Icma.az
close
up
RU
Ermənistan sülhə sadiq qalacaq?

Ermənistan sülhə sadiq qalacaq?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanda keçirilən parlament seçkisindən sonra Azərbaycanla imzalanacaq sülh müqaviləsi daha çox diqqət mərkəzindədir. 

Azərbaycan sülhlə bağlı mövqeyini açıqlayıb. Ermənistan tərəfi də sülhdə maraqlı olduğunu bildirib və Baş nazir Nikol Paşinyanın seçki devizi də məhz sülh olub. Prezident İlham Əliyev regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün sülh gündəliyini əsas prioritet kimi müəyyən edib. 

Azərbaycanın bu istiqamətdə atdığı addımlar uzunmüddətli əməkdaşlıq və etimad mühitinin formalaşmasına xidmət edir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət məsələlər şöbəsinin müdiri  Hikmət Hacıyevin Dilicana səfəri də Bakının sülh prosesinə sadiqliyinin və dialoqu davam etdirmək iradəsinin növbəti göstəricisi kimi qiymətləndirilir. 

Bu cür təmaslar tərəflər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və etimadın artmasına töhfə verir. Regionda davamlı sülhün bərqərar olması həm xalqların rifahı, həm də iqtisadi əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycan bundan sonra da sülh və sabitliyə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğunu nümayiş etdirəcək. 

Maraqlıdır, bəs Ermənistan  nə edəcək? Paşinyan vədlərini yerinə yetirə biləcəkmi?

Məslə ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Ermənistan cəmiyyətində sülhün alternativsiz olduğu barədə anlayışın güclənməsi vacibdir:

“Azərbaycanla Ermənistan arasında sülhə mane olmaq istəyən qüvvələr çoxdur. Ermənistanın özündə də sülhə qarşı olan qüvvələr var. Bildiyimiz kimi, Ermənistan parlament respublikasıdır və parlamentdə sülhə qarşı olan müxalifət var. 

Eyni zamanda, kilsə və diasporun önəmli bir hissəsi də sülhə qarşıdır. Bu baxımdan, hesab etmək olar ki, Paşinyanın vədlərini yerinə yetirməsi o qədər də asan deyil. Üstəlik, Rusiya və İranın da Ermənistana təzyiqi artıb. 

Belə bir şəraitdə kövrək sülhü qoruyub saxlamaq, dayanaqlı sülhə nail olmaq çətin bir prosesdir. Əgər ABŞ və Avropa İttifaqı güclü dəstək versə, Paşinyan müəyyən addımlar ata bilər. 

Qənaətimcə, Azərbaycan diplomatiyasının üzərinə vəzifələr düşür”. X.Cəfərli əlavə edib ki, tərəflər arasında siyasi dialoqun davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir: 

“Etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar sülh prosesinin geri dönüşü olmayan mərhələyə keçməsinə kömək edə bilər. Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirərək regionda sabitliyin qorunmasına çalışmalıdır. 

Əslinə baxanda, Azərbaycan bunda maraqlıdır və bu istiqamətdə lazımi addımlar atamağa hazırdır. Ən əsas məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan cəmiyyətində sülhün alternativsiz olduğu barədə anlayışın güclənməsi vacibdir. 

Yalnız qarşılıqlı siyasi iradə və beynəlxalq dəstək sayəsində uzunmüddətli və dayanıqlı sülhə nail olmaq mümkün olacaq.”

Yunis Abdullayev 
“Cebehinfo.az”

Açar sözlər: sülh Xəqani Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyun 2026 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri