət bu fonda bütün narazı qüvvələri – xüsusilə Rusiya ilə ənənəvi əlaqələri güclü olanları – sistemdən sıxışdırmağa çalışır.”

102-ci bazanın çıxarılması yalnız hərbi-strateji deyil, həm də geopolitik baxımdan böyük nəticələr doğura bilər. Bu addım Ermənistanın Rusiya orbitindən tam ayrılaraq Qərb və Türkiyə ilə yaxınlaşmasını sürətləndirə bilər.\\Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Oktyabr 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri