Ermənistanda daha bir deputat barəsində qətimkan tədbiri seçildi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan parlamentinin "Hayastan" fraksiyasının katibi Artsvik Minasyana ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müxalif deputat jurnalistlərə açıqlamasında İstintaq Komitəsində ifadə verməkdən imtina etdiyini bildirib.
Deputat cinayət işini siyasi təqibin klassik nümunəsi adlandırıb. O, beynəlxalq məhkəmələrdə iddialar qaldırmaq niyyətindədir.
Minasyan və fraksiya rəhbəri Seyran Ohanyan bundan əvvəl deputat toxunulmazlığından məhrum ediliblər. Bu gün, həmçinin S.Ohanyan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İttihama əsasən, Artsvik Minasyan 2016-2018-ci illərdə təbiəti mühafizə naziri vəzifəsində çalışarkən qanunsuz tikinti ilə bağlı məlumat verməli olsa da, bunu etməyib. Baş prokurorun sözlərinə görə, bu, istintaqın qarşısında əlavə çətinliklər yaradıb. Həmin malikanə sonradan ictimai istifadəyə keçməsi nəzərdə tutulan investisiya proqramına da daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 08 İyul 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















