Icma.az
close
up
RU
Ermənistanın istədiyi sülh MÜHARİBƏ

Ermənistanın istədiyi sülh MÜHARİBƏ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsi bağlamaq istədiyini az qala hər saniyə bəyan edir. Hətta bir az da qabağa gedərək özünü dünyaya sülh göyərçini kimi sırıyır, müqavilə bağlamaq üçün topun Azərbaycanda olduğunu deyir.

Amma Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmır.

Yəni nə sülh...
 

Atatürk Cümhuriyyət Xalq Partiyasını (CHP) yaratdı, ardından Türkiyə Cümhuriyyətini qurdu.

İndi Atatürkün yaratdığı partiya az qala Türkiyə Cümhuriyyətini dağıtmaq üçün çarpışır.

Yəni nə Türkiyə Cümhuriyyəti...
 

Amerika Birləşmiş Ştatları dünyada özünü demokratiyanın beşiyi, insan hüquqlarının müdafiəçisi kimi təqdim etdi, bunu praktiki göstərdi də...

İndi bu ölkənin prezidenti Tramp qılıncını alıb əlinə, qabağına keçəni kəsib tökür. Ukraynada, Fələstində, Suriyada, Afrikada, hər yerdə pulu, haqsızlığı müdafiə edir. Minlərlə belə misal var.

Yəni nə demokratiya, nə insan hüquqları, haqları...
 

Hər şey, hər yer paradoksdur. Bunu texnoloji inkişafmı doğdu, koronavirusmu dünyaya gətirdi, yoxsa dünya əzəldən elə beləymiş, biz görməmişik... bilmirəm.

Görünən odur ki, hər şey klassik mənasını itirib.

Hətta insanlar daha gözlərinə deyil, qulaqlarına inanırlar.



Paşinyan sülh sazişi bağırır, əsgərləri hər gün Azərbaycanı atəşə tutur.

Türkiyə insanı CHP AK Partiya məsələsinə öz müqəddəratı, Türkiyənin müqəddəratı kimi baxır, CHP ilə AK Partiya hakimiyyət üçün Türkiyəni xərcləyir.

Dünya Trampa yeni xilaskarı kimi baxır, Tramp isə Ukraynanı işğal edən Rusiyaya tərəf çıxır.


Yəni Paşinyanın istədiyi sülh əslində müharibədir.

CHP və AK Partiyanın istədiyi Türkiyə deyil, hakimiyyətdir.

Trampın istədiyi qan üzərində varlanmaqdır.

Bunlar hamısı açıq görünür.

Buna inanmaq üçün qulağa ehtiyac yoxdur.

İnsan da, dünya da gözünə inansa.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri