Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Ermənistan “Zəngəzur dəhlizi”ndən niyə qorxur?

Ermənistan “Zəngəzur dəhlizi”ndən niyə qorxur?

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bölgənin yeni geosiyasi və iqtisadi reallığını müəyyənləşdirib. Sənəd Azərbaycanla Naxçıvan arasında maneəsiz quru bağlantını təmin etməyi nəzərdə tutur və regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində ən konkret addım kimi qiymətləndirilir.

Azərbaycan bu marşrutu Zəngəzur dəhlizi adlandırır. Rəsmi Bakı illərdir bu layihəni yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik və regional əməkdaşlıq məsələsi kimi təqdim edir. Prezident İlham Əliyev də Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən son Zirvə toplantısında bu mövzuya yenidən toxunub və Zəngəzur dəhlizinin Orta Dəhliz və Şimal–Cənub nəqliyyat xəttləri üçün alternativ arteriya rolunu vurğulayıb.

Lakin İrəvan bu terminə qarşı çıxmaqda davam edir. Ermənistan hökuməti “Zəngəzur dəhlizi” ifadəsinin özlərinə aid olmadığını bildirərək məsələni daxili siyasi təzyiq vasitəsinə çevrilməsinin qarşısını almağa çalışır. Bu, bir daha göstərir ki, “Tramp marşrutu” yalnız iqtisadi layihə deyil, Cənubi Qafqazın gələcək güc balansını müəyyənləşdirən siyasi xəritənin başlanğıcıdır.

Ermənistan bu termindən niyə narahatdır?

Mövzu ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və paralamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bidlirib ki, regional sülhün, təhlükəsizliyin təmin olunması, dayanıqlı sabitliyə nail olunması hərbi və müdafiə sənayesi, təhlükəsizlik sahələrində əməkdaşlıqla yanaşı, iqtisadiyyat, nəqliyyat və digər əlaqəli sahələrdə də hərtərəfli əməkdaşlığı özündə əhatə edir:

“Belə ki, təhlükəsizlik çoxşaxəli, çoxsahəli əməkdaşlığı özündə ehtiva edən məsələdir. Dövlətin iqtisadi gücü və qüdrəti onun hərbi gücü qədər vacibdir ki, o öz xarici siyasətində sərbəst, prinsipial və ardıcıl kurs həyata keçirə bilsin. Bu mənada Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ Zirvə Toplantısının regional təhlükəsizlik və sülh məsələlərinə həsr olunması həm hazırda regional və qlobal miqyasda baş verən çağırışlar, risklər fonunda reallaşdırılır. Həm də TDT üzvü dövlətlərin təhlükəsizliyin təmin olunması və dayanıqlı sülhün qorunması məqsədi ilə həyata keçirdikləri və planlaşdırdıqları əməkdaşlıqların sistemləşdirilməsi və institulaşdırılması perspektivində baş verir.

Bir həftə əvvəl Kopenhagendə toplaşan Avropa Siyasi Birliyində də təhlükəsizlik, iqtisadi təhlükəsizlik, eyni zamanda, ənənəvi və hibrid təhlükələrlə mübarizə məsələsinin gündəmə çıxarıldığının şahidi olduq. Türk dövlətlərinin də yer aldıqları coğrafi məkanların qonşuluğunda aktual və ciddi təhlükəsizlik riskləri yer alır, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki davamlı və silsilə gərglinliklər və s.

İndi isə yeni regional güc mərkəzi kimi formalaşmaqda olan TDT çərçivəsində təhlükəsizlik məsələsinin dövlət başçıları səviyyəsində gündəmə gətirilməsinə şahidlik edirik. Ortaq dəyərlər, dil, mədəniyyət, tarix və din bağları ilə birləşən, bənzər strateji maraqları olan dövlətlər iqtisadi, enerji və siyasi əməkdaşlıqla yanaşı, təhlükəsizlik sahəsində əməkdaşlıq etmək və birgə hədəflərə nail olmaq istiqamətində öz qətiyyətlərini ortaya qoyurlar. TDT-nin Qəbələ Zirvəsinin gündəminin yeni əməkdaşlıq sahələrinin formalaşdırılması ev sahibi dövlət kimi Azərbaycanın təşəbbüsü ilə Prezident cənab İlham Əliyevin sülh gündəliyindən qaynaqlandığı aydındır. Bu məsələnin uğur qazanması strateji müttəfiqlərimiz, qardaş türk dövlətlərinin verdiyi dəstəyin nəticəsində mümkün olub.

Mərkəzi Asiyadan Türkiyənin Avropa sərhədlərinədək uzanan böyük coğrafi arealda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında türk dövlətlərinin və Azərbaycanın malik olduğu coğrafi mövqeyi və resursları qeyd etmək istərdim. Bu coğrafi mövqenin strateji üstünlükləri və ondan irəli gələn nəqliyyat, logistika və tranzit sahəsində əməkdaşlıq imkanları və yaradılan infrastruktur Azərbaycanın və Türk Dövlətləri Təşkilatının(TDT) əhəmiyyətini qlobal səviyyədə artırır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməklə yaratdığı yeni siyasi reallıq və buna uyğun təklif olunan əməkdaşlıq imkanları regionun cəlbediciliyini daha da artırır".

Bu kontekstdə deputat vurğulayıb ki, Ermənistanda Zəngəzur dəhlizinin necə adlandırılması, onun necə təqdim olunması ikinci dərəcəlidir və bu səpkidə müzakirələr əsasən daxili auditoriyaya hesablanıb:

“Cənab Prezident həm BMT, həm də Avropa Siyasi Birliyi səviyyəsində ölkəmizin sülh gündəliyini və onun çərçivəsindəki iqtisadi, enerji, nəqliyyat-tranzit əməkdaşlıq imkanlarını təqdim etdi. Digər dövlətlər tərəfindən bu sülh və əməkdaşlıq gündəliyi təqdir olunur və onlar bu əməkdaşlqıda yer almaq istəyirlər. Nəqliyyat-tranzit təhlükəsizliyinin təmin olunması, artıq ikitərəfli Azərbaycan-Ermənistan əməkdaşlıq müstəvisini aşaraq, regional və çoxtərəfli əməkdaşlıq kontekstində yer alan məsələdir. Şərq-Qərb, Orta Dəhliz artıq təkcə iştirakçı dövlətlər deyil, həm də daha geniş coğrafiyada yer alan dövlətlərin iqtsiadi-siyasi marağında olan bir məsələdir. Bu mənada Zəngəzur dəhlizinin, TRIPP marşrutunun reallaşdırılmasının Prezident Donald Trampın şahidliyi ilə əldə edilən tarixi Vaşinqton razılaşmasında yer almasının əhəmiyyətini bir daha yada salmaq istərdim. Ona görə də Ermənistanda Zəngəzur dəhlizinin necə adlandırılması, onun necə təqdim olunması ikinci dərəcəlidir və daha çox daxili auditoriyaya ünvanlanıb. Hesab edirəm ki, Zəngəzur dəhlizinin, TRIPP marşrutunun reallaşmasına Ermənistanda aparılan bu siyasi diskussiyalar geniş anlamda mənfi təsir edə bilməyəcək. Çünki bu məsələ Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etdikdən sonra yaratdığı yeni siyasi reallıqlar şəraitində regional sülhə, sabitliyə töhfə verən strateji əhəmiyyətli layihədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi Zəngəzur dəhlizi Şərq-Qərb, Orta Dəhlizlə yanaşı, eyni zamanda Şimal-Cənub dəhlizinin vacib hissəsidir. Bu mənada onun reallaşdırılması hazırki siyasi reallığın şərtləndirdiyi, əməkdaşlığın dərinləşdirilməsi iradəsindən ortaya çıxan məsələdir.

Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında söyləyib. “Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir”, - deyə dövlətimizin başçısı əlavə edib.

2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımaların təqribən 90 faiz artması bunu bir daha təsdiqləyir. Bu dəhliz Vaşinqton görüşünün yekun Birgə Bəyannaməsində də təsbit edildiyi kimi dövlət daxili, dövlətlərarası və beynəlxalq əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi yalnız idxal-ixracı əməliyyatları baxımından deyil, həm də regionada rifaha, sabitliyə və təhlükəsizliyə töhfə vermək baxımından önəmlidir. Çoxşaxəli əməkdaşlığın Zəngəzur dəhlizi vasitəsilə reallaşdırılmasında çoxsaylı dövlətlərin də maraqlı olmasını nəzərə alsaq, onun reallaşdırılması sadəcə zaman məsələsidir, özü də elə də uzaq olmayan zaman məsələsidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri