Icma.az
close
up
RU
Ermənistan tələsməlidir “böyük qatarlar” vağzallarda çox qalmır

Ermənistan tələsməlidir “böyük qatarlar” vağzallarda çox qalmır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Çindən Böyük Britaniyaya yol Azərbaycan və Türkiyədə açıqdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama verib. Qardaş ölkə lideri Kars – İğdır – Aralık – Dilucu dəmir yolu xəttinin tikintisinə başlandığını elan edib və bildirib ki, bu layihə “Zəngəzur dəhlizinin əsas elementi” olacaq.

Cənab Ərdoğan, həmçinin, sözügedən dəmir yolu xəttinin Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıdığını və regionda “sülh layihəsi” rolunu oynayacağını vurğulayıb. Layihə Xəzər və Aralıq dənizi hövzələrini birləşdirəcək, bu isə Türkiyənin şərq və cənub-şərq bölgələrinin istehsal və ixrac potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək, həmçinin nəqliyyat infrastrukturunu yaxşılaşdıracaq. “Bütün elementlər reallaşdıqdan sonra Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq”, - deyən Prezident Ərdoğan, həmçinin, bildirib ki, uzunluğu 224 km olan dəmir yolu xəttinin başa çatdırılması regional inkişafa güclü təkan, əlaqələrin möhkəmlənməsi və rifahın artması naminə mühüm addım olacaq.

Prezident İlham Əliyev isə avqustun 9-da Vaşinqtonda ölkəmizin media vasitələrinə müsahibəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da dəmir yolunun bərpasına başladığını açıqlamışdı. Ölkəmizin liderinin vurğuladığı fikirlərdən gəlinən qənaət budur ki, Azərbaycan Zəngəzur dəhlizinin timsalında regional inkişaf məsələlərinə kompleks yanaşır. Əlbəttə, bizə Ermənistan ərazisindən keçən 40 kilometrlik dəmir yolu lazımdır ki, Azərbaycanın iki hissəsini birləşdirək. Eyni zamanda, onu da deməliyik ki: “Bu, təkcə dəmir yolu ilə bitmir. Biz elektrik ötürücü xətləri, fiber-optik xətlər, potensial olaraq Azərbaycanın və Xəzərin digər tayından qonşularımızın enerji resurslarını daşıya biləcək enerji infrastrukturları haqqında düşünürük”.

Qeyd edək ki, Türkiyə lideri ölkə ərazisində inşa olunacaq, dəyəri 2,4 milyard avroya çatan barəsində söz açdığımız dəmir yolu xəttinin istifadəyə verilməsinin Çindən Böyük Britaniyaya qədər uzanan beynəlxalq ticarət marşrutunun səmərəliliyini artıracağını vurğulayıb. Heç şübhəsiz, cənab Ərdoğanın üzərində dayandığı xüsus Çinin “Bir kəmər, bir yol” layihəsidir. O layihə ki, onun haqqında Prezident İlham Əliyev bu il aprelin 25-də Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bəhs etmişdi. Dövlətimizin başçısı həmin layihənin Azərbaycan üçün yalnız bir tranzit marşrutu əhəmiyyəti daşımadığına diqqət çəkmişdi: “Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq. Cəmi bir həftədən də az vaxt bundan əvvəl biznes-forumda hər iki ölkədən müxtəlif şirkətlər iştirak edirdilər, onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzaladılar. Bu gün mən həmkarlarıma söylədim ki, bu, bizim üçün yaxşı göstəricidir. Lakin düşünürəm ki, bu göstərici daha böyük ola bilər”.

Onu da bildirək ki, Prezident İlham Əliyev “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqədar mövqeyini bu il aprelin 21-də Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində də açıqlamışdı. O, ölkəmizin sözügedən təşəbbüs çərçivəsində Pekinlə əməkdaşlığı genişləndirdiyini vurğulamış, mövcud istiqamətdə artıq mühüm uğurların qazanıldığını demişdi. Dövlətimizin başçısının üzərində dayandığı daha bir vacib məqam bu olmuşdu ki, əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan öz ərazisindən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.

Son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yollarının salındığını və təmir edildiyini, 335 körpünün və yolayrıcının, 45 tunelin, 163 yerüstü və yeraltı keçidin tikildiyini, habelə dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlərin görüldüyünü, 1500 kilometrdən artıq dəmir yolunun salındığını və 1800 kilometrlik sahənin təmir edildiyini deyən Prezident Əliyev vurğulamışdı ki, hazırda Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Amma bu, hələ son deyil: “Onu da diqqətinizə çatdırmaq istərdim ki, hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb”.

Sonda bildirək ki, Türkiyə regional inkişaf baxımından üzərinə düşən missiyanın yerinə yetirilməsinə start verdi və cənab Ərdoğanın əvvəldə diqqətə çatdırdığımız fikirləri də bunun təsdiqidir. Göründüyü kimi, Azərbaycan da mövcud istiqamətdə müstəsna addımlar atıb. Prezident İlham Əliyev avqustun 9-da Vaşinqtonda ölkəmizin media vasitələrinə müsahibəsində, həmçinin, Azərbaycanın üzərinə düşən işləri, demək olar, yekunlaşdırdığını da bildirmişdi: “Bu illər ərzində biz dəmir yolunu az qala Ermənistan sərhədinə çatdırmışıq. Təxminən, bir ildən az vaxt lazımdır, sürətlə işləsək, bəlkə də altı aya onu tamamilə Ermənistan sərhədinə çatdırarıq”.

Ermənistana gəldikdə, ölkə ötən müddətdə heç bir iş görməyib və bu məqamı Prezident İlham Əliyev Vaşinqtondakı müsahibəsində dilə gətirmişdi: “Beləliklə, biz istəyirdik ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz giriş əldə edək. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imza atdığı öhdəlik idi, lakin beş il ərzində heç bir irəliləyiş olmamışdı. Ərazidə heç bir iş aparılmırdı”.

Deməli, hazırda regional inkişafa real töhfə vermək növbəsi Ermənistanındır. Bir halda ki, Bakı və Ankara üzərinə düşəni reallaşdırır, başlıca məqam İrəvanın məsuliyyətli davranmasıdır. İnanaq ki, belə də olacaq. Amma Ermənistan tələsməlidir. Çünki, obrazlı desək, böyük qatarlar gözləməyi xoşlamırlar.

Əvəz CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 04:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri