Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Ermənistanın ABŞyə, “duza getməkliyi”

Ermənistanın ABŞyə, “duza getməkliyi”

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Ermənistan-ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzaladılar.

İqtisadi cəhətdən Rusiyadan asılı vəziyyətdə olan Ermənistanla iqtisadi əlaqələrin genişləndirilməsini nəzərdə tutan sənəddə daha çox diqqət çəkən müddəalar “Ermənistanın müdafiə sisteminin modernləşdirilməsini və suverenliyin qorunması üçün lazımi alətlərin təmin edilməsi”, yaxın vaxtlarda Ermənistana gömrük və sərhəd nəzarətinin gücləndirilməsi üçün xüsusi qrupun göndərilməsi barədə razılaşma, həmçinin Ermənistanın İŞİD-lə mübarizə üzrə qlobal koalisiyayaya qoşulması və ABŞ-la “dinc atom” haqqında yeni bir saziş imzalamağa hazırlaşmasıdır.

İraqda hansısa “atom silahı” axtaran, İranın gününü nüvə silahına görə göy əskiyə düyünləyən ABŞ-nin Ermənistanda “dinc atom” layihəsinə girişməsi də maraqlı gedişatdır. Dünyada terroru dəstəkləyən, himayə edən və onu həyata keçirən ölkələrin ilk onluğunda yer tutan Ermənistanın İŞİD-lə mübarizə üzrə qlobal koalisiyaya qoşulması isə acı gülüş doğurur. Ermənistanın Qarabağda törətdiklərinin yanında İŞİD-in etdikləri nədir ki? Erməni “İŞİD”çiləri bu günədək 4 min azərbaycanlının başını harada kəsdiklərini, harada güllələdiklərini, harada kütləvi dəfn etdiklərini açıqlamır, indi ABŞ kimi ciddi dövlət Ermənistanla birgə İŞİD-ə qarşı mübarizə aparacaqmış. Rusiyaya atılan əlcəkdir, Ermənistan bir vaxtlar Suriyada Rusiya hərbi bazasına öz hərbçilərini yollamışdı. ABŞ bundan sonra Suriyada “İŞİD-ə qarşı mübarizə”də, Pentaqonda təlim keçdiyi Ermənistan hərbçilərini də nümayiş etdirmək niyyətindədir.

Hələlik Rusiya prosesləri izləyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrov bu prosesi Ermənistanın “suveren hüququ” kimi qiymətləndiriblər. “Rus NATO-su”nun - KTMT-nin baş katibi İmanqali Tasmaqambetov isə deyib ki, Ermənistanın ABŞ-la tərəfdaşlığı digər ölkələrin təhlükəsizliyinə təhdid yaratmamalıdır. Təbii ki, gedişatdan çox şey asılıdır. Yaxın dövrün təcrübələrini xatırlamamaq olmur.

Gürcüstan-ABŞ münasibətlərinin haradan-haraya gəldiyi göz önündədir. 2004–2008-ci illərdə Gürcüstana vəd verilmişdi ki, onu NATO-ya üzv qəbul edəcəklər. Rusiya tankları Tiflisin “ağzının içinə”dək şütüyəndən sonra baş verənlər də hər kəsin yadındadır. Düzdür, 2009-cu ildə Vaşinqton və Tiflis Strateji Tərəfdaşlıq Xartiyası imzaladı, bunun çərçivəsində ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Komissiyası quruldu. Təqribən Ermənistanla imzalanan sənədin bənzəri: demokratiya, müdafiə və təhlükəsizlik, iqtisadi işlər və mədəni mübadilə kimi məsələlər prioritet idi. Amma nəinki Gürcüstan NATO üzvü oldu, üstəlik, Rusiya tərəfindən işğal olunan 20 faiz ərazisində qondarma respublikalar yaradıldı, ABŞ isə keçən ildən Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Keçən ilin dekabrında ABŞ-nin bir zaman sevimlisi olan və artıq illərdir Tiflis həbsxanasında saxlanılan Mixail Saakaşvili Vaşinqtonla Tiflis arasında 2009-cu ilin 9 yanvarında (Ermənistanla imzalanan sazişin də yanvara təsadüf etməsi maraqlıdır - red.) strateji tərəfdaşlığın dayandırılmasından təəssüfünü ifadə etdi.

Düzdür, ardınca ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “ABŞ Gürcüstan xalqının yanındadır”, dedi. Amma bu, nəyi dəyişir ki? Gürcüstan hakimiyyətinin bəzi nümayəndələrinə qarşı sanksiyalar, viza məhdudiyyətləri tətbiq edən, Gürcüstan hökumətinə ayrılmış 95 milyon dollarlıq yardımı dayandıran ABŞ günün birində Ermənistanı da “birdəfəlik şpris” kimi kənara tullayacaq.

2000-ci illərin əvvəllərində “Ukrayna-ABŞ strateji tərəfdaşlığı genişləndirirlər” bəyanatlarının biri 5 qrivna idi.

Ukraynanın Avropaya və Avroatlantikaya inteqrasiyası xəttinin reallaşdırılması istiqamətində aparılan müzakirələrin yekunu...Krımın ilhaqı oldu. O zaman ki, ABŞ Kiyevə “hələ NATO-ya üzvlüyə hazır deyilsiniz”, cavabını vermişdi.

2021-ci ilin 11 noyabrında isə ABŞ-la Ukrayna arasında yeni strateji tərəfdaşlıq xartiyası imzalanmşdı. 100 gün sonra Rusiya tankları Kiyevə doğru irəlilədi. Özü də Rusiyanın Ukraynanı işğal edəcəyi barədə planlardan ABŞ kəşfiyyatı hələ aylar öncə xəbərdar idi. Di gəl, Ukraynanın müdafiəsi naminə heç nə etmədilər.

Budur, “Bloomberg” yazır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynanın taleyi ilə maraqlanmır və münaqişə onun üçün strateji əhəmiyyət kəsb etmir. Bütün dünya ABŞ-dan Ukraynanı xilas planı gözləyir, Blinken isə Ermənistanın xilaskarı kimi çıxış edir. Kimdən? Ermənistan özü bölgənin qarayarasıdır, onu kim asıb-kəsirdi ki, ABŞ demokratları bu qədər narahatdır?

Ermənistan üzərindən hərəkətə keçən, bəlkə də İran planının bir hissəsini gerçəkləşdirən ABŞ sanki postsovet ölkələrini bir-bir Rusiyaya tam şəkildə təslim etməyə and içib. Ermənistanla bağlı xüsusi qayğımız yoxdur, can hayların, cəhənnəm Tanrının. Sadəcə, söhbət Azərbaycana “qonşu” olan oyuncaq ölkədən gedir və növbəti dəfə bizə qarşı maşa kimi istifadə olunacağı şübhə doğurmur. Erməni lobbisinin və diasporunun əlində oyuncağa çevrilmiş Blinken açıqlayıb ki, gələn həftə ABŞ sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək. Soruşan gərək, hansı sərhədə?

Ermənistan bəyan etmişdi ki, rus sərhədçiləri çıxarılandan sonra İranla sərhədi özləri qoruyacaqlar. NATO ölkəsi Türkiyə ilə sərhədlərdə rus sərhədçiləri dayanır. Amerikanların ruslarla birgə postda dayanacaqları da anormal görünərdi. Azərbaycana gəldikdə, hələlik Ermənistanla 1007 km-lik şərti sərhədin cəmi 13 km-i razılaşdırılıb. Ermənistan rəhbərliyi bu 13 km-lə bağlı çox arxayındır və nə vaxtsa narahatlığını bəyan etməyib ki, amerikanlar ora tələssinlər. Gürcüstan-Ermənistan sərhədində də fövqəladə nəsə baş vermir. Elə isə Bayden administrasiyası bu gethagetdə nə həşirdir qoparıb? Hansısa ölkənin Ermənistana hücum etmək niyyəti yoxdur. Əksinə, Ermənistan son illərdə silahlanmaya böyük vəsaitlər xərcləyir və ağır silahları Azərbaycana yaxın ərazilərdə yerləşdirir. Belə çıxır ki, Minsk qrupunun həmsədri olmuş ABŞ Ermənistanı yenidən Azərbaycanla müharibəyə sövq edir? Düzdür, 1992-ci ildə torpaqlarını Ermənistanın işğalından azad edən Azərbaycana qarşı qəbul olunmuş Azadlığı Müdafiə Aktına 907-ci düzəliş – sanksiya qətnaməsini xatırlayanda, təəccüblü görünmür.

Yəni “demokratiyanın beşiyi” təkcə Gürcüstan və Ukraynaya qarşı tarixi pisliyi ilə tarixdə qalmayıb, müstəqilliyinin bərpasının 1 illiyində Azərbaycana böyük namərdlik edib. Hava məkanı, sərhədləri, dəmir yolu, elektrik enerjisi, dövlət büdcəsi Rusiyadan asılı olan, ərazisində daha 20 il Rusiya hərbi bazasını saxlamaqla bağlı öhdəlik götürmüş Ermənistan ABŞ-yə “duza gedir”. Alışıb-yananda su verən də olmayacaq...

Elşad Paşasoy

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Yanvar 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri