Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər Paşinyan
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər, o cümlədən elektrik enerjisinin ixracı və idxalı xətti sahəsində də.
"AzPolitika" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
Baş nazir azərbaycanlı mütəxəssislərin Ermənistana 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında səfərlərinin baş tutduğunu qeyd edib. Elektrik ötürücü xətlər, dəmir yolu, boru kəmərləri və s. ilə bağlı müzakirələr edilib.
"Biz əvvəllər də demişdik ki, elektrik ötürücü xətləri, boru kəmərləri, kabellər, dəmir yolları üzərində işləyirik və bu məsələlər üzrə ikitərəfli iş aparılır", - Paşinyan qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də "AzTV" dövlət telekanalına müsahibəsində bildirib ki, azərbaycanlı energetika mütəxəssisləri Ermənistan ərazisində təhlil aparıblar və elektrik dirəklərinin məhz harada quraşdırılmalı olduğu yerlər müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 13 Avqust 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















