Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 3 milyard 464,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz çoxdur. Bu sahədə əldə edilmiş gəlirin 83 faizi qeyri-dövlət sektorunun payına düşüb, 70,7 faizi isə əhali sektoruna aid olub.
Təkcə noyabrda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 344 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 faiz çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 faiz artaraq 3 milyard 601,7 milyon manat olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 15 Dekabr 2025 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















