Icma.az
close
up
RU
Ermənistanı “qaza gətirən” “şir”in “quyruq acısı” və Suriyadakı Azərbaycan qazı

Ermənistanı “qaza gətirən” “şir”in “quyruq acısı” və Suriyadakı Azərbaycan qazı

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nə qədər yazsaq, yenə də azdır. Azərbaycan az qala 30 il ərzində hansısa vasitəçilərin, təşkilatların, paytaxtların Qarabağ həqiqətlərimizə qulaq asacağına, ədalətin bərpası üçün hərəkətə keçəcəyinə, konkret addımlar atacağına ümidlər bəsləyirdi...Amma bu gün dünyanın bir sıra münaqişə ocaqlarının söndürülməsi, barışın bərqərar olması, rifahın təmin edilməsi üçün evsahibliyi edən nüfuzlu ünvana çevrilib.  İsrailin Azərbaycandakı səfiri Corc Dik fəaliyyətinin yekunlarına dair mətbuat konfransında ölkəmizin nə qədər böyük reytinqə malik olmasının etirafını dilə gətirib. Bildirib ki, Azərbaycan İsrail və region ölkələri arasında anlaşılmazlıqların aradan qaldırılmasında rol oynayır. Diplomat qeyd edib ki, İsrailin Azərbaycanla əldə etdiyi qarşılıqlı etimad bir çox ölkə ilə münasibətlərində mövcud deyil. Sitat: “Məhz bu etimad Azərbaycana imkan verir ki, İsrail və başqa ölkələr arasında vasitəçilik etsin. Sirr deyil ki, Azərbaycanda İsrail və Türkiyə rəsmilərinin görüşü keçirilib. Azərbaycan İsrail və Türkiyənin anlaşılmazlıqlarını həll etməsi üçün əsas rol oynadı. Suriya ilə Bakıda keçirilən görüşlər haqqında da xəbərlər var. Məncə, bu danışıqların uğurlu alınması üçün əsas şərt onların barəsində kənarda danışılmamasıdır. Məncə, biz Azərbaycana bu vasitəçiliyə davam etməsi üçün güvənə bilərik”.
Bəli, Azərbaycan güvənilən dövlətdir. Dövlətimizin liderinin sözü və imzasına etibarın, etimadına olması faktı bu proseslərdə həlledici rol oynayır. Prezident İlham Əliyev Azərbaycanın dostu olan İsraillə də, İsraillə əbədi düşmən olan cənub qonşumuz İranla da, bu günlərdə sabitliyə doğru kövrək addımlarını atan Suriya ilə də çox yüksək səviyyədə münasibətlərin davam etdirilməsi üçün usta siyasət həyata keçirir. Bir-birinə düşmən olan ölkələrin Azərbaycan dövlətinə və prezidentinə etimadının məntiqi nəticəsidir ki, onlar bir-biri ilə “azərbaycanca danışırlar”.
Bu danışığın mahiyyətində Azərbaycanın, rəsmi Bakının yürütdüyü sülh siyasəti dayanır, dövlətimizin başçısı nəinki Qafqaz, yaxud Yaxın Şərq regionunda, bütövlükdə bəşəriyyətdə sülhün, təhlükəsizliyin təmin olunmasından ötrü yorulmadan çalışır. Məhz bu siyasətin məntiqi nəticəsi idi ki, “demokratik” Fransanın əsarətində olan xalqların təmsilçiləri İlham Əliyevə pənah gətirmişdilər və Yeni Kaledoniyanın müstəqillik istiqamətində böyük məsafə qət etməsi, rəsmi Parisin zülmə məruz qalan insanlarla masaya oturmağa məcbur olması Azərbaycanın həqiqətlər üçün kürsüyə çevrilməsi nəticəsində baş verdi.  

Bir neçə gündən sonra, 1 avqustdan etibarən Azərbaycan təbii qazının Türkiyə üzərindən Kilis xətti vasitəsilə Suriyaya nəqlinə başlanılacaq. Bu da Azərbaycanın müstəqillik tarixində növbəti böyük hadisədir. Türkiyə mətbuatının yaydığı məlumatda deyilir ki, Suriyanın yenidən qurulmasında mühüm addım hesab olunan yeni enerji xəttinin 1 avqustda istifadəyə verilməsi planlaşdırılır. Vurğulanır ki, Azərbaycandan gələn təbii qaz Türkiyə üzərindən Kilis xətti ilə Suriyaya çatdırılacaq. Bu layihə Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.

Qısa müddət ərzində çox böyük məsafənin qət olundu. İllər boyunca vətəndaş müharibəsinin dəhşətləri ilə üz-üzə qalan Suriya ilə ötən ilin sonlarından, Əsəd diktaturası qovulandan sonra bərpa olunan münasibətlər o qədər irəli aparılıb ki, artıq suriyalılar evlərində Azərbaycan qazından bəhrələnəcəklər.

Ötən ilin sonlarında Suriya xalqı yarım əsrlik diktaturaya son qoyduqdan və hakimiyyəti ələ aldıqdan sonra Azərbaycan və Türkiyə liderləri telefonla danışıb, bu ölkənin ərazi bütövlüyü, suverenliyi, xalqın rifahı, normal yaşayışı naminə yol xəritəsini dəqiqləşdirmişdilər. Təsadüfi deyildi ki, qısa müddət sonra Azərbaycan bu ölkəyə humanitar yardım yolladı. Daha sonra nazirlər, nazir müavinləri səviyyəsində görüşlər, müzakirələr. Sonra isə Azərbaycan və Suriya liderlərinin Antalya Diplomatiya Forumunda görüşü, Bakıya rəsmi dəvət. İyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalandı. Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzaladı. Budur, üstündən qısa müddət keçəndən sonra suriyalılar Azərbaycan qazına sevinəcəklər. Türkiyə mediasının yazdığı kimi, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir. Ayrı-ayrı ölkələrin qan-qada, fəlakət gətirdiyi Suriyaya indi Azərbaycan və qardaş Türkiyə normal həyat şərtləri gətirir. Düzdür, Suriya ilə Azərbaycan arasında qaz anlaşmasının əldə olunmasından sonra Suriyada növbəti dəfə gərginlik yaşandı, xarici müdaxilələr nəticəsində yenə də itkilər oldu, acınacaqlı hadisələr baş verdi. Amma hazırda sakitlikdir, silahlar susub və inanırıq ki, bütün bunlar artıq keçmişdə qalacaq.

Bu arada ərəb mediasında yaxın vaxtlarda Bakıda, Azərbaycanın vasitəçiliyi ilə İsraillə Suriya arasında danışıqların olacağı haqda məlumat yayılıb. Diqqət edin, dünyanın aparıcı media orqanları vaxtaşırı Azərbaycanın vasitəçiliyindən bəhs edir! Bundan əvvəl NATO-Rusiya, İsrail-Türkiyə və s. qarşı duran tərəflər də məhz Bakıda bir araya gəlmişdilər. Bir neçə gün öncə Xankəndidə Rusiya-Ukrayna danışıqları üçün Bakının təşəbbüs göstərməsinin mümkün olub-olmadığı barədə sual da səsləndi. Dövlətimizin başçısı hər zaman bildirir ki, Azərbaycan ona vasitəçilik etmək üçün müraciətlər edildiyi halda, xoş məram nümayiş etdirməyə hazırdır. Bunun özü kifayət qədər mühüm mövqedir, Azərbaycan özünün sanbalını qoruyur, yalnız xitab olunduğu halda əlindən gələn köməyi göstərir. Rusiya-Ukrayna savaşının dayandırılmasında Azərbaycan dövlətinin və liderinin mühüm rolunun ola biləcəyini düşünənlərin ölkəmizə, prezidentimizə böyük etimadı və inamını nümayiş etdirirlər. Prezidentin şəxsi nüfuzu və qazandığı etimad şərhsiz qəbul olunur. Bu, Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, bütün regionda artan nüfuzunun göstəricisidir.

Amma qəribəsi bilirsinizmi nədir? Azərbaycan dövləti 12 günlük İsrail-İran müharibəsi zamanı prinsipiallıq nümayiş etdirsə də, hətta iki dəfə İran əhalisinin hədəfə alınmaması xəbərdarlığı ilə Tel-Əvivə dostyana mesajlarını çatdırsa da, İrandakı bəzi destruktiv qüvvələr yenə də ölkəmizə qarşı qarayaxmalarını davam etdirirlər. Baxmayaraq ki, qaraguruhun İsrail PUA-larına görə Azərbaycanı ittiham etməsinə elə Prezidenti Məsud Pezeşkian özü ciddi reaksiya verdi və iddiaları alt-üst etdi, amma belələri abrına qısılmayaraq yenə də dil boğaza qoymur, Azərbaycanın Suriyada sülhü və təhlükəsizliyi təmin etmək, əhalinin rahatlığını təmin edəcək layihələrin reallaşdırılması istiqamətində addımlarını da qıcıqla qarşılayırlar. 12 günlük müharibədəki biabırçı məğlubiyyət məğlubiyyətini ört-basdır etmək üçün “xarici düşmən” axtarışına çıxanlar, uğursuzluqlarını xalqa “qələbə” kimi təqdim edənlər kirimirlər. Bütün dünya İranın hərbi “qüdrətinin” bir neçə gün ərzində məhv edildiyini və zərərsizləşdirildiyinin şahidi oldu. Bunkerdən həftələrlə çıxa bilməyənlərin indi səsləri çıxmağa başlayır, ancaq daha çox Azərbaycanı və onun müttəfiqlərini hədəfə alırlar, öz düşmənləri yaddan çıxıb. Hətta ABŞ-nin Zəngəzur dəhlizinə nəzarət etmək istəyi belə, Ermənistanı “qırmızı xətti” hesab edənlərin yadından çıxıb. Xalqın sosial-iqtisadi problemlərini həll edə bilməyən, milyonlarla insanın taleyinə ağır zərbə vuracaq fəlakətin – Urmiya gölünün qurumasının qarşısını almaqda aciz olduğunu etiraf edən rejim iqtisadi böhranı hərbi gücsüzlüyü, xarici siyasi uğursuzluğu ört-basdır etmək üçün xalqın narazılığını xarici düşmənlərə yönəldərək diqqəti yayındırır. İranın “qan-qan” deyən rejimi, proksi qüvvələri ilə birgə Suriyadan biabırçılıqla qovuldu, üstəlik digər ölkələrdəki uzantılarının da son nəfəsləri gəlməkdədir. Belə bir durumda rejimin əsəbi olması göz önündədir. İsraillə müharibə İranın təhlükəsizlik orqanlarının da tam iflic olduğunu göstərdi. Daxili problemləri həll etmək əvəzinə, “molla rejimi” regionda gərginliyin qorunub saxlanmasına çalışır. İranın Ermənistan-Azərbaycan danışıqlarına reaksiyası, İranın Ermənistandakı səfirinin fəaliyyəti, vaxtaşırı qonşu ölkələrin ünvanına səslənən böhtan və təhdid təbii ki, heç zaman unudula bilməz. Diqqət edin, adətən müsəlman ölkələrin maraqlarını qoruduğunu iddia edən İran rejimi müsəlman Suriyada sabitliyin yaranmasından, Azərbaycanın və Türkiyənin buradakı mühüm mövqelərindən rəncidə olub. Eyni zamanda müsəlman Azərbaycanın torpaqlarını 30 il işğalda saxlayan, qəbiristanlıqları yer üzündən silən, məscidləri darmadağın edən, salamat qalanlarda da heyvan saxlayan Ermənistanın himayəçisinə çevrilib. Üstəlik, Ermənistan adlanın Qərbi Azərbaycanda 600-dək qəbiristanlıq, məscidlər dağıdılıb. İranın İrəvandakı səfiri isə Azərbaycanın “daş”ı ilə əlləşir, təbii ki, Tehrandan verilən tapşırıq əsasında. Prezident Pezeşkian qonşu ölkələrlə normal münasibətlər qurmağa çalışır, həmçinin Azərbaycana, dövlətimizin başçısına çox yüksək sayğısı var. Amma İrandakı mühafizəkar rejim bu münasibətləri nəinki qısqanır, hətta imkanı olsa, daha betər addımlar atar. Prezident Pezeşkiana qarşı təzyiq kampaniyasının aparılması, onun Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdini “xəyanət” adlandırmaq məhz rejimin mahiyyətini göstərir.
“Şir”in Azərbaycandan “quyruq acısı” var heç şübhəsiz. Qarabağı azad etdik, Suriyada bəlli rolumuz var, həmçinin Zəngəzur dəhlizini də vazkeçilməz sayırıq. Axı, İsrailin İranı bombalamasından cəmi bir neçə saat əvvəl, 12 iyunda İranın dini liderinin müşaviri Əli Əkbər Vilayəti “İran Zəngəzur dəhlizinin açılışına mane olub. İran dəhlizə mane olmaqla Ermənistanı parçalanmaqdan və İranın Avropa ilə əlaqəsini kəsilməkdən xilas edib. Bəzi ölkələr Zəngəzur dəhlizi adı ilə Ermənistan vasitəsilə Naxçıvanı və Azərbaycanı birləşdirməyə cəhd etdikləri zaman İran bu planın qarşısında dayandı və bu təxribatı zərərsizləşdirdi”, - kimi sayıqlamaları dilə gətirmişdi. 2024-cü ilin iyulunda isə İranın Ali Dini Lideri Ayətullah Əli Xamenei öz X hesabında yazmışdı ki, İran Zəngəzur dəhlizinin Ermənistanın ziyanına olduğuna inanır...Təsəvvür edin, bunu müsəlman ölkənin rəhbəri deyir.

Azərbaycan Prezidentinin Xankəndidəki tədbirdə dediklərindən sonra bir daha hər kəs anlamalıdır ki, Zəngəzur dəhlizinə kimsə mane ola bilməz.
Sitat: “Zəngəzur dəhlizinin reallaşması mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacaq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycandan İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələri vasitəsilə İrana, oradan da Türkiyəyə. Bu, yük axınının həcminin artırılması üçün böyük perspektivlər açır”. Dövlət başçısı qeyd edib ki, Zəngəzurda nəqliyyat yolundan danışanda təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşməsindən danışmırıq: “Söhbət beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizindən gedir”. Prezident vurğulayıb ki, Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək. Yəni kimsə qarşımızı kəsə bilməz, bu qədər sadə...Ermənistanı Zəngəzur dəhlizi ilə bağlı “qaza gətirən”lər əmin olsunlar, Azərbaycan qazının yetişdiyi Suriyada uduzduqları kimi, Zəngəzur dəhlizindən keçən qatar və avtomobillərə də kor-peşman baxacaqlar...

Elşad Paşasoy

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see138

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see114

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri