Icma.az
close
up
RU
Ermənistanın anti Azərbaycan kampaniyasının pərdəarxası

Ermənistanın anti Azərbaycan kampaniyasının pərdəarxası

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsini özünün hərbi-siyasi qələbəsinə çevirə bildi. Sonrakı mərhələdə isə bu Qələbənin mühafizə edilməsi və daimi əsaslarla qorunması üçün vacib addımlar atıldı".

Bunu Oxu.Az-a Qarabağda antiterror tədbirlərinin üçüncü ildönümü ərəfəsində Azərbaycan QHT-lərinin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri ilə əlaqədar Ermənistanda başlanmış kampaniyanı şərh edən siyasi təhlilçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra regionda ümumilikdə geosiyasi hərəkətlər və motivasiyalar dəyişdi:

"Azərbaycan yeni motivasiyalarla regionda sülh yaradan tərəf olmaqla yanaşı, artıq qaydaları diktə edən statusda öz mövqeyini nümayiş etdirdi.

2020-ci ildən sonra Azərbaycan Respublikası suverenliyinin bərpası məsələsini sülh gündəminə uyğun olaraq diqqətdə saxlasa da, Qarabağdakı separatçı rejim və Ermənistanda ona altdan-altdan dəstək verilməsi prosesi ləngidirdi. Azərbaycan son müdafiə zərurətindən irəli gələrək, regionda üç ildən sonra antiterror tədbirləri keçirdi. Bu tədbirlər qazanılan zəfərin məntiqi davamı idi.

Əgər 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü bərpa etmişdisə, 2023-cü ildə suverenliyini də təmin etməklə öz müdafiə və təhlükəsizlik konsepsiyasından irəli gələn vəzifələri icra etmiş oldu. Bu, əslində, beynəlxalq hüququn təminatı baxımından yeni bir presedentdir. O mənada ki, beynəlxalq hüquq və beynəlxalq münasibətlərdə hüquq yaratmaq istəyən güclər münaqişə dövründə real praktiki addımlar atmırlar və daha çox ikibaşlı bəyanatlar verərək, ikibaşlı mövqeləri diqqətə çatdıraraq status-kvonun uzanmasına səbəb olan mövqe nümayiş etdirirlər.

Azərbaycan isə silahlı vasitələrlə həm ərazi bütövlüyünü, həm də regionda separatizmin kökünü kəsərək suverenliyini təmin etdi. Bu, beynəlxalq hüquq üçün bir presedent, bir nümunədir. Bu nümunənin sonrakı mərhələlərdə Azərbaycanın mövqeyi baxımından necə görünməsinə diqqət yetirməliyik".

A.Kərimovun sözlərinə görə, təbii olaraq, burada bir vacib nüans önə çıxır: Azərbaycan artıq beynəlxalq münasibətlər sistemindəki reallıqları nəzərə alır və onun dəyişən nizama doğru getdiyini təhlil edərək özünün sülhyaratma modelini ortaya qoyur. Bu da Azərbaycanın orta güc kimi statusunu daha da qabağa apararaq onu yeni mərhələlərə çatdırır.

"Ermənistanın isə antiterror əməliyyatlarının ildönümü ərəfəsində Azərbaycana qarşı apardığı təbliğat kampaniyası diqqəti başqa yerə fokuslayır.

Birinci növbədə, Ermənistanda ictimai şüurun hələ də dəyişmədiyinə dəlalət edən informasiya əməliyyatlarını müşahidə etdik və "Bunun arxasında Ermənistan hakimiyyəti dayanırmı?" sualını dövriyyədə saxlamaq məcburiyyətində qaldıq. Çünki bir neçə məsələdə Ermənistan hakimiyyətinin erməni ictimai şüuruna təsirləri ilə bağlı versiyalar yaranır. Bununla da, ola bilsin ki, rəsmi İrəvan Azərbaycana qarşı olan revanşist kütləni aktiv cəbhə kimi saxlamağa çalışır. Digər tərəfdən isə erməni ideologiyasından irəli gələn ənənəvi taktika və metodların yenidən gündəmə gəlməsi suallar doğurur.

Azərbaycanın maddi, mədəni irsinə qarşı iddialarının yenidən gündəmə gətirilməsi o deməkdir ki, erməni ideologiyası və Ermənistandakı ictimai-siyasi şüur hələ də ciddi şəkildə əsaslı dəyişikliklərə məruz qalmayıb.

Bu isə bir daha Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbini aktuallaşdırır və növbəti danışıqlarda, yaxud diplomatik təmaslarda bunun daha da intensiv şəkildə qabardılacağını istisna etmək mümkün deyil. Çünki hüquqi baza qaldıqca erməni ictimai-siyasi düşüncəsində revanşist meyillər üçün barmaq yeri saxlanılacaq.

Ona görə də Azərbaycan sülhün məntiqi davamı olaraq, əldə edilmiş razılaşmaların mahiyyətindən irəli gələrək yeni tələblərini gündəmə gətirə bilər ki, Ermənistan da bununla bağlı real addımlar atmalıdır. Ermənistan hakimiyyətinin bu məsələdəki münasibəti, məncə, daha çox dekorativ bir xarakter daşıyır, yəni bir dekorasiyadır. Çünki İrəvan hakimiyyəti fürsət düşdükcə Azərbaycana qarşı hər hansı bir məsələnin öz xeyrinə dəyişdirilməsinə çalışa bilər və bu, istər analitik baxışlarda, istərsə də baş verən proseslərin məntiqində daha aydın izah oluna bilər", - deyə müsahibimiz fikrini yükunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Sentyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri