Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

“Made in USAID” Ermənistanı

“Made in USAID” Ermənistanı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yaxud Cənubi Qafqazda vaxtı bitmiş “zay məhsul”

Sanki Ermənistan adlı dövlət məhsul imiş və belə demək mümkünsə, xarici bazarlara “Made in USAID” adı altında çıxırmış. Hər halda, artıq fəaliyyətinə son qoyulmuş USAID-in yəni ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistanı, bir növ, rəzil etdiyini söyləmək üçün ciddi əsaslar var və ötən saylarımızda bu barədə söz açmışıq.

Əslində, Ermənistanın USAID və Soros məhsulu olduğuna dair əsaslar daha əvvələr formalaşıb. Özü də müqavimət şəklində. Söhbət Azərbaycanın, son dövrlər isə Gürcüstanın göstərdiyi müqavimətdən gedir. Çünki USAID-in hər iki ölkəni Ermənistana bənzətmək, onları zəlil duruma salmaq istədiyi faktdır. Konkret ölkəmizə gəldikdə, təşkilatın Azərbaycana qarşı böhtan və şantaj yolu seçdiyi də həmçinin. Yazımızda buna diqqət yetirəcəyik. Əlbəttə, digər cəhətləri də vurğulamaqla.

Zəruri haşiyə çıxaq ki, Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Birləşmiş Ştatların Co Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvini açıqlamışdı. Dövlətimizin başçısı bu baxımdan başlıca məqam kimi, rəsmi Vaşinqtonun Amerika–Azərbaycan münasibətlərini Amerika–Ermənistan münasibətlərinin qurbanına çevirməsi üzərində dayanmışdı: “Yəni Azərbaycana Ermənistan–Azərbaycan, ya da ki, Amerika–Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı, bu birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləmişdir, xüsusilə Qarabağ məsələsi ilə bağlı və bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi. Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır. Eyni zamanda, hesab edirəm, Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı, özü öz əməlləri ilə. Məsələn, elə Əfqanıstan məsələsinə qayıtsaq, Azərbaycan birinci ölkələrdən idi ki, Əfqanıstandakı missiyaya qoşulmuşdu və həm hərbi kontingent göndərmişdi və dəfələrlə onu artırmışdı, həm də Amerika üçün çox vacib olan nəqliyyat-logistika məsələlərini də həll etmişdi. Biz onlara lazım olana qədər 907-ci düzəliş - sanksiya qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq etdilər. Yəni, bu nədir? Bunun bir adı var: nankorluq. Bu, nankorluqdur və hansı inamdan söhbət gedə bilər? Hansı uzunmüddətli əməkdaşlıqdan söhbət gedə bilər?”

Bəli, Prezident İlham Əliyevin yanaşması son dərəcə dəqiqdir. ABŞ Azərbaycana məsələyə özünün Ermənistanla münasibətləri pəncərəsindən baxırdı və bu “pəncərədə” əsas rolu USAID oynayırdı. Nəticə göz önündədir. Dövlətimizin başçısının vurğuladığı kimi, ölkəmizin Amerikaya inam hissi sarsılıb. Yəni USAID Birləşmiş Ştatlara etimadın aradan qalxmasında da müstəsna “rol”a sahibdir. Təşkilat Ermənistanı Cənubi Qafqazda demokratiya qalası qismində göstərməklə, Azərbaycanı, o cümlədən Gürcüstanı da aşağılamaq yolunu tuturdu. Əlbəttə, belə yanaşma Birləşmiş Ştatlar kimi super gücə qətiyyən yaraşmayan tərzdir.

USAID-in ölkəmizə qarşı fəaliyyəti dezinformasiya, yalan və şantaj üzərində qurulmuşdu ki, bu da Bayden administrasiyasının mövqeyinin nisbətən çılpaq şəkildə ortaya qoyulması idi. Ən başlıcası isə təşkilat ölkəmizin ərazi bütövlüyünü şübhələndirirdi. Məsələn, Ermənistana, guya, Azərbaycan tərəfindən təcavüz törədildiyinə dair saxta gündəmi tirajlayan USAID vaxtilə Qarabağdakı terrorçu rejimin mövcudluğuna “humanitar” don geyindirmək naminə dəridən-qabıqdan çıxırdı. Bu mənfi meyil özünü xüsusilə ölkəmizin qeyri-hökumət təşkilatları təmsilçilərinin Laçın yolundakı aksiyasını bölgə erməniləri üçün “humanitar fəlakət” olaraq təqdim edilməsində qabarıq göstərmişdi. Bundan başqa, USAID ümumən qondarma, artıq varlığına son qoyulmuş “Dağlıq Qarabağ Respublikası”nın legitimləşdirilməsinə baş vurmuşdu. Prosesdə qurumun şefi Samanta Pauerin rejimdə “dövlət naziri” oyuncaq postunu tutmuş rusiyalı milyarder Ruben Vardanyanla münasibətləri başlıca rol oynamışdı.

Qeyd edək ki, USAID-in maliyyəsi ilə bəslənən Qərb mediası vaxtilə Rubenin təbliğatına girişmişdi. Doğrudur, BBC Vardanyanla separatçı rejimin iflasından əvvəlki müsahibəsində onu, necə deyərlər, “ağ yuyub qara sərsə” də, məlum idi ki, belə bir şəxsin efirə çıxarılması məqsədlidir. Media orqanı onu Ostap Bendersayağı məşhurlaşdırmaq istəmişdi ki, haqqında söz açdığımız legitimləşmə reallaşsın.

Digər tərəfdən, təsəvvür edin, az qala, bütün dünya Ukrayna ilə müharibəyə görə Rusiyaya sanksiyalar tətbiq etdiyi bir şəraitdə, Ermənistan ölkənin qadağalar altında olan məhsullarının xaricə satışını reallaşdırırdı. Yəni İrəvan, faktiki olaraq, rus mallarının təkrar ixracını gerçəkləşdirirdi. Nəinki gerçəkləşdirir, bu “biznes” Paşinyan iqtidarına külli miqdarda vəsait qazandırırdı. Nəticə etibarilə Ermənistan iqtisadi artım tempinə və ticarət dövriyəsinə görə üst pillələrə qalxırdı.

Belə bir durumda rəsmi İrəvana qarşı beynəlxalq təpkilər artmalı idi. Ancaq USAID buna yol vermirdi. Necə? Çox sadə. Qurum Azərbaycanı “Rusiya qazını gizli yolla Avropaya çıxaran ölkə” kimi təqdim edirdi ki, diqqətlər Ermənistanın üzərindən çəkilsin. Bu cür yaramaz təbliğata ölkəmizin, guya, etnik təmizləmə həyata keçirən məmləkət qiyafəsində təqdimatı seqmentinin əlavə olunması vəziyyəti bir qədər də dramatikləşdirmək məqsədi güdmüşdü.

USAID-in ermənipərəst yanaşmasının bir göstəricisi haqqında söz açdıq. Bildirdik ki, qurum regionda Ermənistanı demokratiyanın qalası obrazında göstərir və onun müdafiəsinin vacibliyini qabardırdı. Kimdən müdafiə olunmalı imiş? Əlbəttə ki, avtoritar kimi göstərilən “Azərbaycan hakimiyyətinin işğalçı həmlələrindən”. Mövcud təbliğat çərçivəsində ölkəmizdə seçkilərin, guya, qeyri-demokratik keçirildiyinə dair rəyin formalaşdırılması da ermənipərəst təəssübkeşliyin növbəti təzahürü idi.

Bəli, bütün bu kimi oyunbazlıqlara görədir ki, Azərbaycanda ABŞ-a inam və etimad tamamilə sıradan çıxmışdı. Ona görə də Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Birləşmiş Ştatların əvvəlki administrasiyasının fəaliyyətindən söz açarkən, kifayət qədər, sərt hesab edilə biləcək fikirlər səsləndirmişdi: “Ona görə Azərbaycan cəmiyyətinin, bütün ölkələrin ümidləri ondadır ki, bu əxlaqsızlığa, mənəviyyatsızlığa son qoyulacaq və cəmiyyətlər, hansılar ki, Azərbaycan kimi ənənəvi dəyərlər üzərində qurulub, onlar bu kənar təsirdən yaxalarını qurtaracaqlar...”

Sonda bir vacib məqama da diqqət yetirək. USAID altmış illik bir təşkilatdır. Heç şübhəsiz, indiyədək keçdiyi bəlli yol, ABŞ adına müsbət mənada dəyərləndirilən fəaliyyəti olub. Ancaq qurum o qədər bərbad işləyib ki, Tramp Administrasiyası onun tutduğu yolu ekstremizm, terrorçuluq nöqteyi-nəzərindən qiymətləndirib. O zaman belə neqativ qiymətləndirməni doğurmuş amillərin üzərində dayanılması vacibdir. Sadaladıqlarımızı nəzərə alsaq, amillərdən biri də aşkar ermənipərəstlikdir. Ona da şübhə yoxdur ki, Birləşmiş Ştatların yeni iqtidarı bu məqama da həssas yanaşacaq və USAID-in Ermənistanla bağlı fəaliyyətinin təftişini ayrıca aparacaq. Buna xüsusi ehtiyac var. Çünki qurumun ölkəyə ayırdığı vəsait əvvəldə vurğuladığımız fikri gündəmə gətirir. Söhbət Ermənistanın “Made in USAID” məhsulu olmasından gedir. Əlbəttə ki, zay məhsuldan. Söhbət həm də USAID-in zay Ermənistan quruculuğunda ölkə iqtidarı ilə həmrəyliyindən gedir. Axı o qədər maliyyə ölkəyə baş nazir Nikol Paşinyanın “demokratiyanın qaldiatoru” obrazına görə ayrılmırdı. Obraz yalnız vasitə idi. Şübhəsiz, həmin “qladiator” S.Pauer və komandasında, “görüm-baxım” edirdi və bu sayaq faktların da həqiqət işığına çıxacağına ümid bəsləyirik.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Fevral 2025 02:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see681

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see650

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see647

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see468

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see460

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see437

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see400

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see354

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see348

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see346

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see335

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see331

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see328

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see327

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see322

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see317

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see316

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see310

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see293
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri