Ermənistanda DİN rəhbərinin müavini Penitensiar Xidmətə gətirilə bilər
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanda hüquq-mühafizə və penitensiar sistemdə yeni kadr dəyişikliklərinin hazırlanması ilə bağlı məlumat yayılıb.
Sherg.az xəbər verir ki, “Armlur” qəzetinin yazdığına görə, Ermənistan Daxili İşlər Nazirliyinin rəhbərinin müavini, Xilasetmə Xidmətinin rəisi Aram Kazaryanın Penitensiar Xidmətə rəhbər təyin olunması nəzərdən keçirilir.
Məlumata əsasən, hakimiyyət orqanları hüquq-mühafizə və penitensiar sistemlərdə bir sıra kadr dəyişikliklərini müzakirə edir. Bu çərçivədə Penitensiar Xidmətin rəhbəri Tsovinar Tadevosyanın vəzifəsindən azad edilməsi ehtimalı da gündəmdədir.
Tadevosyan bu vəzifəyə 2025-ci ilin yanvarında təyin olunub. Qəzet onun Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanla yaxın münasibətlərinin olduğunu iddia edir.
Ermənistanda son dövrlərdə hüquq-mühafizə strukturlarında kadr dəyişiklikləri davam edir. Ötən ilin yayında vəzifəsindən azad edilən Ermənistanın keçmiş polis rəisi Aram Hovhannisyan bu yaxınlarda Müdafiə Nazirliyinin Hərbi Polisi rəisi təyin edilib.
Hovhannisyan bu vəzifədə hərbçinin ölümü ilə bağlı növbəti hadisədən sonra vəzifəsindən uzaqlaşdırılan Aşot Zakaryanı əvəz edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 18 Avqust 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















