Icma.az
close
up
RU
Politoloq: Azərbaycanla razılaşma Türkiyə Ermənistan yaxınlaşmasına şərait yaradır

Politoloq: Azərbaycanla razılaşma Türkiyə Ermənistan yaxınlaşmasına şərait yaradır

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın təhlükəsizliyi güc mərkəzlərindən deyil, qonşularla barışıqdan keçir


 Natiq Miri: Azərbaycan və Ermənistan artıq bəzi məsələlərdə birgə addım atır


Ermənistan və Azərbaycan arasında regionda sülhün bərpası istiqamətində mühüm addımlar atılır. ABŞ-nin vasitəçiliyi ilə imzalanan sənədlərin icrası sürətlə davam edir, hər iki tərəf arasında qarşılıqlı razılıqlar və əməkdaşlıq perspektivləri genişlənir. Nəqliyyat əlaqələrinin açılması, sərhədlərin müəyyənləşdirilməsi və regional inteqrasiya məsələləri ilə bağlı danışıqlar aktivləşib. Bu proseslər həm Ermənistan-Azərbaycan, həm də Ermənistan-Türkiyə münasibətlərində yeni dövrün başlanğıcını işarə edir və bölgədə davamlı sülh və əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Xüsusilə Türkiyə və Ermənistan “İpək Yolu”nun keçdiyi Arpaçay üzərindəki tarixi körpünün birgə bərpası barədə razılığa gəlməsi regionda qarşılıqlı etimad və əməkdaşlığın artmasının mühüm göstəricisidir.


Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda 8 avqustda imzalanan sənəddən irəli gələn müddəaların icrası üzrə proses davam edir:


"Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur. Bölgədə sülh mühiti mövcuddur. Maraqlıdır ki, bu, həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri səviyyəsində təsdiqlənir ki, bölgədə Ermənistan-Azərbaycan arasında sülh şəraiti var. Bu gün sərhədlərdə artıq atışmalar yoxdur. Paralel olaraq, Zəngəzur dəhlizinin açılması ilə bağlı ABŞ-dən xüsusi nümayəndə heyəti Ermənistana səfər edib. Bu kontekstdə ilkin olaraq Ermənistana 140 milyon dollar vəsait ayrılıb. Bu o qədər də böyük məbləğ olmasa da, prosesin başlaması üçün nəqliyyat kommunikasiyasının açılması və dəmir yolunun inşası məqsədilə maraqlı olan bütün regional və qeyri-regional güclərə güclü stimul verir. Digər tərəfdən sərhədlərin müəyyənləşməsi ilə bağlı xüsusi komissiyada Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində görüş keçirilib. Həm Ermənistan, həm də Azərbaycan ərazisində keçirilən bu görüşdə xüsusi razılaşmalar əldə olunub. Bütün nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulan ərazilərdə minalardan təmizlənmə ilə bağlı razılıq əldə edilib. Bu göstərir ki, sadəcə Zəngəzur dəhlizi deyil, Ermənistan-Azərbaycan arasında olan bütün nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı razılıq var və bunun üçün bəzi hazırlıqlar görülür. Ona görə də təhlükəsizlik baxımından minaların təmizlənməsindən tutmuş yeni infrastrukturların yaradılmasına qədər prosesi irəli aparmaq haqqında razılıq əldə olunub. Bütün bunlar Ermənistan-Azərbaycan arasında sülh şəraiti mövcud olmasına və Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsinə imkan verir. Bu gün Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi ilə paralel gedir. Azərbaycan buna etiraz etmir". 


Politoloq Türkiyə rəsmilərinin artıq sərhəddə yox, Ermənistanın paytaxtında müzakirələr apararaq razılığa gəldiklərini söyləyib:

"Bu, bilavasitə Azərbaycanın razılığı ilə baş verən hadisələrdir. Növbəti görüşün Türkiyədə keçiriləcəyi ilə bağlı konkret məlumatlar var və bunu Ermənistan nümayəndəsi Robin Robinyan da təsdiqləyir. Bir çox məsələlərdə, xüsusilə Ermənistanla bağlı addımlarda bütün qərarlar və atılacaq addımlar birgə koordinasiya olunur. Ona görə də qəfil, bir-birindən xəbərsiz sürpriz addımlar mövcud deyil. Hər şey koordinasiya şəklində, qarşılıqlı məlumatlandırma səviyyəsində həyata keçirilir. Bu baxımdan, bir tərəfdən Azərbaycanla sülh məsələsi inkişaf etdikcə, nəqliyyat kommunikasiyalarının açılmasında real, praktik addımlar atıldıqca, sərhədlərin müəyyənləşməsi ilə bağlı hazırlıqlar da üfüqdə görünür. Bu vəziyyətdə Türkiyə-Ermənistan sərhədlərinin açılması, hətta Gümrü-Qars dəmir yolunun texniki göstəricilərinin birgə müzakirəsi prosesini izləyirik. Bunlar gələcəkdə baş verə biləcək hadisələrdir. Lakin Azərbaycanla imzalanan sənədlər icra olunduqca Türkiyə ilə prosesdə də paralel inkişaf olacaq. Həmçinin Ermənistanın tədricən Azərbaycanla barışıq əldə etməsi, ticarət və əməkdaşlıqda maraqlı olması, Türkiyə ilə münasibətləri tənzimləməsi bütövlükdə Azərbaycan, Türkiyə və Ermənistanın yaxınlaşmasını, regionda sülh və əməkdaşlığı ön plana çıxarır və düşmənçiliyi aradan qaldırır. Ermənistan rəhbərliyi anlayır ki, ölkəsinin təbii təhlükəsizliyi hansısa güc mərkəzindən deyil, qonşularla, xüsusilə də ərazisinə iddia etdiyi qonşu dövlətlərlə sülh şəraitindən keçir. Bu dövlətlər arasında ən vacib olanlar Azərbaycan və Türkiyədir". 


Ekspert sülh olmadıqda Türkiyə-Ermənistan sərhədinin açılmayacağını, bu təqdirdə də Ermənistanın Avropaya inteqrasiyasının mümkün olmayacağını bildirib. 

"Azərbaycan və Ermənistanın bəzi məsələlərdə birgə addım atdığı müşahidə olunur ki, bu da çox müsbət haldır. Prosesə müdaxilə edənlərə qarşı Azərbaycan və Ermənistanın birgə dirənişi müəyyən üstünlüklər və təhlükəsizlik təminatı verir.

Rusiyada keçirilən musiqi yarışmasında Azərbaycan iştirakdan imtina edib. Maraqlıdır ki, Ermənistan isə bu barədə hər hansı fikir bildirməyib və səssizlik Rusiyanın narazılığına səbəb olub. Xarici İşlər naziri Lavrov da bunu xüsusi təəssüf hissi ilə ifadə edib. Birgə addımların artması Cənubi Qafqazla bağlı bölgə dövlətlərinin səylərinin və qərarlarının xarici müdaxilələri istisna etdiyini göstərir. Bu, Cənubi Qafqazda inteqrasiyaya aparan ciddi işarələrdir. Proses belə sürətlə davam edərsə, bölgəyə sülh gətirə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see195

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see189

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see183

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see148

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see139

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see138

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see137

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see132

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see131

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see128

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see127

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see125

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see124

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see123

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see123

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see120

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see119

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see118

Elgizdən canlı yayımda iştirakçıya sərt sözlər: Sən kimsən, utanmırsan?

02 Noyabr 2025 10:21see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri