Ermənistanda istefalar davam edir: Növbəti yüksəkvəzifəli məmur ərizə yazdı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan da istefa məktubu yazıb.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrin Ermənistan seqmentində baş nazir Nikol Paşinyanın hökumətin tərkibində təmizləmələr həyata keçirdiyi barədə məlumatlar dərc edilib.
Bu xəbərlər fonunda, həmçinin Ermənistanın ərazi idarəetmə naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Balasyanın istefa ərizələrini təqdim etdikləri bildirilib.
Eyni zamanda, daxili işlər naziri Vaqe Kazaryan, İstintaq Komitəsinin rəhbəri Argişti Karamyanın da istefa verdiyi deyilir.
Qeyd edilir ki, istefalar Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini bu yaxınlarda danlamasından sonra baş verib.
Baxış sayı:118
Bu xəbər 18 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















