Icma.az
close
up
RU
Ermənistan vətəndaşlarının məhkəməsində videomaterial nümayiş etdirilib

Ermənistan vətəndaşlarının məhkəməsində videomaterial nümayiş etdirilib

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 30-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir. SİA xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Davit İşxanyanın müraciəti əsasında 2020-ci ildə Tovuz hadisələrindən (Tovuz döyüşləri – red.) sonra lentə alınmış videomaterial tədqiq olunub. Xatırladaq ki, D.İşxanyanın vəkili oktyabrın 24-də keçirilən məhkəmə iclasında həmin videonun tədqiqi üçün vəsatətlə çıxış etmişdi.

“Youtube” sosial şəbəkəsində 2020-ci il avqustun 28-də yerləşdirilmiş video nümayiş etdirilib. Videomaterialda Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Sərdarabadda Ermənistan hərbçiləri təltif edilir. Arayik Harutyunyanın da iştirak etdiyi tədbirdə çıxış edən Nikol Paşinyan bildirib ki, təltif olunanların hamısı iyul döyüşlərinin fəal iştirakçılarıdır.

Dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs Arayik Harutyunyana suallar ünvanlayıb. Əvvəlcə qeyd edib ki, videoda iyul döyüşlərində iştirak edən Ermənistan hərbçiləri təltif olunur. “Həmin tədbirə hansı məqsədlə və hansı statusla dəvət olunmuşdunuz?

2020-ci il iyunun 19-da Ermənistan Respublikası və qondarma qurumun birgə Təhlükəsizlik Şurasının iclası keçirilib. Orada iştirakınızın məqsədi nə idi? Siz məhkəmə istintaqı zamanı bildirmisiniz ki, iyul döyüşlərinin qondarma rejimlə heç bir əlaqəsi olmayıb. Bu iclas hansı zərurətdən yaranmışdı və hansı məsələlər müzakirə edilib?”, - deyə dövlət ittihamçısı suallar verib.

Təqsirləndirilən şəxs cavabında bildirib ki, qondarma qurumun “nümayəndələri” Ermənistan Respublikasında keçirilən bu cür tədbirlərə daim dəvət olunurdu. İclasda isə Ermənistan Respublikasının təhlükəsizlik məsələləri, ordunun hazırlıq vəziyyəti və ehtimal olunan müharibə ssenariləri müzakirə edilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri