Baş nazir: Azərbaycanın Gürcüstana investisiyaları 4 milyard dollara çatıb
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
İnvestisiya sahəsində Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq yaxşı dinamika nümayiş etdirir və Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir - 4 mlrd. dollara yaxın.
525.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Tbilisidə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxış edərkən deyib.
O qeyd edib ki, Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və cari ilin 9 ayı ərzində ticarət dövriyyəsi 42 % artaraq ötən ilin ümumi göstəricisini üstələmiş və 1 mlrd. dollara yaxınlaşıb.
Ə. Əsədov nəqliyyat-tranzit sahəsinin iki ölkə arasında əməkdaşlığın ən vacib istiqamətlərindən biri olduğunu deyib:
"Ölkələrimiz Orta Dəhlizin inkişafı naminə birgə səylərini davam etdirirlər. Orta Dəhlizin vacib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə istismara verilməsi və yükaşırma qabiliyyətinin 5 milyon tonadək artırılması uğurlu işbirliyimizin bariz nümunəsidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 30 Oktyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















