Ermənistan Zəngəzur dəhlizinə nə qədər pul xərcləyəcək?
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“TRIPP layihəsinin (Zəngəzur dəhlizi-red.) icrasına nə qədər maliyyə xərclənəcəyi ilə bağlı məlumat hələlik ictimaiyyətə açıqlanmır”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan maliyyə nazirinin müavini Avaq Avanesyan deyib.
O bildirib ki, hesablamalar aparılıb və hazırda xərcin detalları ABŞ-la müzakirə edilir:
“Dəqiq məlumat daha sonra ictimaiyyətə açıqlanacaq. Ümumiyyətlə, infrastruktura əsas investisiyanı ABŞ tərəfi qoyacaq. Hazırda qiymətləndirmə aparılır, ictimaiyyətə nəticəni açıqlayacağıq”.
Qeyd edək ki, ilkin hesablamalara əsasən layihənin Ermənistan ərazisindən keçən hissəsinə 200-220 milyon dollar pul ayrılacağı güman edilirdi. A.Avanesyan məbləğin dəyişib-dəyişmədiyi ilə bağlı sualı cavabsız qoyub./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 27 İyun 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















