Ermənistanda arxiyepiskopun tərəfdarları saxlanılır Əraziyə xüsusi təyinatlılar GƏLDİ (VİDEO) KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Ermənistanın hüquq-mühafizə orqanları arxiyepiskop Mikael Acapaxyanın tərəfdarlarına qarşı genişmiqyaslı həbslərə başlayıb.
KONKRET.az xəbər verir ki, etirazçılar Eçmiədzin-Yerevan magistralında və Ermənistan İstintaq Komitəsinin binası qarşısında saxlanılıb.
Ermənistan Daxili İşlər Nazirliyi baş verənləri təsdiqləyərək bildirib ki, “bir qrup şəxs cinayət işi çərçivəsində saxlanılaraq rayon polis idarələrinə aparılıb”.
Qeyd edək ki, daha əvvəl İstintaq Komitəsi hüquq-mühafizə orqanlarının fəaliyyətinə maneə törətmək faktı üzrə cinayət işi açmışdı. Həmin hadisə, arxiyepiskop Mikael Acapaxyanın saxlanılması məqsədilə Eçmiədzində yerləşən Qaregin II-nin iqamətgahına gələn təhlükəsizlik qüvvələrinin qarşısının kəsilməsi zamanı qeydə alınmışdı.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 27 İyun 2025 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















