Icma.az
close
up
RU
Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır

Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

“Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasının ilk və ən sürətli təsiri turizm axınlarının artması olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsinə baxış zamanı Ermənistanın iqtisadiyyat nazirinin müavini Anuşik Avetiyan bildirib.

Həmçinin, onun sözlərinə görə, Türkiyə ilə sərhədin açılması ən qısa vaxtda iqtisadiyyata praktiki və müsbət təsir göstərə bilər. Nazir müavini qeyd edib ki, Ermənistan böyük ölçüdə Lars keçid məntəqəsindən asılıdır və Türkiyə ilə sərhədin açılması iqtisadi subyektlərə bir neçə istiqamətdə kömək edəcək: “İlk növbədə nəqliyyat xərcləri azalacaq, tədarük zəncirləri qısalacaq və bazarlara çıxış imkanları genişlənəcək. Bağlı sərhədlər uzun illər ərzində logistika xərclərini artırıb, rəqabəti məhdudlaşdırıb və Ermənistan istehsalçıları üçün qlobal bazarda mövqe tutmaq baxımından ciddi çətinliklər yaradıb”.

Avetisyan Türkiyə ilə sərhədin açılmasının Ermənistanın ixracın diversifikasiyası gündəliyi baxımından da mühüm olduğunu vurğulayıb:

“Sərhədin açılması məhdud marşrut və istiqamətlərdən asılılığın azaldılmasına, yeni bazarlara çıxış və ixracın şaxələndirilməsinə imkan verəcək. Ekspert araşdırmaları bunun xarici ticarətə müsbət təsir göstərəcəyini, eyni zamanda investisiya axınları və mühitinin yaxşılaşacağını göstərir. Bu zaman investisiya axınlarının həcminin təkcə Ermənistanda deyil, bütün regionda təxminən 20 faiz artacağı gözlənilir”.

Avetisyanın fikrincə, Türkiyə ilə sərhədin açılması Ermənistanın Avropa İttifaqına ixrac imkanlarını genişləndirə bilər.

Nazir müavini açıq sərhədlərin yalnız Ermənistan üçün deyil, bütün region üçün faydalə olacağını iddia edib:

“Tranzit axınlarının aktivləşməsi və tədarük zəncirlərinin qısalması bütün maraqlı tərəflər üçün sərfəlidir. Bu, regionun beynəlxalq ticarət marşrutlarında rəqabət qabiliyyətini və cəlbediciliyini artıracaq”./Teleqraf 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Yanvar 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri