Ermənistan Tramp marşrutu ilə bağlı müqaviləni təsdiqlədi
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan hökuməti "TRIPP İnkişaf Şirkəti"nin səhmdarları arasında imzalanması nəzərdə tutulan müqaviləni təsdiqləyib.
BAKU.WS Ermənistan mediasına istinadən xəbər verir ki, razılaşmaya əsasən, şirkətin səhmlərinin 74 faizi ABŞ-yə, 26 faizi isə Ermənistana məxsus olacaq.
Şirkətin beş nəfərdən ibarət Direktorlar Şurasının üç üzvü ABŞ, iki üzvü isə Ermənistan tərəfindən təyin ediləcək.
Sənəddə, həmçinin hər iki tərəfin razılığı olmadan qərar qəbul edilməsinə imkan verilməyən 16 istiqamət müəyyənləşdiriləcək.
Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan müqavilənin bir həftə ərzində imzalanacağını və şirkətin Ermənistanda qeydiyyatdan keçəcəyini açıqlamışdı.
"Bu, müstəqillik qazandığımızdan bəri ən böyük iqtisadi layihədir", – Paşinyan bildirib.
Xatırladaq ki, noyabrın 23-də ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan videomüraciətlərində TRIPP layihəsinin icrasına rəsmi start verildiyini elan ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 26 Noyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















