Icma.az
close
up
RU
Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir?

Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Ermənistan Müdafiə Nazirliyinin qərarı ilə Artaşatda yerləşən hərbi hissələrdən birinin şəxsi heyətinin Sünik vilayətinə köçürülməsi bölgədə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Rəsmi İrəvan yerdəyişməni təsdiqləsə də, bölmənin konkret dislokasiya məntəqəsini açıqlamayıb və yalnız yeni hərbi hissənin "Avropa standartlarına uyğun" tikildiyini bildirib. 

Sünikin həm Azərbaycanla sərhəddə yerləşməsi, həm də regionda nəzərdə tutulan nəqliyyat-kommunikasiya layihələri baxımından strateji əhəmiyyət daşıması fonunda bu addım müxtəlif ehtimallar doğurur. Bu yerdəyişmənin sırf hərbi infrastrukturun yenilənməsi, yoxsa daha geniş təhlükəsizlik planının tərkib hissəsi olub-olmaması isə diqqət mərkəzindədir.

Bəs, Ermənistanın Artaşatdan hərbi bölməni Sünikə köçürməsi və burada yeni hərbi infrastrukturun formalaşdırılması hansı strateji məqsədlərə xidmət edə bilər? 

Bu addımı daha çox ordunun modernləşdirilməsi və sərhəd təhlükəsizliyinin gücləndirilməsi kimi qiymətləndirmək lazımdır, yoxsa regionda kommunikasiyalar və təhlükəsizlik gündəliyi fonunda daha geniş hərbi-siyasi hazırlığın elementi kimi dəyərləndirmək olar?

Mövzu ilə bağlı Moderator.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov açıqlama verib. 

Hərbi ekspert bildirib ki, Ermənistanın hərbi bölməsinin Sünikə köçürülməsi, əlbəttə ki, Zəngəzur dəhlizi ilə bağlı məsələdir. Yaxın vaxtlarda Ermənistan həmin istiqamətdə xeyli hazırlıq işləri görməlidir:

"Azərbaycan isə artıq Zəngəzur dəhlizi ilə bağlı həm avtomobil, həm də dəmir yolu tikintisini başa çatdırmaq üzrədir. Ermənistan maliyyə çətinlikləri ucbatından bu prosesi bir qədər gecikdirir. Son Azərbaycan–ABŞ–Ermənistan üçtərəfli bəyanatı da bu işlərin sürətləndirilməsini zəruri edir. Ona görə də Ermənistan həmin istiqamətdə təhlükəsizlik məsələlərini də həll etməlidir.

Bilirsiniz ki, bu marşrutun açılmasına qarşı çıxan qüvvələr var. Bu gün Rusiya Federasiyası açıq şəkildə Tramp marşrutu ilə bağlı narazılığını ifadə edir. Eyni zamanda, İran İslam Respublikasının da həmin marşrutla bağlı müəyyən narahatlıqları mövcuddur. Hərçənd ki, dünən dövlət başçısı Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qeyd etdi ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra İrana ikinci dəmir yolu xəttinin, yəni yeni marşrutun açılması da gündəmdədir və bu məsələ reallaşacaq.

Bir sözlə, Ermənistan rəhbərliyi həm ordunun modernləşdirilməsi məqsədilə bunu cəmiyyətə nümayiş etdirir, həm də sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə Artaşatdan hərbi bölmənin Sünikə köçürülməsi barədə qərar verib. Kommunikasiyaların təhlükəsizliyinə gəlincə, bu, sıradan adi məsələ deyil. Çünki söhbət beynəlxalq əhəmiyyət daşıyan bir marşrutdan gedir. Həm Naxçıvandan, həm Türkiyədən, həm Avropadan, həm də Çindən gələn yüklərin qısa müddətdə, təhlükəsiz şəraitdə bir ölkədən digər ölkəyə daşınması bütün bu tədbirləri zəruri edir. Ona görə də mən burada hər hansı ciddi narahatlıq görmürəm".

Üzeyir Cəfərov vurğulayıb ki, son dövrlər Ermənistanla Azərbaycan arasında yaxınlaşma, eləcə də Ermənistan–Türkiyə sərhədlərinin açılması istiqamətində proseslərin sürətləndiyini müşahidə edirik:

"Lakin bütün bunların fonunda görülən işlərin təhlükəsizliyini təmin etmək məqsədilə ölkələr hərbi birləşmələrin infrastrukturunu da gücləndirməlidirlər. Ermənistan da hazırda bu istiqamətdə fəaliyyət göstərir. Elə dünən Azərbaycan Prezidentinin Naxçıvanda komando hərbi hissəsinin şəxsi heyəti ilə görüşməsi də təkcə hərbi hadisə deyildi. 

Bu, eyni zamanda bir mesaj idi ki, Azərbaycan uzun illər blokada şəraitində qalmış Naxçıvanın təhlükəsizliyini təmin etmək, həm komando hərbi hissələrinin, həm də gələcəkdə istifadəyə veriləcək Zəngəzur marşrutunun təhlükəsiz fəaliyyətini qorumaq məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin hərbi hissələrin imkanlarından istifadə edəcək".

Pərvin Şakirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Avqust 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri