Ermənistandan azərbaycanlı çobanın sərhədi keçməsinə rəsmi münasibət
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bəzən belə hallar baş verir. Azərbaycanlı çoban asanlıqla yolu aza bilər. Eyni vəziyyət bizim tərəfimizdən də yaşana bilər. Hər iki tərəf bu cür hadisələrə konstruktiv şəkildə yanaşır".
Moderator.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan parlamentin iclasında deyib.
"Şəkidə (Zəngəzur) baş vermiş insidentə bənzər hadisələr də yaşana bilər. Burada da haqqı vermək lazımdır: yanaşmalar kifayət qədər adekvat oldu", - deyə nazir qeyd edib.
Mirzoyan vurğulayıb ki, reallıqda belə vəziyyətləri tamamilə istisna etmək qeyri-mümkündür. Onun sözlərinə görə, buna yalnız divar inşa etmək şərti ilə nail olmaq olar.
"Ümid edirəm ki, biz divarlar hörməyə başlamayacağıq, əksinə, daha çox ortaq qərarlara gələcəyik", - deyə nazir vurğulayıb.
"Pis tərəflərin də olduğunu bilirəm. Bəs biz nə etməliyik? Deməliyik ki, hər şeyi dayandırırıq, qapanırıq və münaqişəyə geri qayıdırıq? Bu, Ermənistan üçün ən yaxşı yol deyil", - deyə Mirzoyan əlavə edib.
Qeyd edək ki, bu gün Ermənistan mətbuatında azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olduğu barədə məlumatlar yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 Oktyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















