Icma.az
close
up
RU
Ermənistan üçün fürsət pəncərəsi açıqdır və dəyərləndirməsə, tamamilə siyasi təcridə düşəcək

Ermənistan üçün fürsət pəncərəsi açıqdır və dəyərləndirməsə, tamamilə siyasi təcridə düşəcək

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“1990-cı illərdən başlayaraq ölkələr arasında sərvət fərqi genişlənməyə başladı. Bu dövrdə beynəlxalq münasibətlərdə yeni yaranmış yola düzələn Cənubi Qafqaz regionunun ölkələri də ard-arda müstəqillik əldə etdilər. Bundan sonrakı periodda region ölkələri arasında ayrı-ayrılıqda və bütövlükdə keçdiyimiz yol məlumdur. Bu günün reallıqları isə qloballaşma fenomenindən uzaqlaşaraq regional inteqrasiya tendensiyasını diktə edir. Xüsusilə də ticarət, nəqliyyat və İKT kimi sahələrdə regional əməkdaşlıq özünü daha qabarıq formada büruzə verir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov danışıb. Deputat bildirib ki, ölkələr qloballaşmanın faydalarını həyata keçirmək imkanlarını gücləndirməklə boşluqları aradan qaldıra, həmçinin regional əməkdaşlıqlara üstünlük verməklə güclənə bilərlər: “Təbii ki, “ən yaxşı” siyasət özünə güvənmək hesab edilsə də, regional əməkdaşlıq qloballaşma ilə bu siyasət arasında orta yol təklif edir. Yəni, regional əməkdaşlıq ölkələrin güclü tərəflərindən istifadə edə və qloballaşmanın çətinliklərinin öhdəsindən gəlməyə kömək edə bilər”.

Azər Badamov

Azər Badamov qeyd edib ki, tarix boyu qarşıdurmalara şahidlik edən bölgəmiz üçün regional iqtisadi əməkdaşlıq nisbətən yeni bir fenomendir: “Gürcüstan ən çətin məqamlarda Azərbaycandan dəstək görüb. Önəmli məqam odur ki, Azərbaycan beynəlxalq hüquqla dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinə ən ali səviyyədə yanaşır. “Heç vaxt işğalla barışmamaq” tövsiyəsi qədər yanaşması da təmkinli və uzaqgörən siyasət tələb edir.

Azərbaycanla Gürcüstan arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi olduqca önəmli təşəbbüslər var. Bu meqa layihələrdən iki ölkəyə, bu ölkələrin xalqlarına, bütövlükdə sözügedən layihələrdən bu və ya digər şəkildə iqtisadi və siyasi pay götürən ölkələrin xalqlarına yalnız və yalnız fayda var. Niyə görə də təməli sağlam üzərində qurulan layihələrin sayı artırılmasın? Bunun üçün önümüzdə geniş perspektivlər, fürsətlər mövcuddur. Yetər ki, düzgün dəyərləndirilsin, regional və qlobal balans düzgün tutulsun. Bu mənada qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasi yol izlənilir, öyrənilir. İcrasına artıq başlanılan və nəzərdə tutulan layihələrdən sadəcə Gürcüstan və Azərbaycan deyil, bir çox ölkə xalqları yararlanacaq. Son zamanlarda dövlət başçılarının ən ali səviyyədə səfərləri, iki ölkə liderləri arasında mövcud olan şəxsi əlaqələr, xüsusilə Baş nazir İrakli Kobaxidzenin ardınca Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə də davam edən eyni müsbət tendensiya əlaqələrin inkişafında, dərinləşdirilməsində həm Gürcüstanın, həm Azərbaycanın xüsusi diqqət göstərdiyi amildir”-deyən deputat vurğulayıb ki, mövcud reallıqlar fonunda Gürcüstanın səfirlik üçün paytaxt Tbilisidə Azərbaycana torpaq verməsi etimadın, inamın, xüsusi diqqətin göstəricisidir. Bu həm dövlətlərarası münasibətlərin, həm də ictimai əlaqələrin inkişafına daha da müsbət təsir edəcək. Regionun təhlükəsizliyi və rifahı regional aktorlardan müştərək, koordinasiyalı addımlar tələb edir. Bir daha məlum olur ki, Gürcüstan və Azərbaycan ən önəmli məsələlərdə anlaşmalı addımlar atır.

Azər Badamov əlavə edib ki, ərazi bütövlüyü və suverenliyimizi bərpa etdikdən sonra forma dəyişdirən xarici siyasətimizdə region ölkələri prioritet təşkil edir: “Dövlət başçımız bunu aydın şəkildə hər bir tərəfin də diqqətinə çatdırdı ki, xaricdən nə qədər basqı olsa da region ölkələri ilə bizi qarşı-qarşıya qoymaq planları iflasa uğrayacaq. Bir halda ki, təklif edilən ən böyük layihələr belə regional əməkdaşlıqdan keçir, ya da daha dəqiq ifadə etsək, biri digəri ilə sıx şəkildə bağlıdır niyə görə də region ölkələri sülhdən uzaq düşməlidirlər. Eyni coğrafiyada yaşayan xalqların əbədi düşmən olmasından biz itirə, başqaları yararlana bilər. Buna fürsət vermək olmaz. Cənab Prezident bildirir ki, tranzit olmaq imkanı Ermənistana verilmişdi. Gürcüstan kimi o da tranzit ola bilərdi. Hələ də bu fürsət pəncərəsi açıqdır, bu dəfə də dəyərləndirilməsə, tamamilə siyasi təcridə düşəcəklər”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyul 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri