Icma.az
close
up
RU
Ermənistanda “etimad tədbirləri”ndən üç gün sonra separatçı mitinq Rəsmi İrəvanın ikili oyunu? KONKRET

Ermənistanda “etimad tədbirləri”ndən üç gün sonra separatçı mitinq Rəsmi İrəvanın ikili oyunu? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrəvanda bu gün separatçı şüarlarla müşayiət olunan mitinq keçirilib. Bu hadisə Ermənistanın “etimadın möhkəmləndirilməsi tədbirləri” və “separatizmə qarşı mübarizə öhdəliyi” ilə bağlı bəyanatlarından cəmi üç gün sonra baş verib. Yaşananlar Ermənistan hakimiyyətinin səmimiyyətini sual altına salır.

KONKRET.az xəbər verir ki, tədbir İrəvan meriyasının rəsmi icazəsi ilə təşkil olunub. Qeyd edək ki, İrəvan meri Tiqran Avinyan Baş nazir Nikol Paşinyanın yaxın çevrəsinə daxil olan şəxsdir. Bu da mitinqin hakimiyyətin xəbəri və ya razılığı olmadan keçirilməsinin mümkünsüz olduğunu göstərir.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan tərəfi bölgədə sülh və sabitlik üçün etimadın artırılması tədbirlərinə sadiq qalacağını, həmçinin separatçı çıxışlar edən qruplaşmalarla mübarizə aparacağına dair öhdəlik götürmüşdü.

Analitiklər bu vəziyyəti daha əvvəl Azərbaycan-Ermənistan təmaslarından dərhal sonra baş verən təxribatlara – xüsusilə də Azərbaycan ordusunun mövqelərinin atəşə tutulmasına – bənzədirlər. O zaman bəyan olunurdu ki, Ermənistan ordusunun bütün hissələri Paşinyanın nəzarətində deyil və bu addımlar bilərəkdən sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır. Lakin bu dəfə söhbət artıq mülki idarəetmədən, konkret olaraq meriyanın qərarından gedir.

Bu kimi addımlar Ermənistanın sülh prosesinə səmimi yanaşıb-yanaşmadığını ciddi şəkildə gündəmə gətirir və danışıqların gələcək perspektivlərini sual altında qoyur.

https://konkret.az/cloud/uploads/2025/07/video_2025-07-12_20-11-49.mp4

Natiq Səlim,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 İyul 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri