Ermənistan xarici işlər naziri: Bakı və İrəvan arasında tamamilə yeni durum yaranıb
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ümid edirik ki, ATƏT platforması indi və gələcəkdə sülhün möhkəmləndirilməsinə töhfə verəcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri Elina Valtonen ilə birgə mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, ATƏT sədrinin regiona səfəri tamamilə yeni şəraitdə, bölgə üçün əhəmiyyətli hadisənin - Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması fonunda baş verir:
“Tərəfdaşlarımıza sülh sazişinin paraflanması, bəyannamədə əks olunmuş prinsiplər və nəqliyyat infrastrukturlarının blokadalarının aradan qaldırılması çərçivəsində tətbiq olunacaq prinsiplər barədə ətraflı məlumat vermişik. Gizli deyil ki, ATƏT öz vasitələri ilə Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə xidmət edir. İndi isə sülh təmin edildikdən və ATƏT-in Minsk qrupunun strukturlarının ləğvinə başladıqdan sonra yaranan reallıqlar Ermənistanın ATƏT-də iştirak baxımından da yeniliklər yaradır”.
Xarici işlər naziri əlavə edib ki, yeni əməkdaşlıq üfüqlərini ortaya çıxarmaq lazımdır.
Ararat Mirzoyan xalqlar arasında düşmənçiliyin aradan qaldırılmasına da diqqət yetirməyin vacib olduğunu vurğulayıb.


