Icma.az
close
up
RU
Ermənistanın başı üstündən “44” kabusu çəkilmir

Ermənistanın başı üstündən “44” kabusu çəkilmir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müharibədə məğlubiyyətin səbəbləri...

Ermənistanda 44 günlük müharibə bitmək bilmir. Fikrimiz qəribə səslənə bilər, amma durum, həqiqətən, belədir. Ölkə parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Andranik Koçaryana verilən sual və deputatın cavabı da bunun sübutudur.

A.Koçaryan bildirib ki, 44 günlük müharibə ilə bağlı parlament istintaq komissiyasının hesabatında Ermənistanın müharibədə məğlub olmasının səbəbləri ətraflı şəkildə izah edilib və onu sadəcə oxumaq kifayətdir. Nəzərə alaq ki, Koçaryan parlament istintaq komissiyasının hesabatının indiyədək Ermənistan Milli Assambleyasında müzakirə olunmamasına münasibətini açıqlayarkən bunları da deyib: “Heç bir hesabat izsiz itmir. Hesabat kompüter kimi “yatmış” vəziyyətdə ola bilər, lazım gələrsə söndürülər, yenidən işə salınar. Amma həmin hesabatda elə nəticələr var ki, xüsusilə Müdafiə Nazirliyi başda olmaqla, müvafiq dövlət qurumlarının onlarla tanış olmaları son dərəcə vacibdir”.

A.Koçaryanın sözlərinə görə, istintaq komissiyası araşdırma zamanı çoxsaylı şəxsləri dindirib, telefon danışıqlarını dinləyib və videogörüntüləri araşdırıb. Bu materiallara baş nazirə aid məlumatlar da daxildir. “Heç kəs düşünməsin ki, bu hesabatın əhəmiyyəti zaman keçdikcə azalacaq. Bir neçə gün əvvəl “Hetq” nəşrinin baş redaktoru ilə müsahibəyə qulaq asırdım və orada məğlubiyyətimizin səbəbləri müzakirə olunurdu. “Niyə məğlub olduq?” sualının cavabı həmin hesabatdadır”, - deyən Koçaryanın jurnalist yazısına fokuslanması təəccüblüdür.

Deməli, Ermənistanda tanınmış araşdırma qəzeti olan “Hetq” 44 günlük müharibədən sonra savaş məğlubiyyətin səbəblərinə həsr olunmuş bir neçə məqalə və müsahibə yayımlayıb. Nəşrin baş redaktoru Edik Bağdasaryan məğlubiyyətin səbəblərini izah edərkən, ilk növbədə, siyasi rəhbərliyin səriştəsizliyini qabardıb. Bağdasaryanın fikrincə, savaşın qarşısını almaq diplomatik yollarla mümkün idi, lakin hakimiyyət bunu bacarmadı və populist yanaşmalar üstünlük təşkil etdi. İndi necə başa düşək, Koçaryan baş redaktorun yanaşması ilə razıdır?

Sözügedən qəzet savaş məğlubiyyətinin ikinci səbəbi kimi, idarəetmədəki xaosun üzərində dayanıb. Nəşrin baş redaktoru yazıb ki, döyüş zamanı vahid komandanlıq sistemi faktiki işləmirdi, müxtəlif dəstələr bir-birindən asılı olmadan fəaliyyət göstərirdilər və onların arasında koordinasiya zəif idi. Bağdasaryan buna görə ordunun özünü deyil, idarəetməni günahlandırıb.

Jurnalist məğlubiyyətin növbəti səbəbi kimi hava hücumundan müdafiədəki çatışmazlıqları qabardıb. Bağdasaryan qeyd edib ki, hava hücumundan müdafiə sistemləri vaxtında və düzgün yerləşdirilsəydi, pilotsuz uçuş aparatlarının təsiri əhəmiyyətli dərəcədə azaldıla bilərdi. Amma məsələ tam anlamda bunda da deyil. Çünki jurnalist logistika və təminat problemlərindən də söz açıb. Onun sözlərinə görə, hətta zirehli jiletlərin döyüş mövqelərinə çatdırılmasında ciddi problemlər yaşanırdı, bu isə idarəetmədəki böhranın göstəricisi idi.

E.Bağdasaryan, bilavasitə, cənub cəbhəsində koordinasiyanın pozulmasından ayrıca söz açıb. Onun məqaləsində bu istiqamətdə müxtəlif hərbi qrupların vahid komandanlığa tabe olmadan fəaliyyət göstərdikləri vurğulanıb. Jurnalistin yazdıqlarında yekun qiymətləndirmə budur ki, məğlubiyyətin əsas səbəbi savadsızlıqdır və o, hesab edib ki, minlərlə itkini və ərazilərin əldən çıxmasını məhz səriştəsiz idarəçilik doğurdu.

Qeyd edək ki, Ermənistandakı digər ekspertlər və media orqanları məğlubiyyəti müxtəlif amillərlə – hərbi texnoloji gerilik, diplomatik uğursuzluqlar, Azərbaycanın hərbi üstünlüyü, Türkiyənin dəstəyi və daxili siyasi parçalanma ilə izah edirlər. A.Koçaryana gəlincə, onun bildirdiyinə görə, parlament istintaq komissiyasının Bağdasaryanın jurnalist araşdırmasına bənzər hesabatının hazırda plenar iclasda müzakirəyə çıxarılması məqsədəuyğun olardı, amma gecikmə ciddi problem yaratmır.

Deputatın fikrincə, böyük problem Ermənistadakı bir sıra siyasilərin duruma qiymət vermədən çıxardıqları oyunlardır: “Məni təəccübləndirir ki, bəzi deputatlar bununla (hesabatla – red.) tanış olmağa o qədər də həvəs göstərmirlər. Əgər oxumağı sevmirlərsə, qoy videogörüntülərə baxsınlar. Orada onların suallarına cavab verəcək çox böyük həcmdə məlumat var. Parlamentdə indi çoxlu yeni deputatlar var və bilmirəm, 44 günlük müharibə hadisələri onları nə dərəcədə maraqlandırır. Amma çox istərdim ki, ailələrində yaxınlarını itirmiş bütün vətəndaşlarımız bu materiallarla tanış olsunlar”.

Onu da bildirək ki, Ermənistanda 2020-ci ilin 44 günlük müharibəsinin səbəblərini və gedişini araşdıran parlament istintaq komissiyasının hesabatının plenar iclasda müzakirəyə çıxarılmaması ilə bağlı həm hakimiyyət, həm də müxalifət və ekspert dairələrində bir neçə əsas versiya irəli sürülür. Birinci versiya rəsmi prosedurla bağlıdır. Məsələn, Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan vaxtilə demişdi ki, hesabat parlamentə qanunda nəzərdə tutulan müddət başa çatdıqdan sonra təqdim edildiyi üçün plenar iclasın gündəliyinə daxil edilə bilmədi. Onun sözlərinə görə, araşdırmanın həcmi çox böyük olduğundan, komissa işi vaxtında yekunlaşdıra bilməyib və buna görə prosedur problemi yaranıb. Daha sonra hesabatın bir hissəsi məxfi bölməyə göndərilib.

Hesabatın parlamentin açıq müzakirəsinə çıxarılmamasının ikinci səbəbi kimi sənəddə məxfi məlumatların çoxluğunun üzərində dayanılır. Hakimiyyət nümayəndələri bildirirlər ki, orada dövlət sirri təşkil edən hərbi-planlaşdırma, kəşfiyyat və təhlükəsizlik məsələləri yer alır və buna görə onun açıq müzakirəsi milli təhlükəsizlik baxımından məqsədəuyğun sayılmayıb. Bu arqument hesabatın tam mətninin ictimaiyyətə açıqlanmamasının əsas izahlarından biridir.

Bir sıra erməni siyasi şərhçiləri isə hesab edirlər ki, hesabatın açıq müzakirəsi həm hazırkı hakimiyyət, həm də keçmiş rəhbərlik üçün narahat nəticələr doğura bilər. Çünki komissiya fəaliyyəti zamanı keçmiş prezidentləri, yüksək rütbəli generalları və digər vəzifəliləri dindirib. Buna görə sənədin parlamentdə geniş debat mövzusuna çevrilməsi yeni siyasi qarşıdurma yarada bilər.

Bəzi ekspertlər hesab edirdilər ki, hesabatın Milli Assambleyada müzakirəsinin təxirə salınması 2026-cı il parlament seçkiləri ərəfəsində daxili siyasi sabitliyi qorumaq məqsədi daşıyıb. Müharibə mövzusu Ermənistan cəmiyyətində son dərəcə həssas olduğundan, geniş parlament müzakirəsinin seçki kampaniyasına ciddi təsir göstərə biləcəyi ehtimal edilirdi.

Qeyd edək ki, A.Koçaryan sözügedən komissiyanın rəhbəri idi. O, vaxtilə bəyan etmişdi ki, araşdırma yalnız 44 günlük müharibəni deyil, daha uzun dövrü əhatə edir və problemlərin köklərinin əvvəlki hakimiyyətlər dövründə formalaşdığını göstərir. Müxalifət isə hesab edir ki, sənədin ictimai müzakirəsi hökumətin siyasi narrativini gücləndirə bilərdi və bu səbəbdən onun təqdimat forması üzərində uzun müddət mübahisələr aparılıb. Ehtimal etmək olar ki, hay hakim düşərgəsi hesabatla bağlı daha səs-küylü müzakirə ssenarisi üzərində düşünür.

Yeri gəlmişkən, 44 günlük müharibədə həlak olmuş və itkin düşmüş erməni hərbçilərin yaxınları, eləcə də Ermənistanın bir sıra vətəndaş cəmiyyəti nümayəndələri də hesabatın gizli saxlanılmasını tənqid edərək, onun açıqlanmasını tələb ediblər. Bu qisim hesab edir ki, cəmiyyət müharibənin əsl səbəbləri və məsuliyyət bölgüsü barədə tam məlumat almaq hüququna malikdir.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see721

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see446

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see400

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see378

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see324

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see310

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Avqust 2026 23:24see292

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see281

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see209

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see207

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see194

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see184

“Neftçi” məşqləri bərpa etdi

04 Avqust 2026 00:52see182

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see181

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

03 Avqust 2026 14:54see180

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see176

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see175

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see174

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see172

Əzələlərimiz yaşlanmanı necə idarə edir..?

03 Avqust 2026 21:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri