Icma.az
close
up
RU
Ermənistan sənayesi çökür

Ermənistan sənayesi çökür

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Saxta rəqəmlər, gerçək enmələr

Son illərdə Ermənistan iqtisadiyyatında yüksək artım “sabun köpüyü”nü xatırladır. Əvvəlcə şişir, sonra isə partlayır. Məlum olur ki, 2023 – 2024-cü illərdə yüksək artımın qeyd olunduğu müxtəlif sahələr indi tənəzzülə uğrayıb. Sənaye istehsalı sürətlə geriləyib, kənd təsərrüfatı əhalini ərzaqla təmin edə bilmir. Ölkəyə gələn turistlərin sayı azalıb. Məsələn, 2025-ci ilin yanvar – fevral aylarında sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz azalıb. Yanvarda azalma 10,4 faiz, fevralda isə təxminən 27 faiz təşkil edib. Eyni zamanda, xarici ticarət dövriyyəsində də kəskin azalma müşahidə olunub. Buna Rusiyadan idxal edilən qızılın ilkin emalı və sonradan üçüncü ölkələrə təkrar ixracının qismən dayandırılmasının səbəb olduğu bildirilib.

Xatırladaq ki, Hayastan 2023-cü ildən Rusiyadan idxal etdiyi qızıl külçələri ilkin emal edir, sonra Birləşmiş Ərəb Əmirliklərinə və Honq–Konqa ixrac edir. Bu, Rusiyanın Ukraynada həyata keçirdiyi “Xüsusi hərbi əməliyyat”dan sonra baş verib. Belə ki, 2022-ci ildə Rusiyadan çıxarılan pulun əhəmiyyətli hissəsi Ermənistanda yerləşdirilib. Bununla yanaşı, bu ölkə Avropa və ABŞ-da istehsal olunan malların Rusiyaya idxalı və qiymətli daşların, qızıl məmulatlarının üçüncü ölkələrə ixracı üçün əsas tranzit yollarından birinə çevrilib. Biznes əməliyyatları 2023-cü ilin sonlarında kəskin şəkildə artıb. Hayastan milyardlarla dollarlıq Rusiya qızılını öz məhsulu kimi ixrac edib.

Rəsmi statistikaya görə, 2023-cü ildə İrəvan 1,8 milyard dollar dəyərində qızıl və 589 milyon dollar dəyərində brilyant ixrac edib. Bu, 2022-ci illə müqayisədə 4,4 dəfə çoxdur və Ermənistan iqtisadiyyatı üçün rekord göstəricidir. İrəvanlı iqtisadçı Suren Parsyan deyib: “Rusiya kapitalından erməni kanalları vasitəsilə almaz və qızıl alveri zamanı istifadə olunub. 2023-cü ildə Ermənistan 4,5 milyon karat almaz ixrac edib. İxrac edilən məhsul respublikanın özündə istehsal olunandan 30 dəfə çoxdur və artan təkrar ixracın parlaq faktıdır”.

2024-cü ildə də tədarük artıb. İlin birinci rübündə qızıl ixracı 2,5 milyard, almaz ixracı isə 185 milyon dollar təşkil edib. Ermənistanda bu “xammalın” emalı əvvəki illə müqayisədə 31 faiz artıb.

Ümumiyyətlə, qızıl və qiymətli daşların təkrar ixracı 2024-cü ilin ortalarında pik həddə çatıb. Ermənistan Gömrük Xidmətinin məlumatına görə, 2024-cü ilin birinci yarısında ixrac edilən 4,1 milyard dollarlıq (59 ton) qızılın 64 faizi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ), qalan hissəsi isə Honq Konqa göndərilib. Brilyantın isə 77 faizi BƏƏ-yə satılıb.

Maraqlıdır ki, Hayastan Rusiya qızılının təkrar ixracı ilə yanaşı, həm də qaranlıq sxemlərlə bu ölkəyə mobil telefonlar, məişət texnikası, Avropa, Amerika və digər ölkələrin istehsalı olan avtomobillər tədarük edib. Avropa, Asiya, Yaxın Şərq və digər region ölkələri ABŞ və Avropa İttifaqının sanksiyalarından ehtiyat edərək öz mallarını Rusiyaya birbaşa deyil, məhz Ermənistan üzərindən çatdırıblar.

Onu da qeyd edək ki, Ermənistan bu sxem üzrə 2024-cü ildə 13 milyard dollarlıq məhsul ixrac edib. İxracın da 65 faizini, yəni 7,45 milyard dollarını qızıl satışı təşkil edib. Nəticədə mövcud olmayan istehsal hesabına son iki ildə Ermənistan sənayesində yüksək artımlar qeydə alınıb və bu, böyük nailiyyət kimi təqdim edilib. Bildirilib ki, artım iqtisadiyyatın şaxələnməsi hesabına baş verib, ölkənin həm iqtisadiyyatında, investisiyalarında, həm də xarici ticarətində payının kəskin artmasında özünü göstərib.

Amma rəqəmlər onların yalan danışdığını ortaya qoyur. Artım yerli istehsal hesabına baş verməyib. Əslində, sənayedə artım Rusiyadan idxal olunan qiymətli daş-qaş və qızılın, həmçinin xarici malların bu ölkədən təkrar ixracı ilə bağlı olub. Məsələ ondadır ki, Ermənistanın ixracı ilə bərabər idxalının böyüməsi də milli iqtisadiyyatın tələbatına əsaslanmır. Bunun özü artıq təkrar idxal və təkrar ixracdan xəbər verir, bu ölkənin iqtisadiyyatının real vəziyyətini əks etdirir, şaxələndirilmənin mövcud olmadığını göstərir. Yəni Hayastanın sənayesi yerli istehsal hesabına artmayıb. Bu artımın kökündə xaricdən gələn malların təkrar ixracı dayanır. Onlar olmasa, Hayastanın sənayesi də çökəcək.

Onu da qeyd edək ki, 2025-ci ildən bu cür əməliyyatların əvvəlki həcmdə həyata keçirilməsi sanksiya təhlükəsi səbəbindən mümkün olmayacaq. Bu il Ermənistan sənayesinin ağır vəziyyəti, onun nə qədər acınacaqlı halda olduğunu ortaya qoyacaq.

Yada salaq ki, 2022-ci ilin iyununda Ukraynada müharibə başlandıqdan sonra, ABŞ Rusiya qızılının idxalına qadağa qoyub. 2024-cü ilin əvvəlindən isə Rusiyadan Avropa İttifaqına (Aİ) qeyri-sənaye xarakterli təbii və sintetik brilyant və brilyant zinət əşyalarının birbaşa idxalı dayandırılıb. Üçüncü ölkələrdə emal edilən rus almazlarına qismən Avropa embarqosu martın 1-dən qüvvəyə minib. Tam qadağa isə sentyabrın 1-dən tətbiq olunub. Kollektiv Qərb bununla Moskvanın maliyyə resurslarını tükəndirmək və beləliklə də, gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq istəyib. Çünki qızıl ixracı Rusiya üçün strateji sahə və mühüm gəlir mənbəyidir. O, dünya üzrə ən çox qızıl ehtiyatlarına malik ölkələrin top onluğunda beşinci yerdə qərarlaşıb. Moskvaya üstünlüklər qazandıran həm də o amildir ki, bu ölkə qızıl ehtiyatlarını əsasən daxili istehsal hesabına artırır. Onilliklər ərzində burada böyük dövriyyəsi olan qızıl hasilatı sənayesi formalaşıb.

Beləliklə, şimal qonşumuz uzun müddət sanksiyadan yayınmaq üçün Hayastandan tranzit ölkə kimi istifadə edib, məhsulu xarici bazara Ermənistan malı kimi çıxarıb. Sanksiyalardan sonra qızılın və zinət əşyalarının təkrar ixracı əvvəlki səviyyədə mümkün olmayacaq. Erməni ekspert Emmanuel Mkrtçyanın sözlərinə görə, Rusiya – Ukrayna müharibəsi səbəbindən Ermənistana köçən iş adamlarının açdığı müəssisələrin, təxminən, 20 faizi ölkədə qalıb, 80 faizi isə onu tərk edib. Eyni zamanda, erməni dramının kəskin möhkəmlənməsi ixrac məhsullarının qiymətinin artmasına və onların rəqabət qabiliyyətinin azalmasına səbəb olub.

Bunu rəqəmlər də təsdiqləyir. Məsələn, 2024-cü ilin birinci yarısında 4,1 milyard dolarlıq qızıl ixrac edilmişdirsə, ilin ikinci yarısında bu rəqəm 3,35 milyard dollara düşüb. 2025-ci ilin yanvar–fevral aylarında da ixracda kəskin azalma var. Bu göstərici 59,7 faiz azalaraq 1 milyard 41 milyon dollar olub. Qızılın təkrar ixracının azalması səbəbindən 2025-ci ildə 9 milyard dollarlıq ixrac gözlənilir. Bunların bir hissəsi hələ də yenidən ixracdır ki, bəzi məhsullar, xüsusilə elektronika və texnika şəklində Ermənistan vasitəsilə Rusiya bazarına daxil olmaqda davam edir. Əgər bu da olmasaydı, ixracın aşağı düşməsi daha böyük miqyasa çatardı. İdxal isə 45,8 faiz azalaraq 1 milyard 744,8 milyon dollar olub. Xüsusilə Rusiyadan idxalda ötən ilə nisbətən 60 faizdən çox azalma var.

İqtisadçı Aqasi Tavadyan hesab edir ki, 2025-ci ildə nəticələr qat-qat pis ola bilər. Bu kontekstdə Tavadyan 2025-ci ildə hökumətin büdcəyə yenidən baxmalı olacağını istisna etməyib: “ İxrac azalıb və bundan sonra da azalacaq. Son nəticədə iqtisadiyyatımızın əsl mənzərəsi üzə çıxacaq”.

Göründüyü kimi, Ermənistan iqtisadiyyatında artım xarici amillərə bağlıdır. Bu amillərin təsirinin zəifləməsi, əvvəlki dövrlərin yüksək iqtisadi artımlarının boşluğu və Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətini daha aydın göstərir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see329

ADY Bakı Tbilisi qatarına olacaq biletin qiyməti barədə məlumat yaydı

19 May 2026 13:22see266

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see261

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see248

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see206

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

19 May 2026 14:05see201

Belarusla əlaqələrimiz genişləndirəcəyik

19 May 2026 14:06see195

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

19 May 2026 14:04see190

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see188

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see181

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see178

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see175

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see173

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see171

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see170

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see163

Novxanıda hotel yanır

19 May 2026 19:10see163

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see159

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see158

​Sibir rusları Çin dilinə keçir? Putinə müraciət etdilər (VİDEO)

19 May 2026 14:05see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri