Ermənistanın Qarabağda törətdiyi vəhşilikləri beynəlxalq aləmdə sübut edəcəyik Türkiyənin Baş Ombudsmanı
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qarabağda Ermənistanın insanlıqdan kənar törətdiyi vəhşiliklərin beynəlxalq ictimaiyyətə yayılması və sübutu üçün azərbaycanlı həmkarımla birlikdə əməkdaşlığımızı möhkəmləndirəcəyik.
"Unikal" xəbər verir ki, bu fikirləri report-a açıqlamasında Türkiyənin yeni Baş Ombudsmanı Mehmet Akarça Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı soyqırımına həsr edilən anım mərasimindəki çıxışından sonra bildirib.
Baş Ombudsman deyib ki, Azərbaycanla Türkiyə arasında insan hüquqları üzrə müvəkkillik sahəsində əməkdaşlığın genişləndirilməsi vacib məsələdir:
“Ermənistanın Azərbaycan xalqına yaşatdığı haqsızlıqlar, insan hüquqlarının pozulmasına beynəlxalq aləmdə hələ də qiymət verilməməsi Azərbaycan və türk millətinə dərindən təsir edir. Təəsüf ki, bu məsələyə də ikili standartın tətbiq olunduğuna şahidik. Birgə əməkdaşlığımız zamanı bu haqsızlığa son qoyulmasına nail olacağımıza inanıram. Türkiyə Ombudsmanı olaraq bu məsələlərdə azərbaycanlı həmkarlarımıza hər zaman dəstək verməyə hazırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 Fevral 2025 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















