Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Türkiyədəki anti Azərbaycan kampaniyasının SİRRİ AÇILDI

Türkiyədəki anti Azərbaycan kampaniyasının SİRRİ AÇILDI

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi Türkiyədə Azərbaycana qarşı informasiya hücumları kampaniyasının əsas mövzusuna çevrilib. Əvvəlcə Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral, ardınca hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bursa millət vəkili Müfit Aydın məsələ ilə bağlı açıqlamalar verərək Azərbaycanın qəbul etdiyi qərarı tənqid ediblər. Hər iki siyasətçi məktəbli geyim qaydalarını hicablı şagirdlərin təhsil hüquqlarının məhdudlaşdırılması kimi təqdim edib və rəsmi Bakını qərarından geri çəkilməyə çağırıb.
Oktay Saral və Müfit Aydın Azərbaycana qarşı eyni ritorika ilə çıxış edirlər
Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral X platformasında paylaşımında qeyd edib ki, Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması qəbuledilməzdir:
“İnancına görə başını örtən bir şagirdi məktəb qapısında saxlamaq hansı vicdana, hansı ədalətə sığır? Hicab maneə deyil, inancın ifadəsidir! Təhsil hüququ heç bir ideoloji yanaşmanın qurbanına çevrilməməlidir! Azərbaycanın bu yanlış yanaşmadan ən qısa zamanda dönməsini gözləyirik. Gənclərin gələcəyinə maneələr yaratmaq deyil, onların qarşısındakı yolları açmaq lazımdır. Bu dövrdə belə bir yanaşmaya əsla yol verilməməlidir!”
Saralla yanaşı, hakim Ədalət və İnkişaf Partiyasının Bursa millət vəkili Müfit Aydın da eyni mövzuda paylaşım edib.
O, məktəbli geyim qaydalarına qarşı emosional görüntülərdən istifadə edərək Azərbaycanı qərarından geri çəkilməyə çağırıb:

“Hicab taxdığına görə məktəbin qapısından geri qaytarılan bu qızcığazın yaşadıqları vicdanınızı sızıldatmır? Azərbaycan qardaşlığın tələb etdiyini reallaşdırmalı və bu qərara dərhal son qoymalıdır”.

Burada diqqətçəkən məqam Türkiyə rəsmilərinin yalnız məktəblilərin geyim qaydalarına qarşı çıxması deyil. Hər iki siyasətçi paylaşımında dini hisslərə təsir göstərən emosional ifadələrə üstünlük verib. Bununla da Azərbaycanda tətbiq edilən qaydalar hicablı şagirdlərin təhsil hüquqlarının əlindən alınması kimi təqdim olunur.
Oktay Saralın “Azərbaycanın bu yanlış yanaşmadan ən qısa zamanda dönməsini gözləyirik” ifadəsi isə xüsusilə diqqət çəkir. Bu, sadəcə fikir bildirmək deyil, başqa bir suveren dövlətin daxili işlərinə müdaxilə cəhdidir.
187 milyardlıq fond qalmaqalı
Türkiyədə Azərbaycanla bağlı kampaniyanın hansı şəraitdə gündəmə gətirildiyini anlamaq üçün ölkənin maliyyə sektorunda baş verənlərə nəzər salmaq lazımdır.
Sentyabr ayında Türkiyənin maliyyə bazarlarında böyük sarsıntı yaradan fond qalmaqalı gündəmin əsas mövzularından birinə çevrilib. Maliyyə manipulyasiyasının ümumi dəyəri 187 milyard tl təşkil edib. Belə ki, Tera Portföy şirkəti ilə əlaqələndirilən və investorların vəsaitlərinin qaytarılmasında yaranan problemlərlə üzə çıxan böhran digər fondlara da yayılıb.
Nəticədə 131 fondun ləğvi prosesi başlanıb. Sözügedən qalmaqal 450 mindən çox investorun vəsaitlərinə təsir edib.
Bu, kiçik bir maliyyə mübahisəsi deyil. Söhbət yüz minlərlə insanın vəsaitlərinin təhlükə altına düşdüyü, kapital bazarlarına etimadın sarsıldığı və hakim partiyanın üzvlərinin baş rolda olduğu böyük maliyyə böhranından gedir.
Qalmaqalın siyasi tərəfi daha çox diqqət çəkir. Hadisələrin mərkəzində olan şəxs vaxtilə hakim Ədalət və İnkişaf Partiyasında sədr müavini vəzifəsini tutmuş, keçmiş ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kayadır. Fond qalmaqalı ortaya çıxdıqdan sonra Kaya vəzifəsindən istefa verib.
Lakin siyasi baxımdan ortaya çıxan mənzərə aydındır: hakim partiyanın yüksək vəzifəli nümayəndəsinin adı milyardlarla dollarlıq maliyyə qalmaqalında hallanır, ölkənin maliyyə bazarlarında sarsıntı yaşanır.
Belə bir şəraitdə Türkiyənin siyasi gündəminin Azərbaycanla bağlı dini mübahisəyə yönəlməsi təsadüfi deyil. Bu Türkiyənin daxili problemlərindən diqqəti yayındırmaq cəhdidir.
Fatma Kayanın özü də hicablıdır...
Bu hadisələr fonunda diqqətçəkən başqa bir məqam da var. Maliyyə qalmaqalı ilə bağlı iddialar fonunda istefa verən Fatma Betül Sayan Kayanın özü də hicablıdır. Təbii ki, bunu qeyd etməkdə məqsədimiz həmin şəxsi dini inancı üzərindən mühakimə etmək deyil. Əksinə, Türkiyədə Azərbaycanla bağlı kampaniyanın mərkəzinə hicabın və dini həssaslıqların yerləşdirilməsi fonunda ölkənin öz siyasi elitasında yaşanan hadisələrə diqqət yetirməkdir.
Əgər Türkiyədəki siyasi dairələr hicabı ictimai və siyasi müzakirələrin əsas meyarına çevirmək istəyirlərsə, onda ölkənin özündə yüksək vəzifəli, hicablı siyasətçi ilə bağlı yaranan maliyyə və idarəçilik sualları da eyni diqqətlə müzakirə olunmalıdır.
Lakin biz tam əksini görürük. Hakimiyyətə yaxın media və siyasətçilər bu məsələnin üzərindən sakitcə keçib, Azərbaycanda məktəbli formasının tətbiqini əsas gündəm mövzusuna çeviriblər.
İnflyasiya, qiymət artımı və ictimai narazılıq fonunda diqqət yayındırmaq cəhdi
Türkiyədə maliyyə qalmaqalı ölkənin iqtisadi problemlərindən yalnız biridir. Belə ki, Türkiyədə əhali uzun müddətdir yüksək qiymətlər, yaşayış xərcləri və alıcılıq qabiliyyətinə təsir edən iqtisadi çətinliklərdən əziyyət çəkir.
Türkiyə Statistika Qurumu tərəfindən açıqlanan məlumatlara əsasən, 2026-cı ilin sentyabrında illik istehlak inflyasiyası 29,73 faiz, aylıq inflyasiya isə 1,84 faiz təşkil edib. Eyni dövrdə mənzil, su, elektrik, qaz və digər yanacaq xərcləri üzrə illik qiymət artımı 39,99 faizə çatıb. Nəqliyyat sahəsində də illik qiymət artımı 35,10 faiz olub.
Belə bir şəraitdə hakimiyyətə yaxın şəxslərin milyardlarla dollarlıq maliyyə qalmaqalı ictimai narazılığı daha da artırıb. İnsanlar haqlı olaraq öz vəsaitlərinin təhlükəsizliyi, maliyyə bazarlarına nəzarət, dövlət qurumlarının məsuliyyəti və siyasi elitanın şəffaflığı barədə narazılıqlarını dilə gətirirlər.
Məhz belə məqamlarda emosional və ideoloji mübahisələr siyasi gündəmə gətirilir, diqqət daxili problemlərdən yayındırılır.
Azərbaycanı hədəf alanlar 187 milyardlıq qalmaqalı sorğulamalıdır
Beləliklə, bu gün Azərbaycanda “hicab” və “Fələstin” mövzuları ətrafında sorğular keçirən, dini həssaslıqları qabardaraq rəsmi Bakıya irad tutan Türkiyə mediası ilk növbədə öz ölkəsində baş verənlərə nəzər salmalıdır. Yüz minlərlə investorun vəsaitlərinin taleyinin sual altında qaldığı, milyardlarla lirəlik maliyyə qalmaqalının yaşandığı bir şəraitdə əsas sualların Azərbaycana deyil, Türkiyənin öz siyasi elitasına ünvanlanması daha məqsədəuyğun olardı.
Azərbaycanın məktəblərdə vahid geyim forması ilə bağlı qərarı Türkiyədəki ayrı-ayrı siyasətçilərin radikal dini ritorika mövzusuna çevrilə bilməz. Bu Azərbaycanın daxili işidir və heç kimin məsələyə hər hansı formada müdaxilə etməyə haqqı yoxdur.
Çünki yüz minlərlə insanın maddi maraqlarına toxunan milyardlıq fond qalmaqalı ilə müqayisədə Azərbaycandakı məktəbli forması ətrafında süni şəkildə yaradılan mübahisəni siyasi gündəmə çevirmək cəhdi tamamilə gülünc görünür.   
Anar Tahirov, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Oktyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri