Icma.az
close
up
RU
“Ermənistan sülhə sadiqdirsə, Aİ missiyasını ərazisindən çıxarmalıdır” Politoloq

“Ermənistan sülhə sadiqdirsə, Aİ missiyasını ərazisindən çıxarmalıdır” Politoloq

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanla Ermənistan arasında sülh prosesinə ən ciddi şəkildə mane olan amillərdən biri Avropa İttifaqının regiona yerləşdirilməsi idi. Buna görə Azərbaycan Prezidenti 2022-ci ilin oktyabrında Çexiyanın Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyinin ilk zirvə toplantısında bu məsələyə qəti şəkildə etiraz etdi. O dövrdə Azərbaycan ərazilərinə həmin qüvvələrin yerləşdirilməsi planlaşdırılsa da, Azərbaycan bunu qəbul etmədi. Ermənistan isə razılıq verdi və həmin qüvvələr hələ də Ermənistan ərazisində mövcuddur”.

Bunu Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib:

“Nəzərə almaq lazımdır ki, bu qüvvələrin həm sayı, həm də regionda qalma müddəti getdikcə artırılır. Əgər səhv etmirəmsə, onların fəaliyyət müddəti 2025-ci ilə qədər nəzərdə tutulmuşdu və artıq vaxtları da bitmək üzrədir. Bu mərhələdə həm həmin qüvvələrə, həm də digər xarici missiyalara regionda, xüsusilə də Azərbaycanla sərhədboyu ərazilərdə ehtiyac yoxdur”.

Politoloq vurğulayıb ki, əgər Ermənistan doğrudan da Azərbaycanla sülh istiqamətində atdığı addımlarda səmimidirsə — xüsusilə də 8 avqust 2025-ci il tarixli sülh sazişi mətninin paraflanması bunu göstərirsə — o halda ilk növbədə öz ərazisində yerləşən Avropa İttifaqının mülki missiyasının çıxarılması istiqamətində addımlar atmalıdır:

“Çünki bu qüvvələrin artıq regionda qalmasına heç bir zərurət yoxdur. Biz artıq sərhədlərin açılmasından, tranzit yüklərin daşınmasından, nəqliyyat və iqtisadi kommunikasiyaların bərpasından, vətəndaş cəmiyyətinin qarşılıqlı səfərlərindən danışırıqsa, Avropadan olan hərbi və ya mülki qüvvələrin regionda mövcudluğu yersizdir.

Üstəlik, həmin missiya vaxtilə keçmiş Qarabağ münaqişəsi ilə bağlı oraya yerləşdirilmişdi və post-münaqişə dövründə guya sülhün təşviqi üçün fəaliyyət göstərdiyini iddia edirdi.

Lakin artıq münaqişə yoxdur, sülh prosesi isə özünün ən uğurlu və nəticəverici mərhələsinə qədəm qoyub. Bu şəraitdə həmin qüvvələrin bölgədə qalması sülhə dəstək deyil, əksinə, ona mane ola bilər.

Ona görə də bu qüvvələrin oradan çıxarılması zəruridir. Bu addım sülh prosesini daha da irəli aparacaq və xüsusilə Ermənistan tərəfindən atılmış real sülh niyyətinin göstəricisi olacaq”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Oktyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri