Icma.az
close
up
RU
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında Məhkəmə iclası

Ermənistan vətəndaşları Bakıda hakim qarşısında Məhkəmə iclası

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Mia.az xəbər verir ki, məhkəmə iclasında tərəflərə replika hüququndan istifadə etmək imkanı yaradılıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında əvvəlcə təqsirləndirilən şəxslərin cinayətkar birlikdə rollarının mübahisələndirilməsinə dair hissə barədə danışıb. Xatırladıb ki, müdafiə tərəfinin fikrincə, cinayətkar birlik dünya təcrübəsinə əsasən, kriminal cinayətlərin törədilməsi üçün yaradılır. Dövlət ittihamını müdafiiə edən prokurorun sözlərinə görə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da təsdiqlənib ki, birinci Qarabağ müharibəsi başlanmazdan bir neçə il əvvəl qeyd edilən cinayətkar dəstələr formalaşdırılmağa başlanmışdı: "Doğrudur, tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, həmin dəstələr həqiqətən də Ermənistan rəhbərliyi tərəfindən dəstəklənib və silahlandırılıb. Lakin sonradan biz gördük ki, həmin silahlı dəstələrin rəhbərləri və üzvləri Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma qurumda və Ermənistanda mühüm siyasi və hərbi postlar tutdular. Yəni, həmin dəstələr təsadüfi, özbaşına birliklər deyildi və sonradan da Azərbaycan ərazilərini işğal edən cinayətkar ordunun tərkib hissələrinə çevrildilər. Təqsirləndirilən şəxslərə gəldikdə, onlardan məsələn, David Manukyan Şuşa batalyonunun üzvü, Davit İşxanyan "28-ci Martuni" batalyonunun komandiri olub. Hansı ki, bu və digər batalyonlar məhz qeyd edilən qanunsuz dəstələrin adının dəyişmiş, daha mütəşəkkil və hərbiləşdirilmiş forması olub".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see252

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see187

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see186

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see184

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see173

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see159

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see155

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see123

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see118

Arina Sabalenka qadın tennisində transgenderlərin iştirakına qarşıdır

10 Dekabr 2025 04:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri