Icma.az
close
up
RU
Ermənistanın ikibaşlı oyunu

Ermənistanın ikibaşlı oyunu

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Son dövrlərdə Ermənistanla Rusiya arasında siyasi gərginlik müşahidə olunur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) dövlət və hökumət başçıları səviyyəsində tədbirlərində Ermənistanın baş naziri iştirak etmir. Bu qurumların nazirlik səviyyəsində olan tədbirlərində isə ciddi narazılıq yaranmır. 

Belə tədbirlərdən biri də bugünlərdə Moskvada keçirilib. Avrasiya İqtisadi Komissiyası Şurasının (Avrasiya İqtisadi İttifaqının icraçı orqanı) iclasında “Aİİ-2025” inkişaf strategiyasının həyata keçirilməsi, eləcə də onu əvəz edəcək yeni inkişaf proqramının hazırlanması müzakirə olunub. Moskvada keçirilən görüşdə Ermənistandan baş nazirin müavini Mher Qriqoryan da iştirak edib. 

Qeyd edək ki, Ermənistan Belarus, Qazaxıstan və Rusiya ilə birlikdə Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvüdür. Sonradan bu quruma Qırğızıstan da qoşulub. Ermənistan Aİİ-yə qoşulmaqla bir sıra üstünlüklər qazanıb. Bura malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti daxildir. İrəvan maneələrin aradan qaldırılması və inzibati xərclərin minimuma endirilməsi hesabına Aİİ ilə ticarət dövriyyəsini artırıb. Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Ermənistanın Aİİ-yə üzv ölkələrlə xarici ticarət dövriyyəsi 54 faiz artaraq 12 milyard 706 min dollar təşkil edib. Onun ən böyük xarici ticarət tərəfdaşları isə Rusiyadır (12 milyard 401 milyon dollar). Belarusla ticarət dövriyyəsi isə 205 milyon 599 min dollar olub. 

Hesabat dövründə Ermənistanın Avropa İttifaqı ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi cəmi 2 milyard 335 milyon dollar təşkil edib. Bu rəqəmlərdən görünür ki, Hayastanın xarici ticarət dövriyyəsində Rusiya daha çox paya sahibdir. Rusiya ticarətin həcminə görə Aİ ölkələrini 5 dəfə üstələyir. Ümumi statistik rəqəmlər həm də onu göstərir ki, Qərb ölkələrinin Ermənistanın xarici ticarətində Rusiyanı əvəz etməsi qeyri-mümkündür. 

Cənubu Qafqaz Tədqiqatlar Mərkəzinin məlumatına görə, Ermənistanın Rusiyadan ən çox asılı olduğu sahə enerji sektorudur. Ermənistanda elektrik enerjisi istehsalının 70 faizdən çoxu Rusiyanın təmin etdiyi enerji məhsulları ilə həyata keçirilir. Bu ölkənin elektroenerji tələbatının 34 faizini Metsamor AES təmin edir. Onun da yanacağını Rusiya verir. İdxal edilən təbii qazın 85 faizi də Rusiyadan ucuz qiymətə alınan “mavi yanacaq” hesabına təmin edilir.  O da məlumdur ki, ölkənin daxili bazarında təbii qazın inhisarçı satıcısı 1997-ci ilin dekabrında yaradılmış  “Qazprom Armenia” QSC-dır. Şirkətin səhmlərinin 100 faizi Rusiya “Qazprom” şirkətinə məxsusdur. 

Qeyd edək i, “Qazprom Armenia” Ermənistan daxili bazarı üçün qaz tədarükünü, həmçinin yanacağın  daşınması, saxlanması, bölüşdürülməsi və satışını təşkil edir, respublika ərazisində qaz nəqli sisteminin və yeraltı qaz anbarlarının yenidən qurulması və genişləndirilməsi ilə məşğul olur. 

Eyni zamanda, Rusiya Ermənistanı benzin və dizel yanacağı ilə də təmin edir. Bu ölkənin qida məhsullarının idxalında da Rusiyadan asılılıq var. 

Ermənistan iqtisadiyyatında Rusiya həm də xaricdən daxil olan pul köçürmələrində əsas rola malikdir. 2024-cü ildə xarici ölkələrdən fiziki şəxslərə köçürmələrin ümumi həcmi 5 milyard 830 milyon dollara çatıb. Köçürmələrin həcminə görə liderlər arasında 3,82 milyard dollarla Rusiya (ümumi həcmin 65,5 faizii) birinci, 690,6 milyon dollarla ABŞ ikinci yer tutub. Onu da qeyd edək ki, Rusiyadan Ermənistana köçürülən pul vəsaitlərinin həcmi Ermənistanın ÜDM-nin 13 faizindən çoxdur. Bu da Rusiya üçün Ermənistana təsir edə biləcək güclü siyasi və iqtisadi vasitə deməkdir. 

Əsas strateji məhsulların idxalında İrəvanın Moskvadan böyük asılılığı var və bu məhsullar üçün alternativ mənbələrin tapılması asan deyil. Rusiyaya isə yenidən ixrac üçün Ermənistana alternativ ölkə tapmaq çətin deyildir.

Qeyd edilən istiqamətlər ilə yanaşı, Rusiya həm də Ermənistan iqtisadiyyatının əsas investorlarından biridir. Ermənistanda sənaye layihələrinə investisiyalar 4 milyard dollara çatıb. Bu ölkədə 40-dan çox iri rus şirkəti fəaliyyət göstərir. Onların bəziləri dövlət ­büdcəsinin ən böyük vergi ödəyiciləridir.  Göründüyü kimi, Ermənistan iqtisadiyyatı əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır. İstər ticarət əlaqələrində, istər enerji sektorunda, istərsə də qida təhlükəsizliyinin təmin edilməsində Rusiya əsas paya sahib olan ölkədir. O da məlumdur ki, Hayastanın əksər sənaye sahələri, infrastrukturu Rusiyaya məxsusdur.

Bundan başqa, Rusiya ilə Ermənistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq da var. Bu əməkdaşlıq “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım” müqaviləsi əsasında inkişaf edir. Həmin sənədə əsasən, Moskva və İrəvan, tərəflərdən birinə hərbi təhlükə yaranarsa, bir-birinə yardım göstərməyi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi öhdələrinə götürüblər. Bundan başqa, hərbi əməkdaşlıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində də həyata keçirilir. Ermənistanla Rusiya arasında 1995-ci ildə bağlanmış dövlətlərarası müqaviləyə əsasən, 102-ci Rusiya hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşdirilib. Bazanın təxminən 5 min nəfərdən ibarət şəxsi heyəti MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbəsindədir.

Bu faktların fonunda Ermənistanın Aİ üzv olmaq arzusu inandırıcı görünmür. Çünki bu, Rusiya ilə ticarət əlaqələrini itirilməsi deməkdir. İrəvan da, yəqin ki, iqtisadiyyatı üçün “məzar” olacaq yolla getmək istəməz. 

Sadəcə, Hayastanın Aİ-yə üzvlük arzusu hər iki tərəfdən daha çox güzəşt almağa xidmət edir. Bunu Hayastan rəsmilərinin açıqlamalarından da hiss etmək olar. Məsələn, bu yaxınlarda Ermənistanın iqtisadiyyat naziri Qevork Papoyan mətbuat konfransında deyib: “Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqının üzvüdür və qurumu tərk etmək məsələsi İrəvanın gündəmində deyil”.

Onun sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlük məsələsi gündəmdədir. “Bizim vəzifəmiz bu gündəliyi müzakirə etmək yox, iqtisadiyyatımızın rəqabət qabiliyyətini artırmaqdır”, – deyə nazir əlavə edib.

Beləliklə, əgər Ermənistan doğrudan da tam olaraq Qərbə inteqrasiya etmək istəyirsə, o zaman həm də Ermənistan–Rusiya münasibətlərində institusional dəyişikliklər baş verməlidir. Ancaq bu proses müşahidə edilmir. Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Müstəqil Dövlətlər Birliyinin, Aİİ-nin üzvüdür.

Onu da nəzərə almaq lazımdır ki, Ermənistanın hərbi olaraq Rusiyadan uzaqlaşıb, iqtisadi baxımdan ona bağlı qalması da mümkün deyildir. Məsələn, əgər Ermənistan KTMT-dən ayrılarsa, o zaman ona iqtisadi baxımdan böyük fayda verən Aİİ-nin üzvü olaraq qalması qeyri-mümkündür. Ona görə də Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq istəyirsə, bunu həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan etməyə məcburdur.  

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri