Icma.az
close
up
RU
Şir həmişə şir deyil, mənim qərdeşim! YAZI

Şir həmişə şir deyil, mənim qərdeşim! YAZI

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Şir həmişə şirdi, mənim qərdeşim,
Hələ saat 11-di, mənim qərdeşim...
(məlum meyxanadan)
Şir həmişə şirdi, mənim qərdeşim... Yox-yox, bu dəfə elə deyil. Bu şirin hay-hayı gedib, vay-vayı qalıb. Düzdü, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov belə fikirlərin əleyhinədi. Yekun nəticənin başqa mövzulara yozulmasından narahatdı. Məsələn, Allah uzaq eləsin, “köhlən atlar” məğlub olsa, deyərlər ki, heç belə şirə də uduzarlar? Qələbə olsa – ki, buna səmimi qəlbdən inanıram - , deyərlər, bəs, belə şiri udmağa nə var...

Qurban bəy haqlıdı. Amma reallıqlar var. Məsələn, biri odu ki, qələbənin pisi, yaxşısı olmur. Özü də Avropa Liqasında turnir cədvəli tərtib edilibsə, növbəti mərhəyə yüksəlmək şansı xal sayından asılıdısa, nəticədən başqa bütün məsələlər başqa söhbətlərin mövzusudu. Elə “Lion”un baş məşqçisi Pyer Saj da bunu dərk etdiyindən Bakıya nəticə üçün gəldiklərini etiraf edir. Amma vallah, bu şir son illərdə tarixinin kölgəsində sərinlənməkdən başqa nəsə edə bilməyib.
Məlum oldu ki, söhbət Fransadan “Tofiq Bəhramov”a gəlib “Qarabağ”ı məğlub etmək istəyən “Lion”ndan gedir. Yəni “şirlər” ləqəbi daşıyan komandadan. Onların nəriltisi əsrin əvvəllərində Liqa-1 iştirakçılarının qulağını batırırdı. 2001/02 mövsümündən başlayaraq ardıcıl 7 dəfə ölkə çempionu olan komanda bunu sonuncu dəfə 2008-ci ildə bacarıb. Bəs, sonuncu dəfə mükafatçılar sırasına nə vaxt düşüb? 2018/19 mövsümündə üçüncü olublar. Beş mövsümdü Çempionlar Liqasında çıxış edə bilmirlər. Heç Liqa-1-də də söz sahibi deyillər. İndi Fransanın ağaları PSJ, “Marsel”, “Monako”, “Lill” kimi komandalardı. “Lion” bu gün 6-cı pillədədi. Elə ötün mövsümü də 6-cı sırada başa vurub.
Bəli, şir bu gün şiri xatırlatmır. Elə “Beşiktaş” Avropa Liqasının 3-cü turunda bu komandanın meydanından qalib ayrıldı. Qısası, “Lion”u məğlub etmək mümkündü. Tam mümkün. Razıyam ki, asan olmayacaq. Hər halda, futbolçuların təcrübəsi, keyfiyyəti, çıxış etdiyi çempionatın səviyyəsi bu komandaya yuxarıdan aşağı baxmağa imkan vermir. Amma bunlar çəkinməyə də səbəb deyil. Sözümün canı odu ki, qələbə qazanmaq olar... Və nəsə fors-major hal olmasa, “Qarabağ” bunu bacaracaq! Şir artıq şir deyil, mənim qərdeşim!
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Noyabr 2024 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri