Ermənistana getmək istəyən rusiyalı jurnalist Gürcüstana buraxılmadı
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Amerika əsilli rusiyalı bloger və jurnalist Patrik Lankasterin Gürcüstana girişinə icazə verilməyib.
Teleqraf xəbər verir ki, bu barədə o, “RİA Novosti”yə bildirib
Bloger Rusiyadan Gürcüstana quru sərhədi vasitəsilə daxil olmağa cəhd edib:
“Mənə Gürcüstana giriş icazəsi verilmədi. Onların qərarını 4 saat gözlədik, sonda rədd cavabı verdilər. Heç bir səbəb göstərmədilər. Bəllidir ki, jurnalist kimi fəaliyyətimə görə ölkəyə buraxılmadım”.
Lankaster qeyd edib ki, Rusiya-Gürcüstan sərhədinə ona reportaj hazırlamaqda kömək edən həyat yoldaşı Nadejda ilə quru yolu ilə gəlib. Məqsədləri Gürcüstan və Ermənistandakı vəziyyəti işıqlandırmaq olub.
“Tbilisidəki vəziyyəti görməyi və ola bilsin, hesabat hazırlamağı planlaşdırırdıq. Sonra Ermənistana getməyi planlaşdırırdıq. Dedilər ki, Nadejda keçə bilər, amma mənsiz getmədi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 Sentyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















