Ermənistan tərəfindən siyasi iradə və məsuliyyət gözləyirik Nazir
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan tərəfindən siyasi iradə və məsuliyyət gözləyirik.
Milli.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışında bildirib.
"Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir.
Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və biz buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik.
Eyni zamanda, bütövlükdə beynəlxalq ictimaiyyət, o cümlədən burada ATƏT çərçivəsində, hazırkı prosesə zərər verməmək, təxribatçı hərəkətlərdən və gərginliyin artmasından çəkinməkdən məsuldur.
Yekunlaşdırmazdan əvvəl, mən Azərbaycanın ATƏT çərçivəsində Təşkilatın funksionallığı və effektivliyinin qarşısında duran mövcud çağırışlarının aradan qaldırılmasında konstruktiv əməkdaşlığa hazır olduğunu bir daha bəyan edirəm", - o qeyd edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 05 Dekabr 2024 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















