Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Amerika üçün fövqəl dərəcədə vacibdir AÇIQLAMA

Zəngəzur dəhlizi Amerika üçün fövqəl dərəcədə vacibdir AÇIQLAMA

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Zəngəzur dəhlizi məsələsində Azərbaycanın rolu çox mühümdür".

Bu barədə politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə deyib ki, Zəngəzur dəhlizi razılaşdırılmış qaydalara əsasən, açılmalıdır:

"Zəngəzur dəhlizi ilə bağlı əsas və ilk razılaşma 10 noyabr üçtərəfli bəyannaməsi ilə əldə olunub. Sonrakı illərdə bu razılığın icra olunması ilə bağlı əməli tədbirlər də görülüb, komissiya yaradılıb və s. Lakin Ermənistan Qərbin təzyiqi, xüsusən ABŞ-nin keçmiş hökuməti, Bayden administrasiyasının təhriki ilə, eyni zamanda öz maraqları çərçivəsində üçtərəfli bəyannamənin yerdə qalan bəndlərinin reallaşmasına əngəllər törətməyə başladı. İndi geosiyasi vəziyyət dəyişib”.

Müsahibimiz inanır ki, ABŞ üçün Zəngəzur dəhlizi fövqəl dərəcədə vacibdir. Ona görə də Tramp administrasiyası Cənubi Qafqazdakı proseslərə müdaxiləyə həvəs göstərməyəcəklər:

“Trampın digər prioritetləri var və prezident bu barədə açıqlamalar verib. O səbəbdən Zəngəzur dəhlizinin reallaşmasında daha çox regional ölkələrin payı çoxalıb. Təbii olaraq Rusiya da aktivləşib. Ötən illərdə İranın da dəhlizə ciddi əngəl törətdiyinin şahidi olurduq. Tehran hökuməti bu məsələni özləri üçün "qırmızı xətt" elan etmişdi. Amma İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında razılaşma əldə olunub. Bu razılaşmaya əsasən, tərəflər regional məsələlərdə kənar qüvvələrin müdaxiləsinə qarşı kordinasiyalı işləməlidirlər".

İlqar Vəlizadə: Zəngəzur dəhlizinin reallaşmasında daha çox regional ölkələrin payı çoxalıb

Analitik vurğulayıb ki, bu da o anlama gəlir ki, Zəngəzur dəhlizinin açılması prosesində kənar güclərin müdaxiləsinə imkan verilməməlidir:

"ABŞ-nin keçmiş administrasiyası bu məsələdə İrəvana aşkar müdaxilə edirdi. ABŞ-Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi və sərhədlərin mühafizəsinin təşkil edilməsi də bu pozucu məqsədə xidmət edirdi. Amerikalı sərhədçilərin Ermənistan-Azərbaycan sərhədlərində peyda olması Rusiya və İranın marağına ziddir. Təbii ki, bizim də marağımıza cavab vermir. Ümumən, ABŞ-nin yeni hökumətinin yanaşmasını, baxışlarının başqa istiqamətlərə yönəldiyini nəzərə alsaq, o cümlədən region ölkələrindən gələn açıqlamalara baxsaq, Zəngəzur dəhlizinin açılması ehtimalı mümkündür”.

İlqar Vəlizadə yeni razılaşmadan bəzi dəyişikliklərin olmasını da istisna etmir.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:327
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri