Icma.az
close
up
RU
Ermənistan sülhə nə qədər səmimidir: Prosesə əsas maneə nədir? ŞƏRH

Ermənistan sülhə nə qədər səmimidir: Prosesə əsas maneə nədir? ŞƏRH

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənubi Qafqazda sülh və sabitlik məsələsi son illərin əsas regional və beynəlxalq gündəmində yer almaqdadır.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi regionun geosiyasi mənzərəsini dəyişdi və yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsi aktuallığını qoruyur. Rəsmi İrəvan zaman-zaman sülhdən danışsa da, konkret addımların atılmaması, daxili siyasi ziddiyyətlər və ziddiyyətli açıqlamalar bu prosesə olan inamı zəiflədir.

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Slovakiyanın Baş naziri Robert Fitso ilə keçirdiyi birgə brifinqdə bir daha sülh sazişi ilə bağlı məsləhətləşmələrin davam etdiyini bildirib. Lakin bu bəyanatlar artıq cəmiyyətlər və beynəlxalq ictimaiyyət üçün yetərli deyil.

Əsas sual budur: Ermənistan sülhə nə qədər səmimidir və prosesin qarşısındakı əsl maneələr nələrdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, Ermənistan 2020-ci ildəki kapitulyasiyadan sonra demək olar ki, hər dəfə sülh gündəliyinə qayıtdığını bəyan edir. Baş nazir Nikol Paşinyan müxtəlif beynəlxalq platformalarda Ermənistanın sülhə hazır olduğunu vurğulayır. Lakin burada əsas sual Paşinyanın sözlərinin real zəminə söykənib-söykənməməsidir:

"Reallıq odur ki, Ermənistan sülhə yalnız danışıq səviyyəsində hazırdır. Praktik addımlar isə ya gecikir, ya da bilərəkdən sabotaj edilir. Bu prosesin əsas əngəllərindən biri Ermənistan konstitusiyasıdır. Hələ də bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə zidd müddəalar yer alır. Belə olan halda, sülh sazişindən danışmaq formal bəyanatdan o yana keçmir. Əgər doğrudan da sülh istəyirlərsə, ilk növbədə konstitusiyada dəyişiklik edilməlidir. Əks halda, gələcəkdə istənilən erməni rəhbəri bu sənədə əsaslanaraq Azərbaycana qarşı yeni iddialar irəli sürə bilər".

Deputatın dediyinə görə, Paşinyanın bu məsələdə irəli sürdüyü bəyanatlar onun fərdi mövqeyidir. Sabah başqa bir siyasi lider hakimiyyətə gəlsə, tamamilə fərqli siyasət yürüdə bilər. Ona görə də sülh üçün dayanıqlı hüquqi əsaslar yaradılmalıdır. Azərbaycanın şərtləri də məhz bu reallığa söykənir: sərhədlər tanınmalı, ərazi iddialarına son qoyulmalı və regionda təhlükəsizlik təmin edilməlidir:

"Digər vacib məsələ isə ATƏT-in Minsk qrupunun taleyidir. Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Minsk qrupu bu illər ərzində problemi dondurmaqdan başqa real nəticə vermədi. İndi isə bu formatın saxlanması yalnız status-kvonu geri qaytarmaq istəyən qüvvələrə xidmət edə bilər. Ona görə də Minsk qrupu rəsmi şəkildə ləğv edilməlidir. Regionda yeni reallıqlar formalaşıb və bu reallıqlar əsasında hərəkət etmək lazımdır".

Aydın Hüseynov: Azərbaycan ədalətli və dayanıqlı sülh istəyir

Həmsöhbətimiz əlavə edib ki, əgər sülh sazişi imzalanarsa, bunun təkcə siyasi yox, iqtisadi dividentləri də olacaq. Zəngəzur dəhlizi, regional nəqliyyat və enerji layihələri, iqtisadi əməkdaşlıq platformaları və digər təşəbbüslər yalnız sülh mühiti şəraitində reallaşa bilər. Bu həm Ermənistanın özü, həm də regionun digər ölkələri üçün mühüm fürsət deməkdir:

"Azərbaycan ədalətli və dayanıqlı sülh istəyir. Azərbaycanın irəli sürdüyü şərtlər beynəlxalq hüquqa və bölgədə uzunmüddətli sabitliyə əsaslanır. Bu şərtlər qəbul olunmadan real sülh mümkün deyil".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 May 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri