Icma.az
close
up
RU
Ermənistanın hərbi siyasi rəhbərliyi ikibaşlı oyun oynayır MÖVQE BİLDİRİLDİ

Ermənistanın hərbi siyasi rəhbərliyi ikibaşlı oyun oynayır MÖVQE BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Faktiki olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi ikibaşlı oyun oynayır”. Bunu SİA-ya Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bir- birinə zidd iki prosesi həyata keçirməkdədi və ikisinin də müəllifi Ermənistandır: “Birinci proses onunla bağlıdır ki, o özünü sülhpərvər göyərçin kimi təqdim edir və sülhə hazır olduğunun bir fonunu yaradır. Hətta 17 bəndlik sülh müqaviləsinin bütün bəndləri üzrə razılaşmanın olduğunu vurğulayır və sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir. Bu çox müsbət bir davranışdır və bu davranış əməli addımlarla təsdiqini tapsa regiona dayanıqlı sülh gələ bilər. Eyni məharətlə sülhpərvər obrazını alt-üst edə biləcək digər addımlarda atır. Çox intensiv şəkildə hücum silahları əldə edir. O silahlar öldürücü-dağıdıcı gücə malikdir. Bu silahları da ən çox Fransa Ermənistana ötürür. Sülhdən danışan son dərəcə iri addımlarla müharibəyə hazırlaşır. Bu reallıqlar fonunda Azərbaycanla atəşkəsi pozur. Tez- tez intensiv olaraq pozma hallarına imza atır və bununla da sülhpərvər davranışını tamam alt-üst edən yanaşma ortaya qoyur. Bu halda hansı sülhdən söhbət gedə bilər? Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev Almaniya prezidenti Frank- Walter Steinmer ilə görüşündə mətbuat içində verdiyi açıqlamada qeyd etdi ki biz sülh müqaviləsi imzalamaya hazırıq”.

Onun sözlərinə görə, bütün bəndlər üzrə razılaşma var lakin bizim iki tələbimiz hələ də Ermənistan tərəfindən qulaqardına vurulur və yerinə yetirilmir: “Bunlardan biri ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlıdır. O Minsk Qrupu ki öz misiyasını yerinə yetirə bilmədi. Bunu Azərbaycan həyata keçirdi. Bu gün Azərbaycan- Ermənistan münaqişəsi yoxdu və yoxdursa bu quruma nə ehtiyac var? O de-fakto leğv edilməlidir. Lakin Ermənistan hələ ki bu addımı atmır. Eyni zamanda cənab Prezident İlham Əliyev Almaniya prezidenti ilə görüşündə qeyd etdi ki, biz necə sülh müqaviləsi imzalayaq ki, hələ də Ermənistanın bizə qarşı ərazi iddiaları var. Bir yandan Qarabağ Azərbyacandır deyir, bir yandan buna zidd addımlar atır. Cənab Prezident həmçinin vurğuladı ki, Ermənistan bu tələblərimizi qəbul etsə sülh üçün heç bir mane ortada qalmayacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri