Ermənistan sadəcə bir zərrəcikdir Paşinyanın Çin səfəri ilə bağlı İLGİNC DETALLAR KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ermənistanın Çində keçiriləcək hərbi paradda iştirakı beynəlxalq gündəmdə ciddi siyasi təsir doğurmayacaq. İrəvan regionda və qlobal siyasətdə böyük oyunçu hesab olunmur”.
Bu sözləri KONKRET.az-a politoloq Rizvan Hüseynov deyib.
“Ermənistan elə bir böyük rol oynayan dövlət deyil ki, onun hansısa məsələdəki mövqeyi kiməsə təsir etsin və ya diqqətini cəlb etsin. Çində keçirilən parada dünyanın ən güclü ölkələrinin nümayəndələri qatılacaq. Ermənistan isə bu mənada sadəcə bir zərrəcikdir”, – deyə Hüseynov vurğulayıb.
Politoloq əlavə edib ki, paradın əsas diqqət mərkəzində Rusiya və Çin kimi dövlətlərin iştirakı olacaq:
“Rusiya Prezidenti Vladimir Putinin və yüksək səviyyəli nümayəndələrinin də qatılacağı gözlənilir. Ehtimal olunur ki, Azərbaycan tərəfinin də iştirakı ola bilər. Ermənistan isə böyük siyasi oyunçu kimi qəbul edilmir”.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 26 Avqust 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















