Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Ermənistanda başlar dəyişdirilə bilər Rusiyanın 5 ci kolonuna ağır zərbə

Ermənistanda başlar dəyişdirilə bilər Rusiyanın 5 ci kolonuna ağır zərbə

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paşinyan Rusiyanın emissarlarına qarşı savaşa hazırlaşır”

Ermənistanda hakimiyyət və müxalifət arasında siyasi qarşıdurma yeni və daha sərt mərhələyə daxil olur. Xüsusilə Rusiyaya yaxın mövqeyi ilə tanınan siyasi və biznes dairələrinin Paşinyan hakimiyyətinə qarşı əsas müxalifət mərkəzlərindən birinə çevrilməsi fonunda qarşılıqlı ittihamlar və sərt bəyanatlar artır. 2026-cı il parlament seçkilərində Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” və Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku parlamentdə təmsil olunmaq hüququ qazanıb. Belə bir siyasi mənzərədə Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın sabiq prezident Robert Köçəryan və rusiyalı biznesmen Samvel Karapetyan barədə səsləndirdiyi sərt ifadələr xüsusi diqqət çəkir. Simonyanın açıqlaması yalnız şəxsi qarşıdurma kimi deyil, Paşinyan hakimiyyətinin Rusiyaya yaxın hesab etdiyi siyasi qüvvələrə münasibətinin sərtləşməsi kontekstində də qiymətləndirilə bilər. Ermənistan hakimiyyəti son dövrdə Köçəryan və Karapetyan da daxil olmaqla əsas müxalifət liderlərini ölkənin siyasi kursuna mane olmaqda ittiham edib. Bu baxımdan Simonyanın hədələyici ritorikası Ermənistan daxilində siyasi mübarizənin hansı istiqamətdə inkişaf edəcəyinə dair yeni suallar doğurur. Xüsusilə Milli Təhlükəsizlik Şurasının rəhbərliyinə keçməsindən sonra onun bu mövqeyi Paşinyan hakimiyyətinin müxalifətə və Rusiyanın Ermənistandakı təsir imkanlarına qarşı daha sərt siyasət yürüdəcəyinə dair mesaj kimi də qəbul olunur.

Politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, bu açıqlama Rusiyanın Ermənistana təzyiqləri fonunda Rusiya agentura casus şəbəkəsinin Ermənistandakı başçılarına qarşı amansız olacaqlarının mesajıdır:

“ Yəni, Rusiya nə qədər təzyiqi artırsa, Rusiyanın Ermənistandakı bütün casus şəbəkəsinə qarşı amansız davranılacağını göstərir. Bu faktın özü həm də onu göstərir ki, Rusiyanın 5-ci kolonunun liderlərinin tərəfdarlarını da bu hadisə ciddi şəkildə qorxudacaq. Çünki əgər lideri aradan qaldırarsınızsa, onun tərəfdarları və davamçıları başsız uzun müddət hərəkət edə bilməz. Bu kontekstdə Rusiyanın emissarlarına qarşı sərt bir siyasətin olacağını Simonyanın dili ilə dövriyyəyə buraxırlar. Əslində, bu, Nikol Paşinyan hökumətinin mövqeyidir və Simonyan da hökumətdən kənar hər hansı bir açıqlama vermir. Nəticə etibarilə, əgər başlar zərərsizləşdirilərsə, perspektivdə onların tərəfdarları, yəni parlamentə düşən bəzi deputatların yer dəyişməsi, sıra dəyişməsi də mümkündür. Düşünürəm ki, bu təzyiqlərin bir istiqaməti də təxminən bu yöndədir.Yəni, müxalifətə göz açmaq imkanı vermək istəmirlər ki, müəyyən etiraz mitinqləri dalğası haqqında da düşünə bilməsinlər. Əgər Paşinyanın 2021-2026-cı illər dönəmində müxalifətə daha etibarlı siyasət yanaşması var idisə, artıq Simonyanın açıqlaması göstərir ki, bu, daha da sərtləşəcək. Bunu da nəzərə alın ki, bir çox konstitusion qərarların qəbulu üçün Nikol Paşinyanın parlamentdə altı səsi çatışmır. Bu cür təzyiqlər və basqılar, həbslər olduğu və davam etdiyi təqdirdə, deputatlar arasında da fikir, mövqe dəyişdirənlər ola bilər. Belə olduğu təqdirdə, Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum qərarı daha asanlaşa bilər”.

Analitik qeyd edib ki, Simonyan indiki vəziyyətdə Rusiyanın dəstəklədiyi 5-ci kolon nümayəndələrinin Ermənistanda ciddi sosial dəstəyi olmadığını anlayır:

“Çünki bu olsaydı, ən azından Konstitusiya Məhkəməsinin seçki ilə bağlı qərarından sonra bu siyasi güc mərkəzləri mövqeyini ortaya qoyar və xalqı etirazlara səsləyər, böyük, çoxminlik etirazlar təşkil edərdilər. Ancaq biz belə bir etiraz dalğasını görmədik. Ona görə də Simonyan əmindir ki, yalnız sözdə, parlament və müəyyən media səviyyəsində qarşıdurma ola bilər ki, bu da Nikol Paşinyan hökuməti üçün potensial təhlükə törətmir. Eyni zamanda, bu cür sərt reaksiya və siyasətin arxasında həm də Rusiyaya verilən bir mesaj var. Yəni, Rusiya Ermənistana qarşı mövqeyini daha da sərtləşdirərsə, İrəvana qarşı çox ciddi məhdudlaşdırıcı addımlar atarsa, xüsusilə də Avrasiya İttifaqından Ermənistanın çıxarılması ilə bağlı qərarlar olarsa, biz də sizin bütün 5-ci kolonunuzu Ermənistanda tamamilə bitirərik mesajı verilir. Əslində, baş verən hadisələr də bunu göstərir. Moskvanın təzyiqləri artdıqca, Rusiyanın Ermənistandakı casus şəbəkəsinə də təzyiqlər artacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Avqust 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri