Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Zərdüşt Əlizadə: Paşinyan elə şərait yaradır ki, Ermənistan cəmiyyəti sülhə hazır olsun MÜSAHİBƏ

Zərdüşt Əlizadə: Paşinyan elə şərait yaradır ki, Ermənistan cəmiyyəti sülhə hazır olsun MÜSAHİBƏ

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bakıvaxtı.az-ın “Düzünə qalsa” rubrikasının budəfəki qonağı politoloq Zərdüşt Əlizadədir.

Onunla müzakirəni təqdim edirik:

Amerika görüşü iflasa uğrayıbsa, bunda hər iki tərəf uduzub

- Ötən həftə Amerikdada, Oval ofisdə ABŞ lideri Donald Trampla Ukrayna prezidenti Volodomir Zelenski arasında görüş baş tutdu. Müzakirələr xeyli tünd notlarla davam etdi. Sizcə, Rusiya bu proseslərdən iştahlanıb, daha böyük iddialara düşə bilərmi və ümumiyyətlə, bu “oyunda” kim uduzdu, kim uddu?

- Əvvəla danışıqlar başlayıbsa və iflasla nəticələnibsə, bu, hər iki tərəfin iflasıdır. Çünki danışıqlarda həm ABŞ, həm də Ukrayna maraqlı idi. Bu və ya digər səbəbdən müzakirə iflasa uğrayıbsa, hər iki tərəf - ABŞ və Ukrayna uduzub.

- Amerika nə istəyirdi?

- ABŞ və Ukrayna nadir metallar barəsində böyük müqavilə imzalamaq niyyətində idi. Bu, Donald Trampa daxili səhnə və ya bazarda şan-şöhrət qazanmaq üçün lazım idi. Onun iqtisadi cəhəti sıfıra bərabərdir. Ukraynanın işğal olunmuş ərazilərində nadir metallar və minerallar mövcuddur. O, nadir mineralları istehsal etməyə başlasa, ABŞ onun gəlirlərinin 50 faizini götürəcək.

- Niyə 50 faizini?

- Hər halda Tramp buna iddia edir və onun fikirlərini ciddi qəbul etmirlər. İkincisi, nadir minerallar Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindədir. Ay ABŞ, sən ora nə zaman gedəcəksən, nə zaman sərmayə yatıracaqsan, orada nə zaman mədənlər quracaqsan ki, o mineralları, metalları çıxarasan? Orada metal var, ya yoxdur, çoxdur, azdır, bunu heç kim bilmir. Bu, bir təbliğat fəndi idi. Bu mənada Zelenski də müqavilə layihəsini gətirdi ki, imzalasınlar. Bu imzalamadan sonra Tamp çıxıb Amerika xalqına səslənməli idi ki, Baydeninin Ukraynaya əvəzsiz olaraq verdiyi pulları guya o, geri qaytarır. Trampın xatirinə .Zelenski belə bir müqavilə sənədini Amerikaya gətirmişdi. Amma oval kabinetdə jurnalistlər üçün təşkil olunmuş görüş zaman ABŞ-nin vitse-prezidenti JD Vans cızığından çıxdı və Zelenskini ittiham etməyə başladı. Zelenski ona cavablar verdi. Bu, nə Zelenskiyə, nə də JD Vansə yaraşan hal idi. Tramp da bu müzakirəyə aqressiv müdaxilə edib, artıq-əskik danışdı. Ortada heç bir mənası olmayan müqaviləni imzalamaq əvəzinə Zelenski küsüb getdi. Onu yola saldılar, dedilər ağlın başına gələndə qayıdarsan. Zelenski də ABŞ-də müsahibə verdi ki, bu, hələ dünyanın sonu deyil. Bu mənada hesab edirəm ki, məlum görüşün iflasa uğraması hər iki tərəfin itkisidir.

- Amma Tramp Zelsnskini ittiham etsə də, ortada fakt var. Rusiya ordusu Ukraynanın 20 faiz ərazisini işğal edib...

- Bəli, bu, doğrudur. Bu gün də Rusiya Ukraynaya hecum etməkdə davam edir. Amma hücumlar rus qoşunlarına böyük itkilər hesabına başa gəlir. Ukrayna ordusu müqavimət göstərir. Fərz edək ki, iflasa uğramış görüşdən sonra ABŞ Ukraynaya yardımı kəsir. Burada da yenə həm Amerika, həm də Ukrayna uduzacaq. ABŞ-nin nüfuzuna xələl gələcək ki, döyüşən bir bir ölkənin ağır günündə yardımını kəsirsən. Bu, Amerika cəmiyyəti və dünyada müsbət qarşılanmayacaq. Trampa sual oluna bilər ki, sənin ağlın haradadır? Ukrayna üçün isə vəziyyət fərqlidir. Əlbəttə, ABŞ-nin yardımının kəsilməsi Ukraynanın vəziyyətini yüngülləşdirmir, amma bu, faciəvi itki deyil.

- 58 milyard dollar az itki də sayılmaz...

- Ukraynaya göstərilən xarici yardımı hesablayıblar. Amerika Maliyyə Nazirliyinin hesabatları əsasında Pentaqonun hazırladığı sənəddə göstərilir ki, 3 il ərzində ABŞ Ukraynaya 58 milyard dollarlıq maliyyə və hərbi yardım göstərib. Avropa isə ümumilikdə 100 milyarda yaxın dəstək verib. Amerikanın yardımını çıxsaq, ortada Avropanın 100 milyardlıq yardımı qalır axı. 3 il ərzində bütün icbari hərbi xərclərin 73 faizini Ukrayna özü ödəmişdi. ABŞ-nin pul ayırmaması Ukrayna üçün itkidir, amma ölümcül itki deyil. Amerikaya tabe olmayan ölkələr var: İran, Şimali Koreya və Kuba. Bu ölkələrin vətəndaşları aclarından ölürlər? Xeyr. Kuba 1961-ci ildən ABŞ-yə tabe deyil. 64 ildir ki, Kuba Amerikanı saymadan yaşayır. Demirəm zəngin yaşayır, amma müstəqil yaşayır. Şimali Koreya eyni ilə... İran da 40 ildir, ABŞ-ni saymır. Amerikasız da yaşamaq mümkündür.

Başqa bir tərəfdən Ukraynanın yanında dayanan ölkələr də var. Kanada baş naziri Kiyevə gəlmişdi. O da Ukraynaya dəstəklərini ifadə etdi. Odur ki, Ukrayna ordusu döyüşür, rus ordusuna cavablar verir. Daxili səhnədə Zelenski intizam yaratsa, vəziyyət ağırlaşmaz.

- İndiki mərhələdə Zelenski nələr etməlidir?

- Zelenski ABŞ-dəki görüşdən geri döndükdən sonra Ukraynadakı korrupsionerləri, rüşvətxorları və Rusiya, ABŞ agenturasına işləyənlərin hamısını uzaqlaşdırmalıdır. Onları vəzifələrdən kənarlaşdırmalı, Radadan qovmalıdır. Həmin şəxslər barədə cinayət işi qaldırmalıdır. Ukraynadakı bəzi məmurlar büdcəni talayırlar. Onları orduya cəlb edib, döyüşə göndərmək lazımdır. Müharibə aparan ölkədə yol təmir edən məmur cəzalanmalıdır. Çünki məqsəd təmir adı ilə pul “silməkdir”.

Putin Ermənistanın ipini yığmağa başladı və…

- Son günlər Azərbaycanla Rusiya arasında “soyuq yellər” əsməyə başlayıb. Buna səbəb isə Azərbaycana məxsus mülki təyyarənin Rusiyaya məxsus Qroznı hava məkanında vurulması və Rusiya tərəfindən faktın gizlədilməsi oldu. Bundan sonra Azərbaycanda fəaliyyət göstərən “Rus evi” və “Sputnik” informasiya agentliyinin işinə xitam verildi. Sizcə, bu hal sözügedən ölkələr arasında gərginliyi şiddətləndirə bilərmi?

- Bunlar yüngül işlərdir. Buna Azərbaycan dilində “dilxoşluq” deyirlər. Bu iki qonşunun bir-birinə kəc baxmasına bənzəyir. Azərbaycanla Rusiyanın ciddi maraq və mənafeləri var. Rusiya üçün çox vacibdir ki, Azərbaycan ərazisindən onun milli təhlükəsizliyinə xələl gəlməsin. Yadınıza salmaq istəyirəm ki, 1990-cı illərdə Çeçenistanda milli azadlıq hərəkatı başlayanda döyüşçülər gəlib, Bakıdan maliyyə alıb, Türkiyə və ərəb ölkələrinə gedirdilər. Onlar buradan keçirdilər. Boris Yeltsinin gedişindən sonra Vladimir Putin gəldi və bu prosesə son qoyuldu. Yəni o zaman Putin gördü ki, erməni separatçılarına dəstək Rusiyaya baha başa gəlir, Azərbaycanla münasibətlər korlanır. Bundan sonra Putin Ermənistanın ipini yığmağa başladı və Azərbaycanın işləri qaydasına düşdü. Eyni zamanda Çeçenistan da sakitləşdi. Dağıstanda və Şimali Qafqazda müharibə ola bilər. Azərbaycandan dəstək gəlsə, həmin ərazilərdə müharibənin başlaması mümkündür. Heç bir mərkəzi hakimiyyətə qarşı üsyan, hərəkat xarici dətək olmadan baş tuta bilməz. Azərbaycan SSRİ tarixi və Azərbaycan tarixi bunu çox gözəl göstərir. Qarabağ ermənilərinə Rusiyanın dəstəyi kəsilən kimi, biz onları ram etdik. Moskvadan dəstək gələn kimi, Azərbaycanda müxalifət hərəkatı başlayırdı. İndi kürdlər də hərəkətləniblər.

- Niyə?

- Ona görə ki, ABŞ onların arxalarında dayanıb. Amerika “əl”ini çəksə, onlar da sakitləşəcəklər. Türkiyə də PKK-ya qarşı mübarizəsini gücləndirəcəyini açıqladı. İndi PKK-nı ABŞ idarə edir. Vaxtilə PPK-nın arxasında SSRİ dayanmışdı, indi ABŞ dayanıb. PKK-dan Türkiyə, Suriya və İraka qarşı alət kimi istifadə edirlər. Xaricdən dəstək olmasa, hər bir hərəkat, partiya, quruluş öz yerini bilər. Bu gün Azərbaycan Rusiya üçün vacib qonşudur. Rusiya cənub bölgələrində sakitlik olmağını istəyirsə, Azərbaycanla müzakirələrdə “dilinin altına qənd qoymalıdır”. Düzdür, Azərbaycan Rusiyaya nisbətən kiçik dövlətdir, amma Rusiyanın Azərbaycandan daha böyük bədxahları var. Bura Amerika, Avropa daxildir. O ölkələr rəsmi Bakıya dəstək verə bilərlər ki, Azərbaycan öz ərazisindən Rusiyaya təsir göstərsin. Bu mənada Azərbaycanla düşmənlik Rusiyaya müsbət heç nə vəd etmir. Əksinə Azərbaycanla xoş münasibətlər rəsmi Moskvaya xeyirdir. Hazırda Rusiyanın Qərb sərhədləri bağlanıb. Şimalda buzlu okeandır, Qərbdə infrastruktur yoxdur. İstəyirlər ki, cənub sularına -Fars körfəzi və Hind okeanına çıxsınlar. Bunun üçün onlar Azərbaycandan keçməlidirlər. Gərək, bizimlə barışsınlar. Azərbaycan onlara “yox” demir. Dəmir yollarımızı və şosse yollarımızı təkmilləşdirdik. İranla körpü çəkdik. Biz hazırıq, onlara deyirik ki, keçin, alverinizi edin. Azərbaycan Rusiya üçün, Rusiya da Azərbaycan üçün faydalı ölkədir. Rusiyanın böyük bazarları var. Başqa məhsul istehsal etməyə gücümüz çatmasa da, pomidor, xiyar istehsal edirik. Bu da bir bazardır. 100 minlərlə azərbaycanlı orada başına çarə qılır. Azərbaycanın daxilində çörək qazanmaq çətindir. Çünki bir iş görən kimi, məmurlar “pay” istəyirlər.

Zəngəzur dəhlizi Rusiya ilə Ermənistan arasında alver mövzusudur

- Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərin bağlanması da müzakirə mövzusudur. Sizcə, bu məktəblərin bağlanması yaxşı haldır, yoxsa pis?

- Hər bir ölkədə hökumət daxilində elə qüvvələr var ki, milli mənafeyə xidmət edirlər, dövlətin, xalqın mənafeyini güdürlər. Elə qüvvələr də mövcuddur ki, onlar daha çox ölkəni talamağı düşünürlər. Hökumət aparatında güclənməyə səy göstərirlər. Bu cür adamlar çalışırlar ki, yuxarı hakimiyyəti laxlatmağa nail olsunlar.

Azərbaycanda 300-ə yaxın rusdilli məktəb var. Bu məktəblərin ölkəmizdə olması bizə nələr verib? Qarabağ uğrunda mübarizədə Rusiya hakimiyyəti də, cəmiyyəti də Ermənistanı qınayırdı ki, sən rusdilli məktəbləri bağlamısan, amma Azərbaycanda 300 rusdilli məktəb var, ali məktəblərdə rusdilli şöbələr fəaliyyət göstərir. Amma Ermənistanda bunlar yoxdur. Yaxşı, Ermənistan Rusiya ilə necə dostdur ki, ölkədə rus dilini qadağan edir? Həmin sualı Ermənistana verirdilər. Bu, Azərbaycanın nailiyyəti idi. Azərbaycan cəmiyyətində vəzifə, imtiyaz istəyənlər təklif edirlər ki, rusdilli məktəbləri bağlayaq. Bu, doğru yanaşma deyil. Rusdilli məktəbləri bağlamaqdansa, öz dil və mədəniyyətimizin inkişafı barədə düşünsək, daha yaxşı olar.

Rus dili heç kimə mane olmur. 1990-cı illərdə rus dilini sıxışdırdıq, nəticəni gördük. Xoşbəxt olduq? Qarabağı alıb, Ermənistana verdilər. Bu, sizə dərs olmadı? Yenə Azərbaycanın başına bəla gətirmək istəyirsiniz? Qonşu ölkə ilə düşmənlik axtarırsınız? Ukraynanın üzləşdiyi fəlakət nədən başladı? Ukrayna da rus dilini sıxışdırmağa, qadağan etməyə başladı və sonrakı proseslə aydındı. Axırı necə oldu? Ukrayna viran qaldı, xalqın başı üzərindən raketlər uçur. Ay Azərbaycanda rus dilinə düşmənlik etmək istəyənlər, bunu istəyirsiniz? Xalqın başına bəla gətirmək istəyirsiniz? Rusiyanın özündə də elə qüvvələr var ki, hakimiyyətdəki mövqelərini möhkəmləndirmək istəyirlər və bunun üçün Azərbaycanla düşmənliyi sanki özlərinə peşə seçiblər. Orada da politoloqlar var ki, bütün günü Azərbaycanın əleyhinə danışırlar. Ölkəmizi elə təqdim edirlər ki, guya Azərbaycan Rusiyanın milli mənafelərinin düşmənidir. Buna görə də Azərbaycana məxsus mülki təyyarə vurulan kimi, həmin qüvvələr aktivləşdilər və bu ölkələr arasında ciddi qarşıdurma yaratmağa çalışdılar. Əksinə isə Rusiyanın milli mənafeyi tələb edir ki, rəsmi Moskva Azərbaycanla mehriban qonşuluq siyasəti yürütsün, sıx müttəfiq olsun.
- Əlbəttə, hər iki tərəfdə Azərbaycan Rusiya üçün, Rusiya da Azərbaycan üçün faydalı ölkə olduğunu bilənlər olmamış deyil. Belə bir məqamda münasibətlərin yüksələn xətlə inkişafına nail olub, Zəngəzur dəhlizi və Azərbaycanla Ermənistan arasında yekun sülhə nail olmaq mümkündürmü?

- Zəngəzur dəhlizi Rusiya ilə Ermənistan arasında alver mövzusudur. Üçtərəfli bəyanatın 9-cu bəndində yazılıb ki, həmin əraziyə FSB nəzarət etməlidir. Bunu indi Ermənistanın baş naziri Nikol Paşinyan istəmir. O vaxt “quyruğu qapı arasında idi” imza atdı, amma indi yaxın buraxmır.

- Niyə istəmir?

- Birinci səbəb Ermənistanın Rusiyadan asılılığını azaltmaqdır. Azərbaycanla sərhəddə rus sərhədçilərini uzaqlaşdırdı, İranla sərhəddə rus sərhədçilərini azaltdı. Paşinyan bu işləri addım-addım həyata keçirir. O cümlədən Mehri yolunu FSB-yə həvalə etmək istəmir. Ona görə də məsələni uzadır. Azərbaycan isə bildirir ki, mən bu işdən çıxıram, özünüz bilərsiniz. Sülh prosesində Zəngəzur məsələsi olmamalıdır, bunu sonra müzakirə edərik. Özü də gedib, İranla danışdı ki, lazım olsa, sizdən 45 km yol çəkib, Naxçıvana gedərik. İran da buna məmnuniyyətlə razılıq verdi. Azərbaycan düşmənlik axtarmır. Ermənistanla Rusiya arasında gedən danışıqlar hələ öz həllini tapmayıb, ona görə də Zəngəzur yolu çəkilmir.

Ermənistanın qarşısında iki yol var: Biri Türkiyə yolu, digəri…

- Ermənistan iqtisadiyyatının olduqca böyük hissəsi Rusiyadan asılıdır. Belə olan halda rəsmi İrəvan haradan güc alır ki, durub, Kremlə “şeşələnir”?

- Belə bir məsələ var. Bayaq vurğuladım ki, Ağ Evdəki müzakirələrin iflasa uğraması təkcə Zelenskinin deyil, həm də Trampın iflasıdır. Əgər iki dövlət bir-biri ilə iqtisadi əlaqələr qurubsa, deməli, bir-birindən asılıdırlar. Hazırda Rusiya təcrid rejimindədir. Sanksiyalar onu alıb-satmağı qadağan edir. O da alqı-satqını Ermənistan vasitəsilə həyata keçirir və 12 milyardlıq pəncərə açılır. Bu, Rusiyaya da xeyirdir. Ona görə də Ermənistan özünü ötkəm aparır. Rəsmi Moskva da bunun səbəbini bilir. Bu, ölkələr arasında qarşılıqlı asılılıq var. Bu mənada rəsmi İrəvan xoşbəxt gələcəyini Qərb və Avropada görür, Rusiyaya isə arxa çevirir.

- Ermənistanın Qərbə inteqrasiyası baş tutacaqmı və bu yol haradan keçir?

- Bunun üçün Ermənistan qarşısında iki yol var. Biri Gürcüstan yoludur ki, bu, onun üçün uğurlu deyil. Çünki Gürcüstanın Qərblə münasibətləri korlanıb. Gürcüstan nə NATO-ya gedir, nə Avropa İttifaqına. Gürcüstan başa düşür ki, Qərbdə onu gözləyən, NATO-ya qəbul edən yoxdur. Gürcüstan Ermənistan üçün Avropaya təminatlı yol ola bilməz.

İkinci yol isə Türkiyə yoludur. Rəsmi Ankara da bildirir ki, sən Azərbaycanla sülh müqaviləsi imzala, mən də sənin üçün yolları açım.

Bu məsələnin də zamana ehtiyacı var. Nikol Paşinyan yavaş-yavaş elə şərait yaradır ki, Ermənistan cəmiyyəti sülhə hazır olsun. O, cəmiyyəti buna hazırlamaq istəyir. Çünki əsrlərdən bəri erməniləri türkə nifrət ruhunda tərbiyə ediblər. Onları birdən-birə sülhə hazırlamaq asan məsələ deyil. Paşinyan açıq şəkildə deyir ki, “soyqırmı” məsələsini arıtmalıyıq, öyrənməliyik. Paşinyan bildirir ki, Qarabağ artıq Ermənistanın deyil. 2019-cu ildə “Qarabağ Azərbaycandır nöqtə” demişdi, indi isə bəyan edir ki, biz əlimizdə olan gerçək Ermənistanın qayğısına qalmalıyıq. 2026-cı il seçkisində ona mütləq bir uğur hekayəsi lazımdır. Bu uğur hekayəsi də Türkiyə və Azərbaycanla münasibətlərin qaydaya salınması, əlaqələrin genişlənməsi, sərhədlərin açılması ola bilər. Paşinyan bunu edəcək. Çünki o vəzifəni çox istəyir. 2018-ci ildən hakimiyyətdədir və ayrılmaq fikri yoxdur.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Mart 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri