Icma.az
close
up
RU
Ermənistanın ikibaşlı oyunu: İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?

Ermənistanın ikibaşlı oyunu: İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Politoloq Suren Sarkisyan Çinlə Ermənistan arasında siyasi münasibətlərdə mövcud olan problemlərdən danışıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Sarkisyan sosial mediada 7 aya yaxındır Çinin Ermənistanda səfirinin olmadığını yazıb və bunun səbəblərini açıqlayıb.

Ekspertin təhlilləri bu “soyuqluğun” həm Çinin, həm də Azərbaycanın regiondakı maraqları ilə əlaqəli olduğunu göstərir.

“1. Birincisi, yüksək səviyyədə təminat verilsə də, Ermənistan “Bir kəmər, bir yol” meqalayihəsinə maraq göstərmir və onun bir hissəsi olmaq üçün heç nə etmir. Bu baxımdan, Çinin yanaşması kifayət qədər aydındır. Layihəyə dost olan dövlətlər  var, bir də onun əleyhinə olanlar.

2. Ermənistan faktiki olaraq fəaliyyətini dayandırmış Çin əleyhinə Dini Azadlıq Alyansının bir hissəsi olaraq qalır. ABŞ-nin keçmiş dövlət katibi Pompeo özü onun anti-Çin xarakterini təmsil edirdi. Alyansın 4 ildən artıqdır ki, fəaliyyət göstərməməsinə baxmayaraq, Ermənistan formal olaraq onun tərkibində qalır. 

3. Onu da xatırlamaq lazımdır ki, Ermənistan Tayvan rəsmiləri ilə hər hansı birbaşa əlaqədən çəkinmək öhdəliyi olduğu halda, Tayvanın iqtisadiyyat nazirini  qəbul etmiş bir ölkədir. Tayvan məsələsi Çin üçün ən həssas məsələdir və burada vahid Çin prinsipindən başqa heç bir fikrə dözmür. Bütün bunlardan sonra çinli həmkarlarımızın yanaşması kifayət qədər məntiqli və haqlıdır”, - deyə ekspert qeyd edib.

O, həmçinin əlavə edib ki, fövqəlgüclərə bu cür yanaşmaq olmaz.

Suren Sarkisyanın açıqlaması böyük Çinlə “cırtdan” Ermənistan arasında görünməyən gərginliyin olduğunu deməyə əsas verir. Hər üç bəndinin təhlili Çinin Ermənistandan kifayət qədər narazı qalması üçün amillərin mövcud olduğunu təsdiq edir.

İlk növbədə, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına dair öhdəliyi yerinə yetirməməsi “Bir kəmər, bir yol” layihəsinin orta hissəsinin reallaşmasına mane olur. Yəni Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat-kommunikasiya əlaqəsini təmin edəcək “Orta dəhliz”in Zəngəzurdan keçən hissəsinin blokda saxlanılması Çinin regiondakı maraqlarına zərbə vurur. 

Bu səbəbdən, Çin Ermənistanla əməkdaşlığa müsbət yanaşmır. Hətta Pekinin 7 ay ərzində İrəvana səfir göndərməməsi iki ölkə arasındakı münasibətlərin diplomatik əlaqələrin dondurulması həddinə qədər zəiflədiyi qənaətini yaradır.

Çin layihəyə dost olan, yəni Zəngəzur dəhlizinin açılmasını tələb edən Azərbaycanla əməkdaşlığa üstünlük verir. Ermənistan isə “Bir kəmər, bir yol”a dost olmayan ölkədir. Son illər Cənubi Qafqaz ölkələrindən Azərbaycanın və Gürcüstanın Çinlə daha çox yaxınlaşması müşahidə olunur. 

Ermənistan isə Çinlə əməkdaşlığa səy göstərmir. Pekini Ermənistandan narazı salan digər amil Nikol Paşinyan hakimiyyətinin  Çinin dünyada ən başlıca rəqiblərindən biri olan Hindistanla strateji tərəfdaşlıq etməsidir. Hətta Hindistanın Ermənistanı sürətlə silahlandırması daha çox “Bir kəmər, bir yol” layihəsnin reallaşmasına mane olmaq üçün Azərbaycanla sərhəddə, o cümlədən Zəngəzur istiqamətində münaqişə yaratmaq məqsədi daşıyır. 

Hindistanla tərəfdaşlıq Ermənistanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur. Bu baxımdan, Ermənstan Çinin Cənubi Qafqazdakı maraqlarına qarşı açıq mübarizə aparır. 

İkinci səbəblə bağlı demək olar ki, Beynəlxalq Dini Azadlıq Alyansı 2019-cu ildə ABŞ tərəfindən yaradılıb. Çində və İranda insan haqlarının və dini azadlıqların boğulmasına qarşı yönəlmiş bu qurumun fəaliyyəti nəzərə çarpmır. 

Amma ABŞ-də Donald Trampın prezidentliyə başlamasından sonra Çinə və İrana qarşı mübarizə fonunda sözügedən alyansın aktivləşəcəyi istisna olunmur. Lakin Ermənistan bu məsələdə ikibaşlı mövqe nümayiş etdirir. 

Yəni Çinə münasibətdə ABŞ-nin mövqeyini dəstəkləsə də, İranla strateji əməkdaşlıq siyasəti yürüdür. Eyni zamanda, Qərbyönlü siyasi kurs seçən Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalaması rəsmi İrəvanın anti-Çin düşərgəsində yer alması deməkdir. Bu isə Çinlə Ermənistan arasında siyasi uçurumu dərinləşdirə bilər. 

Suren Sarkisyanın qeyd etdiyi üçüncü səbəbə gəlincə, bu məsələdə Ermənistan Çinin ərazi bütövlüyünə qarşı çıxır. 

Azərbaycan isə vahid Çin prinsipini dəstəkləyir. Bu barədə ötən ilin iyul ayında “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. 

Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə Tayvanın müstəqilliyinin tanınmasında daha çox maraqlı görünürdü. Çünki Qarabağın Azərbaycandan ayrılması üçün Ermənistana presedent lazım idi. Lakin Qarabağda qondarma rejimin ləğvi və ermənilərin könüllü şəkildə Azərbaycandan köçməsindən sonra Paşinyan hökuməti vahid Çin prinsipini dəstəklədiyini bəyan edir.

Tayvanın iqtisadiyyat nazirinin İərvana səfəri barədə S.Sarkisyanın açıqlaması Paşinyanın bu məsələdə ikili mövqedən çıxış etdiyini və ABŞ-nin siyasətini dəstəklədiyini deməyə əsas verir. Bu da öz növbəsində, Çinlə münasibətlərində diplomatik böhrana səbəb ola bilər.  

 Müşfiq Abdulla 
 “Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Yanvar 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri