Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Bu universitetlərin diplomları ölkəmizdə tanınmır

Bu universitetlərin diplomları ölkəmizdə tanınmır

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Sentyabr ayı üzrə təhsil haqqında sənədə dair xaricdə təhsil almış 751 müraciətçidən 108 nəfərinin diplomu ölkəmizdə tanınmayıb. Bəs hansı hallarda Azərbaycanda xarici təhsil müəssisələrinin diplomları tanınmır?

Təhsil ekspert Rizvan Fikrətoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, Dövlət Proqramı çərçivəsində xaricə göndərilən tələbələrdə belə hallar demək olar ki, müşahidə olunmur:

"Çünki bu proqram çərçivəsində bütün proseslər qanuni və nəzarət olunan şəkildə həyata keçirilir. Əsas problemlər isə bəzi xarici təhsil şirkətləri ilə bağlıdır. Bu şirkətlərin verdiyi yalan vədlər, ya da özlərinin prosedurları tam bilməmələri müəyyən çətinliklərə səbəb olur. Ümumiyyətlə, diplomun tanınmaması halları daha çox akkreditasiyası olmayan, dövlət tərəfindən tanınmayan universitetlərdə təhsil alan tələbələrdə baş verir. Təbii ki, əgər universitetin akkreditasiyası yoxdursa, onun verdiyi diplom da tanınmayacaq. Bəzi hallarda bu universitetlər heç bir beynəlxalq reyestrdə yer almır və ölkənin öz Təhsil Nazirliyi tərəfindən belə tanınmır. Belə universitetlərin təhsil keyfiyyətinə zəmanət olmadığından, onların diplomları Azərbaycanda etibarlı hesab edilmir".

R.Fikrətoğlunun sözlərinə görə tədris formasının da diplom tanınmasına təsiri var:

"Uzaqdan (distant), onlayn və ya hibrid təhsil sistemləri Azərbaycanın qanunvericiliyinə əsasən tanınmır. Bu formatlarda təhsilin keyfiyyətinə nəzarət etmək çox çətindir. Eyni zamanda, bəzi ölkələrdə bakalavr təhsili iki-üç il, magistratura isə bir ildən də az davam edir. Halbuki Azərbaycanda bakalavr təhsili 4 il, magistratura isə 2 ildir. Əgər proqramın həcmi və tələbləri bu standartlara uyğun gəlmirsə, nostrifikasiya prosesi çərçivəsində diplom tanınmır. Bəzən bu proses zamanı saxta diplomlar və ya natamam sənədlər təqdim olunur. Belə hallarda Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) sənədləri araşdırır. Saxtalaşdırma və ya uyğunsuzluq aşkarlandıqda, diplomun tanınmasından imtina edilir. Həmçinin bəzi universitetlər əslində yalnız kommersiya məqsədilə yaradılan qurumlardır. Yəni, real təhsil vermədən sadəcə pul qarşılığında diplom təqdim edirlər. Belə universitetlərin diplomları da Azərbaycanda tanınmır".

Ekspert xarici diplomların tanınması üçün əsas olan meyarları sadalayıb:

"Universitetin rəsmi akkreditasiyası olmalıdır, təhsil forması əyani olmalıdır, təhsil proqramı və müddəti Azərbaycanın təhsil standartlarına uyğunlaşmalıdır, sənədlər orijinal və düzgün təqdim edilməlidir. Bu şərtlər ədalətlidir. Əgər bir şəxs burada əziyyət çəkərək ali təhsil alırsa, digəri isə saxta yollarla diplom alıb onun tanınmasını tələb edirsə, bu düzgün olmaz. Xarici diplomun tanınması üçün ilk növbədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəsmi saytına daxil olursunuz. Burada "Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi" bölməsini seçirsiniz və onlayn müraciət formasını doldurursunuz. Müraciət zamanı diplom və diplom əlavəsi, pasportun surəti, xaricdə təhsili təsdiqləyən sənədlər (viza, miqrasiya sənədi, xaricdə olduğu dövrə aid bilet və qeydiyyat sənədləri və s.), təhsil müəssisəsinin rəsmi akkreditasiya sənədi tələb olunur. Bu sənədlər əsasında universitetin tanınıb-tanınmadığı, təhsil formasının əyani olub-olmadığı, proqramın və müddətin Azərbaycan standartlarına uyğunluğu yoxlanılır. Əgər bütün tələblər ödənilirsə, diplom tanınır".

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Oktyabr 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri